Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
MEHMAN Soruşur Yazılma Tarixi:02.09.2016 13:48:08

Men 03.10.2016 tarixinde Şeki RŞ-nin herbi komissarligindan herbi xidmete çagirilmişam.Hansi herbi hisseye duşmeyim barede melumat almaq isteyirem xahiş edirem cavablandirin.

Bildiririk ki,çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündən əldə edə bilərsiniz.
Pərviz Soruşur Yazılma Tarixi:02.09.2016 13:36:47

Salam men xaricde tehsil alirdim. Tehsil muddetim basa catib lakin kesrim oldugu ucun daha bir il muddetinde . tehsil almaliyam . Bilmek isterdim bu halda mene mohlet huququ dusurmu?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinin tələblərinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir. 
Zaur Soruşur Yazılma Tarixi:01.09.2016 20:17:19

Men Mudafie Nazirliyi Təlim Tədris Mərkəzinin Ehtiyat zabit hazirligi kursuna qəbul olmaq ucun senedlerimi teqdim etmek isteyirem.bilmek isterdim hansi senedleri nevaxtdan etibaren teqdim etmeliyem.etrafli melumat vermeyinizi xais gedirem .evvelceden tesekkurumu bildirirem .

Bildiririk ki, 2016-cı ilin oktyabr - dekabr ayları ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı kursu” nun təşkil edilməsi planlaşdırılır. Bununla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən kursda oxumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ehtiyatda olan 28 yaşına qədər ali təhsilli hərbi vəzifəlilər sırasından namizədlər seçilir. Odur ki, Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət etməlisiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, SQ TTM-də təşkil ediləcək zabit hazırlığı kursunun vaxtı və müddəti Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. 
Sənan Soruşur Yazılma Tarixi:01.09.2016 11:32:01

Salam.Mən hərbi biletin və diplomun ağ-qara formada 1 mb-dan az olmaqla şəkillərin çəkmişəm.Satda da göstərildiyi kimi formatı JPG-dir. Lakin şəkilləri yükləmək olmur.Xahiş edirəm problemi araşdırıb məlumat vrəsiniz.

Bildiririk ki, Xidmətin saytının Elektron Xidmətlər bölümünə texniki baxış keçirilmiş və problem aşkar olunmamışdır.
XAN Soruşur Yazılma Tarixi:31.08.2016 22:16:42

salam men 26.03.2017-de 18 yasimi tamam edecem men naxcivan muxtar respublikasinda herbi xidmetde qeydiyyat olmusam ozum hal-hazirda baki qeydiyyatindayam men bilmek isteyirem meni hardan cagiracaqlar herbi xidmete xais cavab yazin elaqe whatsapp 077 571 47 56

Bildiririk ki, sualınızla bağlı araşdırma aparılması üçün Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Yusif Soruşur Yazılma Tarixi:31.08.2016 20:01:58

Salam. İlk öncə onu qeyd edim ki, Mingəçevir şəhərində qeydiyyatdayam. Mən bu il magistratura pilləsinin birinci kursuna daxil olmuşam. Yeni qəbul olunmuş qanun layihəsinə əsasən də iki illik hərbidən möhlət hüququna malikəm. Universitetə qəbul olduğum haqda arayışı da Mingəçevir şəhər komissarlığına təhvil vermişəm. Sentyabr ayının 8-i xarici ölkəyə səfərim olacaq. Sualım da ondan ibarətdir ki, mənim ölkədən çıxışım üçün hərhansısa bir problem yoxdur ki? Yəni ki, dəqiq olaraq bilmirəm Mingəçevir şəhər hərbi komissarlığı mənə rəsmi olaraq möhlət hüququ verib ya yox? Ümumiyyətlə bu barədə bir məlumatım yoxdur. Xahiş edirəm mənə ətraflı məlumat verəsiniz. Öncədən tə.əkkürlərimi bildirirəm.

Bildiririk ki, ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş çağırışçılar həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul ediləcəkdir.  Həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan vətəndaşlara isə möhlət hüquqları qüvvədə olan müddətdə sərhədkeçməyə məhdudiyyət qoyulmur.
İbrahim Soruşur Yazılma Tarixi:31.08.2016 16:58:16

Salam,xahiş edirəm izah edin.Çağırışçının xaricdə təhsil alması barədə möhlət hüququ verən sənədlərin Səfərbərlik xidməti idarəsinə elektron poçt vasitəsilə göndərilməsi mümkündürmü?

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı (arayışda çağırışçının təhsil müəssisəsinə qəbul olunduğu, məzun olacağı tarix və bakalavr pilləsində əyani təhsil alması göstərilməlidir) Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul edilir.
Tuqay Soruşur Yazılma Tarixi:31.08.2016 15:08:25

Salam, Mən mən səfərbərlik orqanlarında işləmək üçün keçiriləcək imtahanda iştirak etmək üçün baş idarədə yazılı formada sənədlərimi təqdim etdim, və mənə bildirdilər ki imtahan təxminən avqust ayının 20 sindən sonra keçirilməsi gözlənilir. Ama artiq sentyabr ayı gəlməsinə baxmayaraq imtahan barəsində heç bir məlumat yoxdur. Zəhmət olmasa imtanahın hansı tarixdə keçirilməsi barədə ətraflı məlumat verərdiniz.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir. Müsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
ORXAN Soruşur Yazılma Tarixi:31.08.2016 11:57:32

Salam. Mən Gəncə şəhər kəpəz vaynkamatında yoxlanışdan keçdim, mənim belimdə 4 mll yırtıq olduğu üçün vaynkamada məlumat verdim. 2014-ci ildən bəri də yırtıqdan əziyyət çəkirəm, belim tutulur və qılçamın damarı açılmır, Bakıda özüm DAXİLİ İŞLƏR NAZİRLİYİ A.N. HEYDƏROV adına Respublika Hospitalı Radiologiya bölməsində yoxlanışdan MRT-dən keçmişəm və həmin yırtıqın silmkalarını, həkimin rəyini, vaynkamada göstərmişəm və vaynkamaddan müalicə olunana kimi möhlət hüququ istədim, amma mənim göstərdiyim sənədlərə hələ heç bir şey demirlər, Xaiş edirəm mənə bu haqda məlumat verin, mən 4mll yırtıqnan xidmətə gedə bilərəm? Yoxsa müalicə olunana kimi möhlət hüququ götürməyə haqqım var. SADIXOV ORXAN MAHİR OĞLU 10.08.1998 Gəncə şəhər kəpəz vaynkamadı.. Xaiş edirəm sualıma cavab yazasınız. Öncədən təşəkkürlər.

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq Xidmətin Kəpəz rayon şöbəsinə gəlməyiniz tövsiyə olunur.
cəfər Soruşur Yazılma Tarixi:31.08.2016 10:31:55

Mən xaricdə universitetdə magistr tələbəsi olaraq qeydiyatdan keçmişəm və magistraturanın bir parçası olan 1 il dil hazırlığından sonra 2 illik magistr təhsilimə davam edəcəm. Ancaq voyenkamat mənə hazırlıq tələbəsi olduğum üçün möhlət vermək istəmir. Bu nə dərəcədə qanunidir?

Bildiririk ki, ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş çağırışçılar həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul ediləcəkdir. Əlavə olaraq bildiririk ki, mövcud qanunvericilikdə 1 il dil hazırlığına qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
Cədvəldə sətir sayı :14891