Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Turan Soruşur Yazılma Tarixi:05.08.2016 00:00:56

Salam.Mənə iyul ayının 3-ə çağırış vərəqəsi gəldi, Lakin heç bir çasta düşdüyüm haqda məlumat vermədilər, sonra vaynkamad dedi ki oktyabra qalmısan . indi mənim oktyabrda deqiq gedəcəm ? Bakı şəhəri Nizami rayon söbesinde qeydiyyatdayam

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Nizami rayon idarəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
Vüqar Soruşur Yazılma Tarixi:04.08.2016 23:43:42

Salam.. Men 2013-cü ildə möhlət hüququ almışam, cari ilin oktyabr ayında bitir.. Növbəti müainəyə ən tez hansı ayda çağrıla bilərəm? ok

Bildiriri ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2016-cı ilin oktyabr çağırışına hazırlıq avqust və sentyabr aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 sentyabr 2016-cı il tarixdə başa çatdırılır.     Növbəti çağırışa cəlb olunmanız üçün möhlət hüququnuz bitirdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Ramil Soruşur Yazılma Tarixi:04.08.2016 18:36:14

SALAM sıradankənar hərbi xidmətə yararlı ne demekdi yeni hərbiyə yarasiz kimi ??? Birde Gence şeheri Kepez Rayon şöbəsinə bizim Mərkəzi hərbi-həkim komissiyasınan senedlermiz ne zaman geler ?? Qeyd edim ki 10.iyul.2016 ci ilde Bizi Mərkəzi hərbi-həkim komissiyasına aparmişdilar baxışdan keçmek üçün İndi den təşəkkür edirəm cavabniz üçün

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «sual-cavab» bölümünə göndərdiyiniz  müraciət  tərəfimizdən araşdırılmışdır.            
Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi- Həkim Komissiyasının qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008- ci il tarixli 59 saylı qərarına uyğun olaraq  Siz  “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddələrinə əsasən “Dinc dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı” hesab edilmisiniz. 
Vüsal Soruşur Yazılma Tarixi:04.08.2016 11:24:22

Salam mən Daxili Qosunlara düzəlmək üçün sənəd vermişəm. Mənim şəxsi işimin gətirilməsi üçün sizə məktub göndərilib lakin cavab gəlməyib. Xahiş edirəm mənə köməklik edəsiniz.

Bildiririk ki, tələb olunan bəzi məlumatlar (hərbi qeydiyyatda olduğunuz yer, məktubun nə vaxt, hansı nömrə ilə və haradan göndərilməsi) müraciətinizdə qeyd etmədiyiniz üçün qeyd olunan məsələ ilə əlaqədar ətraflı araşdırma aparmaq mümkün deyil. Yuxarıda göstərilən məlumatlar Xidmətin saytına ediləcək təkrar müraciətinizdə qeyd etdiyiniz təqdirdə barənizdə araşdırma aparılaraq Sizə ətraflı məlumat veriləcəkdir.  
Yaşar Soruşur Yazılma Tarixi:04.08.2016 00:13:57

Hərbi bilet nomrəsi НЗ4415165 1981ci ildə СССР Arenburq şəhərində Hərbi hissə 34567 siravi əsgər Mirzəyev Yaşar. Salam yazib sizə bildiririk ki, yuxarida qeyd olunan illərdə hərbi xidmətdə olduğum haqqinda arxiv senedinin əsli və ya surəti lazımdır.Bu arayişi mən sizden nece ve hara muraciət etməklə əldə edə bilərəm. Sag olun

Bildiririk ki, keçmiş Sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş şəxslərin arxiv sənədləri Xidmətin yerli idarə, şöbə və bölmələrində və Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində qorunub saxlanılır. Sorgunun göndərilməsi üçün qeydiyyatda olduğunuz yer üzrə Xidmətin müvafiq şöbəsinə (yəni keçmiş rayon hərbi komissarlığına) müraciət etməlisiniz.
Nurlan Soruşur Yazılma Tarixi:02.08.2016 21:42:23

Salam. Mən Qaradağ rayon qeydiyyatındayam. 1 avqust tarixində Hərbi Hospitala getdim, yararlı və ya yararsız olduğum haqda son qərarın qəbul olunması üçün müayinədən keçdim. Zəhmət olmasa mənim haqqımda hansı qərarın qəbul olunduğuna dair məlumatı mənə bildirin.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz və müayinənin  nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Yusif Soruşur Yazılma Tarixi:02.08.2016 21:03:47

Salam meni iyul ayi 3 defe kamisiyaya apardilar 3undede keskin derecede kepeklenen demirov xesteliyi diaqnozu ilede yararsiz yazdilar, sonra meni avqustun 2si tekrar kamisiyaya apardilar mohlet huququ vermek uchun ve yene keskin derecede kepeklenen demirov xesteliyi diaqnozu qoyuldu ve 6 ay mohlet huququ verdi hekim, lakin kamissar dediki 6 ay coxdu mualice alsaydi tez kecerdi, ve 3 ay mohlet huququ verilsin dediler, hekim ne qeder desedeki 3 aya sagalmaz yenede mene 3 ay mohlet huququ verdiler ve sexsiyyet vesiqemi aldilarki naxcivandan kenara cixa bilmeyim, bu ne derecede duzgundu? Men hara wikayet ede bilerem?

Məlum olmuşdur ki, Siz, 2016-cı ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Naxçıvan şəhər şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və  səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 3 (üç) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız. Əlavə olaraq bildiririk ki, şəxsiyyət vəsiqənizi qeri almaq üçün Siz, qeydiyyatda olduğunuz Naxçıvan şəhər şöbəsinə müraciət etməlisiniz.
Elvin Soruşur Yazılma Tarixi:02.08.2016 18:42:27

xezer rayonunda qeydiyyatdayam, mene ne vaxt cagiris vereqi gelecek?

Müraciətinizlə əlaqədar araşdırılma aparılmış və müəyyən edilmişdir ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Xəzər rayon idarəsinə müraciət etməli və hərbi qeydiyyata alınmalısınız.
Ramil Soruşur Yazılma Tarixi:01.08.2016 23:26:53

Birdə qeyd etdiz ki siz Çağırış komissiyasının qərarının təsdiq olunması üçün Xidmətin Mərkəzi hərbi-həkim komissiyasına göndərilmisiniz. Sənədləriniz Xidmətin Kəpəz rayon şöbəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. İndi Yəqin ki həmin sənətlər Oktyabra kimi bir problem yaratmadan göndərəcəksiz də ???

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Ramil Soruşur Yazılma Tarixi:01.08.2016 23:21:35

Salam Bildirdiz ki, Siz 2016-cı ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Kəpəz rayon şöbəsində tibbi şəhadətləndirilərək sıradankənar hərbi xidmətə yararlı hesab edilmisiniz zəhmət olmasa deyə bilərdizmi sıradankənar nə deməkdi yən hərbiyə yararsizmı saylır yoxsa necə ???

Sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər. 
Cədvəldə sətir sayı :14897