Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mətanət Soruşur Yazılma Tarixi:12.08.2016 15:02:21

Salam....Kargüzarlıq vəzifəsinin önəmi və onun bu strukturda mövqeyi??? Vəzifə olaraq hansı məqamla qiymətləndirilir???

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən, kargüzarlıq - təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir.
Asudə Soruşur Yazılma Tarixi:11.08.2016 12:14:16

Salam.Mənim 29 yaşım var ali təhsilliyəm.Həqiqi xərbi xidmətə (işə ) qəbul olmaq istəyirəm.Bilmək istəyirdim ki,yaş kriteriyama uyğun olaraq müraciət edə bilərəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti (keçmiş Milli Təhlükəsizlik Nazirliyi), Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Vasif Soruşur Yazılma Tarixi:11.08.2016 09:42:12

salam..men ehtiyyatda olan leytenantam..sizin idareye iwle bagli sual unvanlayiram..men sizin imtahanin yazili merhelesinden kecib,,musahibe merhelesinden kesilmisem..bilmek isteyirem yeniden imtahan versem birinci merheleden vermeliyem,yoxsa birbasa ikinci merheleden?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, 28.03.2016-cı il tarixdə keçirilmiş müsahibənin nəticələrinə əsasən, Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Sənan Soruşur Yazılma Tarixi:10.08.2016 14:45:16

Salam.mən oktyabrda necə 2 ci sərəncamnan gedə bilərəm? (binəqədi rayon şöbəsi)

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 12.2.1 maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, 35 yaşınadək sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüquq olmayan və ya çağırışdan azad edilməmiş  kişi cinsli vətəndaşları ildə dörd dəfə – yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Nicat Soruşur Yazılma Tarixi:10.08.2016 12:40:29

Salam iyul ayında çağırışa cəlb olundum ,daha sonra 2 xəstəxanaya göndərildim .Rayon hərbi komissarlığı daha sonra oktyabra ,indi isə yanvara qaldığımı deyir .Xahiş edirəm deyə bilərsiniz hansı səbəbdən məni bu qədər yubatdılar ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
TURAB Soruşur Yazılma Tarixi:10.08.2016 09:25:46

menim 18 yasim 19.08.2016 -ci il tarixinde tamam olur,eger men kollece qebul olsam (eyani sobe)mene cagiriwdan mohlet verilecek ki,tehsilimi davam etdirim?twk

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.2-ci  maddəsinə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara, 21.1.3-cü maddəsinə əsasən isə orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 22 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.           Əlavə olaraq qeyd edirik ki, təhsil  müəssisəsindən bitirmə müddəti göstərilməklə alınmış arayışı Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və bölməsinə təqdim etdiyiniz təqdirdə, barənizdə rayon çağırış komissiyasında qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Elvin Soruşur Yazılma Tarixi:08.08.2016 09:37:04

Salam, mənim səhəttim ilə bağlı 3 illik möhlətim var idi. 25.07.2016 tarixində 3il tamam oldu və Yasamal rayon hərbi komissarlığına təkrar tibbi yoxlanışa çağırıldım. Məni Sabunçuda 3 saylı şəhər kliniki xəstəxanasına göndərdilər. Orada tibbi yoxlanışdan keçdim. Oradan bildirdilər ki, sənədləri komissarlığa özləri göndərəcəklər. İndi mən bu işin nəticəsini necə öyrənə bilərəm? Əlaqə saxladım, dedilər ki ayın axırı bilinəcək. Məmmədli Elvin İsmayıl, 19.07.1992

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "sual-cavab" bölümünə göndərdiyiniz müraciətinizə tərəfimizdən baxılmışdır.
Məlumat üçün bildiririk ki, "Sağlamlıq haqqında vəziyyətin müayinə edilməsi akt"ınız 09.08.2016-cı il tarixdə Xidmətin Yasamal rayon idarəsinə daxil olmuşdur. Aidiyyəti üzrə Yasamal rayon idarəsinə müraciət etməyiniz tövsiyyə olunur. 
Yusif Soruşur Yazılma Tarixi:06.08.2016 18:38:39

Salam,Men sizin elektron xidmetden istifade etmeycun istifade etdiyim portala giris hesabimin Login parolunu yaddan cxarmsam,,yeniden qeydiyyatdan kecmeyde olmur eyni vesiqe nomresiynen,,nece edim hesabim acilsin?

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «sual-cavab» bölümünə göndərdiyiniz  müraciət  tərəfimizdən araşdırılmışdır.             Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytında qeydiyyatdan keçdiyiniz e-mail ünvanı ilə unutduğunuz şifrənizi bərpa edə bilərsiniz. 
Şəmistan Soruşur Yazılma Tarixi:06.08.2016 13:57:04

Salam mən işə qəbul üçün elektron anketdə səhvə yol vermişəm onu necə düzəldə bilərəm.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, yenidən həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
MALİK Soruşur Yazılma Tarixi:05.08.2016 08:19:54

salam. MEN orgenmek isteyirem ki, bir ailenin iki ovladi eyni gunde eyni aprafkada meselen (YANVARDA) gede bilermi, yoxsa tek tek aparirlar. xais olunur suala cavab gonderesiniz.

Bildiririk ki, qardaşlar eyni vaxtda və eyni rayon çağırış komissiyası tərəfindən həqiqi hərbi xidmətə çağırılarlarsa, onlar bir qayda olaraq hərbi xidmət keçmək üçün eyni hərbi hissəyə göndərilirlər. 
Cədvəldə sətir sayı :14897