Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
XAN Soruşur Yazılma Tarixi:31.08.2016 22:16:42

salam men 26.03.2017-de 18 yasimi tamam edecem men naxcivan muxtar respublikasinda herbi xidmetde qeydiyyat olmusam ozum hal-hazirda baki qeydiyyatindayam men bilmek isteyirem meni hardan cagiracaqlar herbi xidmete xais cavab yazin elaqe whatsapp 077 571 47 56

Bildiririk ki, sualınızla bağlı araşdırma aparılması üçün Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Yusif Soruşur Yazılma Tarixi:31.08.2016 20:01:58

Salam. İlk öncə onu qeyd edim ki, Mingəçevir şəhərində qeydiyyatdayam. Mən bu il magistratura pilləsinin birinci kursuna daxil olmuşam. Yeni qəbul olunmuş qanun layihəsinə əsasən də iki illik hərbidən möhlət hüququna malikəm. Universitetə qəbul olduğum haqda arayışı da Mingəçevir şəhər komissarlığına təhvil vermişəm. Sentyabr ayının 8-i xarici ölkəyə səfərim olacaq. Sualım da ondan ibarətdir ki, mənim ölkədən çıxışım üçün hərhansısa bir problem yoxdur ki? Yəni ki, dəqiq olaraq bilmirəm Mingəçevir şəhər hərbi komissarlığı mənə rəsmi olaraq möhlət hüququ verib ya yox? Ümumiyyətlə bu barədə bir məlumatım yoxdur. Xahiş edirəm mənə ətraflı məlumat verəsiniz. Öncədən tə.əkkürlərimi bildirirəm.

Bildiririk ki, ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş çağırışçılar həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul ediləcəkdir.  Həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan vətəndaşlara isə möhlət hüquqları qüvvədə olan müddətdə sərhədkeçməyə məhdudiyyət qoyulmur.
İbrahim Soruşur Yazılma Tarixi:31.08.2016 16:58:16

Salam,xahiş edirəm izah edin.Çağırışçının xaricdə təhsil alması barədə möhlət hüququ verən sənədlərin Səfərbərlik xidməti idarəsinə elektron poçt vasitəsilə göndərilməsi mümkündürmü?

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı (arayışda çağırışçının təhsil müəssisəsinə qəbul olunduğu, məzun olacağı tarix və bakalavr pilləsində əyani təhsil alması göstərilməlidir) Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul edilir.
Tuqay Soruşur Yazılma Tarixi:31.08.2016 15:08:25

Salam, Mən mən səfərbərlik orqanlarında işləmək üçün keçiriləcək imtahanda iştirak etmək üçün baş idarədə yazılı formada sənədlərimi təqdim etdim, və mənə bildirdilər ki imtahan təxminən avqust ayının 20 sindən sonra keçirilməsi gözlənilir. Ama artiq sentyabr ayı gəlməsinə baxmayaraq imtahan barəsində heç bir məlumat yoxdur. Zəhmət olmasa imtanahın hansı tarixdə keçirilməsi barədə ətraflı məlumat verərdiniz.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir. Müsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
ORXAN Soruşur Yazılma Tarixi:31.08.2016 11:57:32

Salam. Mən Gəncə şəhər kəpəz vaynkamatında yoxlanışdan keçdim, mənim belimdə 4 mll yırtıq olduğu üçün vaynkamada məlumat verdim. 2014-ci ildən bəri də yırtıqdan əziyyət çəkirəm, belim tutulur və qılçamın damarı açılmır, Bakıda özüm DAXİLİ İŞLƏR NAZİRLİYİ A.N. HEYDƏROV adına Respublika Hospitalı Radiologiya bölməsində yoxlanışdan MRT-dən keçmişəm və həmin yırtıqın silmkalarını, həkimin rəyini, vaynkamada göstərmişəm və vaynkamaddan müalicə olunana kimi möhlət hüququ istədim, amma mənim göstərdiyim sənədlərə hələ heç bir şey demirlər, Xaiş edirəm mənə bu haqda məlumat verin, mən 4mll yırtıqnan xidmətə gedə bilərəm? Yoxsa müalicə olunana kimi möhlət hüququ götürməyə haqqım var. SADIXOV ORXAN MAHİR OĞLU 10.08.1998 Gəncə şəhər kəpəz vaynkamadı.. Xaiş edirəm sualıma cavab yazasınız. Öncədən təşəkkürlər.

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq Xidmətin Kəpəz rayon şöbəsinə gəlməyiniz tövsiyə olunur.
cəfər Soruşur Yazılma Tarixi:31.08.2016 10:31:55

Mən xaricdə universitetdə magistr tələbəsi olaraq qeydiyatdan keçmişəm və magistraturanın bir parçası olan 1 il dil hazırlığından sonra 2 illik magistr təhsilimə davam edəcəm. Ancaq voyenkamat mənə hazırlıq tələbəsi olduğum üçün möhlət vermək istəmir. Bu nə dərəcədə qanunidir?

Bildiririk ki, ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş çağırışçılar həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul ediləcəkdir. Əlavə olaraq bildiririk ki, mövcud qanunvericilikdə 1 il dil hazırlığına qəbul olunanlara həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi nəzərdə tutulmamışdır.
Rauf Soruşur Yazılma Tarixi:31.08.2016 02:43:36

Salam atam 1 ci qrup elildir ona baxdigima gore esgerlikden 2029 a kimi mohlet verilib mene amma herbi bilet alanmiram hec bir ishede qebul ola bilmirem hec olmasa oz qaldigim seherdeki herbi hisselerde muddetden artix ise qebul edin meni.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Həmçinin bildiririk ki, hərbi bilet məsələsi ilə bağlı hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməlisiniz.
isa Soruşur Yazılma Tarixi:30.08.2016 17:52:03

salam əgər elektron xidmətdə harda xidmət edəcəyim tapılmayıbsa o deməkdir ki hələ şağırış yoxdur?

Bildiririk ki,çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündə əldə edə bilərsiniz.
Sənan Soruşur Yazılma Tarixi:30.08.2016 11:58:41

Salam.Mən iyul çağırışçısı idim ama oktyabra qaldım.çağırış vərəqisini də yeni almışam.indi yenə rentgen kardioqrama və usm tələb edirlər.mən isə Bakıya yalnız oktyabrın 1 i gələ biləcəm.onları gec gətirsəm və ya verməsəm Hərbi xidmətə göndərilməyimdə problem gecikmə filan baş verəcək? Binəqədi voenkamadı

Məlum olmuşdur ki, Siz, 2016-cı ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Bakı şəhəri Binəqədi rayon idarəsi tərəfindən qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələrinə göndəriləcəksiniz. Müayinələrin nəticəsinə müvafiq olaraq Sizə digər dövlət tibb müəssisəsində əlavə müayinəyə ehtiyac olub-olmaması barədə bildiriləcəkdir. Əlavə olaraq bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə müvafiq olaraq vətəndaşların təkrar tibbi şəhadətləndirilməsi, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyi barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) vaxtında təqdim etməkləri vacibdir.
İsmayıl Soruşur Yazılma Tarixi:30.08.2016 01:24:24

Salam mən öyrəməy isdiyirəm ki mən hansı bölgədə xidmət eliyəcəm ancaq necə vaxdı sizin seyfede yerləşən yerə daxil oluram yazılır ki bu adda çağırışçı yoxdu menim ancaq esgerliye gedmeyime 8 ay qalıb bunun sebebini öyrenmey isdeyirem ağ biletimde var birde öyrenmey isdeyirem ki men esgerliye hazırlıq kurlarına yazılmaq isdeyirem aşbazlı üzrə neynəməliyəm və əsgərliyə neçə ay qalmış mən həmin kurlara başlamalıyam birde 1 ci çağırış zamanı tibbi müayinədən keçirlər yox 2 ci çagırışda yoxlamadan keçirilir xaiş edimeəm suallarımı cavabsız qoymuyardız

Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər çağırış ayı başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.  Növbəti çağırış zamanı müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlar hər çağırış ayı bitdikdən sonra Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və  bölmələri tərəfindən tibbi şəhadətləndirilməyə cəlb olunurlar. Digər sualınızla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən qeyd etdiyiniz ixtisas üzrə hazırlıq kurslarına yalnız növbəti çağırışda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar (növbəti müddətli həqiqi hərbi xidmətə çağırış ayında 18 yaşı tamam olan vətəndaşlar da daxil olmaqla) cəlb edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən çağırışçılar  ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları hesab edilirlər. Bununla yanaşı, nəzərinizə çatdırırıq ki, növbəti il üçün aşpaz ixtisası üzrə hazırlığın keçirilib-keçirilməməsi və hazırlanmalı olan çağırışçıların sayı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qeyd etdiyiniz ixtisas üzrə hazırlığa cəlb edilmənin şərtləri barədə məlumat almaq üçün Xidmətin hərbi qeydiyyatda olduğunuz yerli idarə, şöbə və bölməsinə müraciət edə bilərsiniz.
Cədvəldə sətir sayı :14897