Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nofəl Soruşur Yazılma Tarixi:01.08.2016 22:43:05

Salam.Mən Hərbi biletimi itirmişəm.Bilmək istəyirəmki necə bərpa edə bilərəm.Rüsum nə qədər ödəməliyəm?Bərpa üçün hara müraciət etməliyəm və Asan xidmət mərkəzindən ala bilərəmmi?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda, inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi) tələb olunan sənədlər (şəxsiyyət vəsiqəsi, DİN-nin aidiyyəti orqanından hərbi biletin itirilməsi və tapılmaması barədə arayış, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil) əsasında təkrar (yeni) hərbi bilet verilir. Bu səbəbdən hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli şöbəsinə müraciət etməlisiniz.
            Əlavə olaraq bildiririk ki, təkrar hərbi bilet verilməsinə «ASAN» Xidmət Mərkəzi tərəfindən baxılmır.
Əsəd Soruşur Yazılma Tarixi:01.08.2016 20:17:11

Salam.Mən keçən ilin aprel ayında hərbi xidmətə çağırılmışdım iyul ayında getdim 1gün Gəncədə 130nömrəli çastda oldum geri qaytardılar hərbi xidmətə yararsızam Doğum yerim Cəlilabad rayonudu bu il iyul ayinda yenidən getdim Bakə şəhərində Gənclikdəki 5mömrəli xəstəxanaya yenədə prablem cıxdı yararsızam elimdə xestəxanadam kağızda var amma hərbi biletimi vermirlər nə edə bilərəm mən? necə alım bilmirəm

Bildiririk ki, Siz 03.06.2016-cı il tarixdə Xidmətin Cəlilabad rayon şöbəsi tərəfindən Xidmətin Mərkəzi hərbi-həkim komissiyasına göndərilmisiniz.  Sənədləriniz Xidmətin Cəlilabad rayon şöbəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. 
Sənan Soruşur Yazılma Tarixi:01.08.2016 19:47:21

Salam.mənə bildirdiniz ki 26 iyul tarixində sağlamlıq haqda aktım Binəqədi voenkamadına göndərilib.mən bilmək istəyirəm ki Oktyabr ayında dəqiq gedəcəm xidmətə? Və 2 saylı psixiatrik xəstəxanaya bir də getməliyəm? binəqədi voenkamadıyam

Məlum olmuşdur ki, Siz, Xidmətin Binəqədi rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. Siz 2016-cı ilin oktyabr çağırışına cəlb olunacaqsınız.
Etibar Soruşur Yazılma Tarixi:01.08.2016 00:09:57

salam men Seferberlik idaresinde iwe girmey istiyirem.hara muraciet eliye bilerem.imtahan vermey lazimdimi.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Səfərbər­lik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami və Kəpəz rayon şöbələrində vakant vəzifələr olmadığı üçün Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Seymur Soruşur Yazılma Tarixi:31.07.2016 14:13:27

Salam. Məndə xidmət edəcəyim yer 193 yazilib. Ora Gəncədən bölünüb gedecik yoxsa bu sadəcə xidmət edeceyim korpustu herbi hissəm başqa yer olacaq?

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Kamran Soruşur Yazılma Tarixi:31.07.2016 00:43:52

Salam, Mənim May ayının 6-sı 2016-cı ildə 18 yaşım tamam olmuşdur. Azərbaycanda istədiyim ali təhsil müəssisəsinə qəbul ola bilmədiyim üçün 11.08.2016-cı il tarixində Türkiyədə Universitetə imtahan verməliyəm. Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Sumqayıt şəhər idarəsi mənim xarici pasport almağım üçün ağ biletimə (İlkin Hərbi Qeydiyyata Alınma haqqında vəsiqə) möhür vurmur. Novbəti heqiqi hərbi xidmətə çağırış Oktyabr 2016- ci il tarixindən başlayacaqsa, hemin tarixə qədər mənim İmtahan vermək üçün xarici olkəyə getməyə hüququm yoxdurmu? Əgər bu hüququm varsa ne üçün Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Sumqayıt şəhər idarəsində İlkin Hərbi Qeydiyyata Alınma haqqında vəsiqəmə möhür vurulmur? Bu haqda mənə köməklik etməyinizi xahiş edirəm.

Bildiririk ki, Siz “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilə görə bir dəfə verilən möhlət hüququndan artıq istifadə etmisiniz.    Təhsilə görə Sizə təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Kamran Soruşur Yazılma Tarixi:30.07.2016 01:48:29

Salam, Mənim 06.05.2016- cı il tarixində 18 yaşım tamam olmuşdur. Azərbaycanda istədiyim ali təhsil müəssisəsinə qəbul ola bilmədiyim üçün 11.08.2016-cı il tarixində Ahı Evran Universitetində imtahan verməliyəm. Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Sumqayıt şəhər idarəsi mənim xarici pasport almağım üçün ağ biletimə (İlkin Hərbi Qeydiyyata Alınma haqqında vəsiqə) möhür vurmur. Novbəti heqiqi hərbi xidmətə çağırış Oktyabr 2016- ci il tarixindən başlayacaqsa, hemin tarixə qədər mənim İmtahan vermək üçün xarici olkəyə getməyə hüququm yoxdurmu? Əgər bu hüququm varsa ne üçün Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Sumqayıt şəhər idarəsində İlkin Hərbi Qeydiyyata Alınma haqqında vəsiqəmə möhür vurulmur? Bu haqda mənə köməklik etməyinizi xahiş edirəm.

Bildiririk ki, Siz “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsilə görə bir dəfə verilən möhlət hüququndan artıq istifadə etmisiniz.    Təhsilə görə Sizə təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
MALİk Soruşur Yazılma Tarixi:29.07.2016 15:42:22

Mene iyulda cagiris gelmiwdi. Amma hec bir yere duwmeyimle bagli melumat vermediler. vaynkamad dedi. ki, oktyabra qalmisan. Hec sizin saytdada adim cixmadi..Bu niye bele olsun? ABBASOV MALIK AZƏR OGLU 02.08.1997. gence seher kepez vaynkamadinda sotdayam. xais edirem cavab yazasiz

Araşdırma nəticəsində müəyyən edilmişdir ki,  Xidmətin Kəpəz rayon şöbəsinə gəlmədiyiniz üçün Sizi əlavə tibbi müayinəyə göndərmək mümkün olmamışdır.      Qeyd edirik ki, növbəti çağırışa cəlb olunmanız üçün Xidmətin Kəpəz rayon şöbəsinə müraciət etməyinizi tövsiyə edirik. Təkrar tibbi müayinənin nəticələrinə əsasən barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Turan Soruşur Yazılma Tarixi:29.07.2016 12:41:57

Salam.Mənə iyul ayının 3-ə çağırış vərəqəsi gəldi, Lakin heç bir çasta düşdüyüm haqda məlumat vermədilər, sonra vaynkamad dedi ki oktyabra qalmısan . indi mənim oktyabrda deqiq gedəcəm ?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün  qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.    
Elşad Soruşur Yazılma Tarixi:28.07.2016 19:29:39

Salam mən deməli 2013 sentyabrın 10 u apresya oldum birki günnən sora vankomat çağırdı ki gəl gedə bilmədim. Apresyam ağır idi böyrəyimdən. Deməli seqmentdə darlığ vardı onu kəsib genəltdilər. Kağız göndərdik Qazaxa vankomata. Gedəmmədim. Mənə 3 il vaxd verdilər deyəsən. Nə vayenni biletim var nə birşeyim. İndi bilmək isdəyirəm vaxdım bu ildi oktyabırda? Yoxsa qalacam yanvara. Çox isdərdim gedəm

Məlum olmuşdur ki, Siz, 2013-cü ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Qazax rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Əlavə olaraq bildirirəm ki, Xidmətin Qazax rayon şöbəsi tərəfindən Sizin adınıza 03.11.2015-ci il tarixdə SX-0236663 nömrəli hərbi bilet hazırlanmış, lakin bu günə qədər Siz rayon şöbəsinə müraciət etməmisiniz. Bununla əlaqədar Sizin Xidmətin Qazax rayon şöbəsinə müraciət etməyiniz vacibdir.
Cədvəldə sətir sayı :14897