Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Bəylər Soruşur Yazılma Tarixi:22.08.2016 19:11:07

Salam.Mən Məmmədov Bəylər Əsgər oğlu 2012 ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşam 2014 cü ildə xəstəliklə əlaqədar hərbi cidmətdən xaric edilmişəm.5 İl sonra təkrar yoxlama tələb olunub.Əgər bu müddətdə Əməliyyat olunsam sağalsam hərbi cidmətə nə qədər gedəcəm və getmək ehtimqlım varmı xahiş cavablandırın

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
Etibar Soruşur Yazılma Tarixi:22.08.2016 18:24:29

salam men Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qebul ucun elektron erize vermey istrem ama erize verende ELAVE EDILMELI SENEDLER bolmesinde sendleri elave etmek olmur .bunu nece etmey olar?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət  Xidmətinin elektron xidmətlərinin istifadəsi zamanı, sənədlərin elektron versiyasını yükləmək üçün, sənədi ağ-qara variantda skan etmək  lazımdır. Skan edilmiş sənədin həcmi 1mb-ı keçməməlidir.
vasif Soruşur Yazılma Tarixi:22.08.2016 12:15:57

salam men sizin idareye yeniden imtahan vere bilerem? 28.03.2016 cil tarixinde imtahan verib kesilmiwem..zehmet olmasa etrafli melumat verin.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, 28.03.2016-cı il tarixdə keçirilmiş müsahibənin nəticələrinə əsasən, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Şəbnəm Soruşur Yazılma Tarixi:22.08.2016 12:00:58

Salam. Qadin həkimlərin hərbi bilet alması üçün hansı sənədlər təqdim olunmalıdır?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin razılığı ilə hərbi qeydiyyata götürülürlər və bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. Bildiririk ki, pasport qeydiyyatında olduğunuz yer üzrə tələb olunan sənədlərlə (ərizə, şəxsiyyət vəsiqəsinin surəti, ailə tərkibi haqqında arayış, təhsil haqqında sənədin surəti, təhsil müəssisəsinin yerləşdiyi ərazi üzrə hərbi qeydiyyatda olub-olmadığınız və hərbi bilet alıb-almadığınız barədə Xidmətin yerli idarə, şöbə və ya bölməsindən arayış, iş yerindən arayış, tərcümeyi-hal, 4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil) Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz. 
Etibar Soruşur Yazılma Tarixi:21.08.2016 23:22:06

SALAM mSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə elektron erize verende Elave edilmeli senedler bolmesinde sendleri elave elemey olmur bunu yuklemey ucun men ne ede bilerem?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət  Xidmətinin elektron xidmətlərinin istifadəsi zamanı, sənədlərin elektron versiyasını yükləmək üçün, sənədi ağ-qara variantda skan etmək  lazımdır. Skan edilmiş sənədin həcmi 1mb-ı keçməməlidir.
Rahim Soruşur Yazılma Tarixi:19.08.2016 15:48:14

Salam. Mən leytenant idim, bir aydan biraz coxdur ki herbi xidmetden texris olmuşam. Sənədlərimi hərbi komissarlıga vermisem. Mene herbi bilet nevaxt verilmelidir? Senedlerimi gecikdirirler. Artıq 1 ay 5 gün keçib hələ verilməyib.

 Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən zabitlər ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölmələrinə gəlməlidirlər. Ehtiyata keçirildikdən sonra hərbi qeydiyyat sənədləriniz (şəxsi iş) Xidmətin yerli idarə, şöbə və ya bölməsinə daxil olduqdan sonra Siz ehtiyatda olan zabitin hərbi bileti ilə təmin oluna bilərsiniz.
Babək Soruşur Yazılma Tarixi:19.08.2016 13:52:31

salam.Mən İşə qəbulla bağlı göstərilən ərizə,anket, tərcümeyi-halı yazıram amma sənədlərin elektron versiyasını yukləyəndə yüklənmir. Bunun səbəbi Nədi?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət  Xidmətinin elektron xidmətlərinin istifadəsi zamanı, sənədlərin elektron versiyasını yükləmək üçün, sənədi ağ-qara variantda skanlaşdırmaq lazımdır. Skanlaşmış sənədin həcmi 1mb-keçməməlidir.
elnur Soruşur Yazılma Tarixi:18.08.2016 23:50:18

salam mənim qoxumum r rusiya fedarasiyasi vətəndaşıdir həmin şəxisin ogluda rusiyya fedarasiyasi vətəndaşıdır həmin şəxsin oğlunu azərbaycan resbubilkasında hərbi xidmətə cagira bilərlər ?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.            Qeyd edirik ki, Azərbaycan Respublikasının xaricdə yaşayan vətəndaşları müddətli həqiqi hərbi xidmətə bu Qanunla və Azərbaycan Respublikasının Konsul Nizamnaməsi ilə müəyyən edilmiş qaydada çağırılırlar.    
Nicat Soruşur Yazılma Tarixi:18.08.2016 22:09:30

Salam . Mən BDU coğrafya fakültəsinin məzunuyam. oktyabr ayında hərbi xidmətə çağırılacam, hərbi xidmətimi zabit kimi etmək istəyirəm, bunun üçün mən hara müraciət edə bilərəm?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.  Leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Əfşan Soruşur Yazılma Tarixi:18.08.2016 21:55:36

Salam. Mən ehtiyatda olan Leytenantam. Səfərbərilik və hərbi xidmətə çagırış idarəsində işləmək üçün imtahan vermək isdəyirəm. Test imtahanına hansı fəndən suallar düşür? Əgər mümkündürsə konkret fenn yazasız.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Cədvəldə sətir sayı :14897