Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Tural Soruşur Yazılma Tarixi:18.08.2016 21:46:55

Salam. Mən Səfərbərlik Xidmətinin imtahanlarına qatılmaq üçün lazım olan sənədləri bilmək istəyirəm.

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Nurlan Soruşur Yazılma Tarixi:18.08.2016 20:59:01

Salam.Men iyun-iyul ayinda Weki rayon herbi xidmete cagirish zamani hekim tibbi yoxlanishi zamani hekimler bildirdilerki ayaginda yastipencelik vardir bu meqsedlede meni travmatologiya institununa hekim ekspertizasina gonderdiler iyul ayninda yoxlanish zamani bildirdimki indiye kimi ayagimda hec bir problem yaranmayb ,idmanla meshgul olmusham uzun illerdir lakin hec bir wikayetim yoxdur deye bildirdim rentgen zamanida her iki ayagim 2ci dereceli yastipence kimi qeyd olundu.ve wexsi iwimi Weki rayona herbi xidmet ve cagirish wobesine gonderdiler ve vayonkomatdan bildirdilerki sene 3 ayliq mohlet huququ yazildi wexsi iwimin bawligina.bilmek isteyiremki men oktyabrda herbi xidmete gede bilirem? bunun ucun yeniden travmatologiya institunda hekim ekspertizasina gonderilecem? ve ne vaxt gonderilecem hansi tarixe qeder hekim ekspertizasinda yeniden kecmeliyem?etrafli melumat vermeyiniz haqqda xahish edirem ve onceden tewekkurumu bildirirem .Memmedpv Nurlan Ayaz oglu.13.09.1995

Məlum olmuşdur ki, Siz, 2016-cı ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Şəki rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 3 (üç) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
XAN Soruşur Yazılma Tarixi:18.08.2016 15:55:05

Salam men 26.03.2016 18 yasim tamam olacaq men hansi ay esger gedecem ve men naxcivam muxtar respublikasi vaynkamatdan qeydiyyat olmuwam ozum bakida qaliram sexsiyyet vesiqesi bakida qeydiyyatdi men bilmek isteyirem Bakida cağracaqlar yoxsa naxcivandan xais cavab ver

Bildiririk ki, sualınızla bağlı araşdırma aparılması üçün soyadınızı, adınızı, təvəllüdünüzü və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməniz vacibdir.
Zümrüd Soruşur Yazılma Tarixi:17.08.2016 18:16:37

Gözlərim zəifdir, amma ön cəbhədə könüllü hərbi xidmət göstərmək istəyirəm.Bu mümkündür, yoxsa yox? optik linza ilə aydın görürəm.

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Gülcan Soruşur Yazılma Tarixi:16.08.2016 20:46:29

Salam. Qardasimin 24 iyulda 18 yasi tamam oldu herbiden yoxlamadan kecmek ucun cagirirlar. Turkiyeye imtahan verib YOS.le qebul cavabi avqustun 20sinden sonra cixacaq. Herbide dediler kecsin qeydiyyatdan qebul kagizi gelende getirersiz. Emr cixandan sonra bir problem cixmaz ki?

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı (arayışda çağırışçının təhsil müəssisəsinə qəbul olunduğu, məzun olacağı tarix və bakalavr pilləsində əyani təhsil alması göstərilməlidir) Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda, barələrində qanunamüvafiq qərar qəbul edilir.
vicay Soruşur Yazılma Tarixi:16.08.2016 12:34:52

1994-den 2005-ci ile qeder qulluq etmis herbi qulluqculara (gizir ve yaxud zabit heyeti) verilmeyen paltar pulunu nece almaq olar?Xaish edirem bu barede melumat verersiniz.

Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış əşya-əmlak əvəzinə pul kompensasiyasının verilməsi barədə müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırıram ki, son xidmət etdiyiniz və tərxis olunduğunuz hərbi hissəyə (nazirliyə) müraciət etməyiniz tövsiyyə olunur.
Etibar Soruşur Yazılma Tarixi:16.08.2016 01:43:22

salAM mən Səfərbərlik və hərbi xidmətə çağırış idarəsində zabit ve ya gizir kimi işləmək istəyirəm.Bunun üçün nə etməliyəm.Hansi sənədləri verməliyəm hara müraciət etməliyəm imtahan düşən suallar haqqında məlumat verməyinizi xahiş edirəm.Özüm ali təhsilliyəm və hərbi xidməti kiçik çavuş kimi başa vurmuşam.Xahiş edirəm məlumatlandırasız bu barədə

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Çingiz Soruşur Yazılma Tarixi:15.08.2016 15:00:40

salam . menim 21 yasim var . mene bu il iyul ayinda 3 illiy mohhlet verilib herbi xidmetecun. ama men konullu olaraq herbi xidmete gtmey isdeyirem. qeyd edimki herbi xidmete getmemekcun hc bir xesdeliyim ve ya bawqa sebebler yoxdu tam saglamam . sabuncu rayonu herbi komisarliqa getdim ama dedilerki yalniz mohlet bitdikden sonra gede bilerem. ama men tez bir muddetde konullu olaraq herbi xidmete getmek isdeyirem. xahiw edirem muracietimi qebul edesiz. tesekkurler

Müəyyən edilmişdir ki, Siz 09.07.2012-ci il tarixdə Xidmətin Sabunçu rayon idarəsinin çağırış komissiyasının qərarı ilə  “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “ Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmısınız.      
2015-ci il tarixdə
Xidmətin Sabunçu rayon idarəsi tərəfindən təkrar tibbi müayinəyə cəlb olunmuş və rayon çağırış komissiyasının qərarı ilə 05.10.2018-ci il tarixədək çağırışdan təkrar möhlət hüququ əldə etmisiniz.
      
Bildiririk ki, v
ətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Nicat Soruşur Yazılma Tarixi:15.08.2016 12:33:50

Salam iyul ayında çağırışa cəlb olundum ,daha sonra 2 xəstəxanaya göndərildim .Rayon hərbi komissarlığı əvvəlcə oktyabra ,indi isə yanvara qaldığımı deyir .Xahiş edirəm deyə bilərsiniz hansı səbəbdən məni bu qədər yubatdılar ? Şabran rayon qeydiyyatındayam .Ali təhsilliyəm mənim bu qədər yubadılmağım mənim əleyhimədir .Özüm də xidmət etməyə həvəsliyəm .Ciddi bir səbəb olmalıdır ki mənə 6 ay möhlət verilsin

Müəyyən edilmişdir ki, Siz Xidmətin Şabran rayon bölməsinin çağırış komissiyası tərəfindən tibbi şəhadətləndirildikdən sonra 27.05.2016-cı il tarixdə əlavə tibbi müayinə üçün M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərilmisiniz. Tibb müəssəsindən daxil olmuş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”ında qeyd olunan diaqnoza əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “ Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “ Xəstəliklər cədvəli”nin  müvafiq maddəsi ilə “ Sıradankənar hərbi xidmətə yararlı “ sayılmısınız və Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilərək “ Neyrosirkulyator asteniya, sinus taxikardiya.Yüngül dərəcəli kəkələmə” diaqnozu ilə  6 (altı) ay müddətinə hərbi xidmətə  müvəqqəti yararsız hesab edilmisiniz.        Bildiririk ki, 20.12.2016-cı il tarixdə möhlət hüququnuz bitdikdən sonra çağırışa cəlb olunacaqsınız.
Denis Soruşur Yazılma Tarixi:13.08.2016 12:37:08

Salam . Mən Gəncə şəhərində qeydiyatdayam . Gədəbəy rayonuna MN-ə işə düzəlmək istəyirəm hara müraciət etməliyəm ? birdə hansisa kurslara (snayper, istehkam qrupu və s.) qetmək ucun hara muraciyet etmeliyem... hansi sənədləri təqdim etməli olacam .. xais edirəm cavab yazasiniz..

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti (keçmiş Milli Təhlükəsizlik Nazirliyi), Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və ya Müdafiə Nazirliyinin qulluq (xidmət) etmək istədiyiniz hərbi hissəsinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14897