Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Məmməd Soruşur Yazılma Tarixi:26.08.2016 12:01:14

salam mən Oguz kamissarlığında işləmək üçün müraciət edirəm sizə. Ali təhilliyəm və müfəttiş bölməsində iüləmək üçün məni imtahana cəlb etməyinizi sindən xahiş edirəm

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
AydIn Soruşur Yazılma Tarixi:26.08.2016 11:35:29

Salam zehmet deyilse xesdelikle elaqedar olarag 72 b maddesinin tam olarag hansi formada ne oldugun yazardiz tsk

Böyrəklərin ifrazat funksiyasının pozulmasından asılı olaraq çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 72 maddəsinin “a”, “b”, “c” və ya “ç” bəndinə uyğun olaraq şəhadətləndirilirlər. Obstruktiv uropatiya və refllyuks-uropatiya (hidronefroz, pionefroz), pielonefrit (ikincili), sidikdaşı xəstəliyi, böyrəklərin və sidik axarlarının digər xəstəlikləri, sistit, sidik kisəsinin digər xəstəlikləri, qeyri-zöhrəvi uretrit, uretranın strikturası, uretranın digər xəstəlikləri “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 72-ci maddəsinə aiddir.
MALİK Soruşur Yazılma Tarixi:25.08.2016 12:06:34

Salam, men orgenmek isteyirem ki, vaynkamaddan tibbi yoxlanisa ne vaxt cagirilacam? onu da qeyd edim ki, iyul ayinda getmeliydim amma gedemmedim, qaldim oktyabra, MALİK ABBASOV AZƏR OĞLU 02.08.1997 Gəncə şəhər Kəpəz vankamadi. xais edirem cavab yazasiniz.

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq Xidmətin Kəpəz rayon şöbəsinə gəlməyiniz tövsiyə olunur.  
Nurlan Soruşur Yazılma Tarixi:24.08.2016 17:37:31

Salam.Men iyun ayinda ŞƏKİ rayon herbi komissarligdan herbi xidmet ucun tibb mueaniyyesi zamani hekimlern mende yastipence oldugunu bildirdilər və travmatologiy instituna muaniyyə gondərdilər iyulun 26i yoxlanish zamani hekimlər bildirdilərki her iki ayaginda 2ci dərəcəli yastipəncəlik vardır laikn artg cagırıç bitdiyi ucun sene 3 ayliq və ya 6 ayliq mohlət huququ veriləcəyini bildirdilər,1 həftə sonra Şəki rayon hərbi kamissarkiga çagırıldım və 3 aylıq mohlət huququ yazdılar şəxsi işimin ustunə,suallarm odurki zəhmət olmasa cavablandırardızki mən yenidən sentyabrda travmatologiya institunda həkim muayinəsindən hansı tarixə qədər keçməliyəm? digər sualımsa oktyabr çagırışına hərbi xidmətə gedə bilərəm? iyulda getmək istəyirdm ali təhsilli oldugum uçun lakin 3 aylıq mohlət huququ yazdılar.onceden təşəkkurlər.Məmmədov Nurlan Ayaz oglu.13.09.1995.Şəki hərbi xidmətə çagırış və səfərbərlik xidməti...

Müraciətinizlə əlaqədar araşdırılma aparılmış və müəyyən edilmişdir ki, Sizin  «Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı»nız Xidmətin Şəki rayon şöbəsinə 2016-cı ilin iyul çağırışı başa çatdıqdan sonra daxil olduğu üçün barənizdə 2016-cı ilin oktyabr çağırışı ərzində qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
xudu Soruşur Yazılma Tarixi:24.08.2016 09:49:41

salam mənim dogum tarixim1998 02 23.Bilmək olar mən qəbul ucun imtahan verəcəkdim mohlət haqqi goturmusəmnindi isə oktyabrda herbi xidmətə getmək isteyirəm əvvəlcə mohlət haqqin sildirməliyem? ki mənə cagiris gelsin menim bibim oglu avqust ayinda anadan olub onu artig cagiriblar avqustun 24ə yazilar.məni nə vaxt cagirarlar

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
VÜSAL Soruşur Yazılma Tarixi:24.08.2016 03:00:18

salam.men mualice ucun olke kenarina cixmalyam.ama herbi biletme seferberlik elani vurulub.olkeni terk ede bilerem?

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanununun  8-ci maddəsinə əsasən           Vətəndaşların vəzifələri:        8.1.1. səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə vətəvdaşlar çağırış vərəqəsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölmələrinə gəlirlər; 8.1.2. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə, şöbə və bölmələrindən aldıqları səfərbərlik sərəncamlarında, çağırış vərəqələrində və vəzifəli şəxslərin əmrlərində qeyd olunmuş tələbləri yerinə yetirirlər;            Qanunun tələblərinə uyğun olaraq  əgər Sizə səfərbərlik sərəncamı verilmişdirsə  və ölkədə səfərbərlik elan olunarsa üzərinizə düşən vəzifələri yerinə yetrirməlisiniz.            Hal-hazırda səfərbərlik elan olunmadığı üçün Sizin xarici ölkələrə səfər etməyinizə heç bir məhdudiyyət yoxdur.
Babək Soruşur Yazılma Tarixi:23.08.2016 17:40:14

Salam, 18-də yazdığım suala cavab vermədiniz.zəhəmt olmasa sualı cavablandırın. işə qəbulla bağlı göstərilmiş sənədləri ( hərbi biletin surəti və təhsil haqqında sənədin) surətini yükləmək olmur bunun səbəbi nədir? həcmini də azaldıram, amma yüklənmir.

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət  Xidmətinin elektron xidmətlərinin istifadəsi zamanı, sənədlərin elektron versiyasını yükləmək üçün, sənədi ağ-qara variantda skan etmək  lazımdır. Skan edilmiş sənədin həcmi 1mb-ı keçməməlidir.
kamran Soruşur Yazılma Tarixi:23.08.2016 16:41:48

salam mən 28.12.2016-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə işə qəbul olmaq üçü müraciyət etmişəm mənim yaşım 31 olduğu üçün işə qəbul etmədilər bilməy istəyirəm yenidəm meraciyyət etsəm işə qəbul ola bilərəm

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin struktur bölmələrinə həqiqi hərbi xidmətə (işə) qəbul etmək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmadığına görə, aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
Cəmil Soruşur Yazılma Tarixi:23.08.2016 14:54:04

Salam mən ali təhsilliyəm Hərbi Səfərbərlik xidmətində işləmək istiyirəm zabit kimi mümkündürmü?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Nicat Soruşur Yazılma Tarixi:22.08.2016 20:04:47

Salam . Mən bakalavrı bitirmişəm magstra qəbul olmuşam . mohlet huuqndan istifade edib ard arda magistr ve doktorantura oxusam heqiqi herbi xidmet muddeti ne qeder olacaq? Magistrdan sonra mohle huquqndan istifade edib doktorantura oxumaq fikrim var ona gore maraqlanırdım.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.4-cü maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında  əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.             Bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1 maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər. Ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Cədvəldə sətir sayı :14897