Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Babək Soruşur Yazılma Tarixi:27.07.2016 14:40:20

Salam.Mənim ciyərimdə problem var idi.müalicə olduqdan sonra sağlam olduğum barədə kağız vayenkamata göndərildi.Vayenkamatdan dedilər ki, sizə zəng edib xəbər veriləcək.Amma bir xəbər yoxdu .Mən oktyabrda gedəcəm ya ümumiyətlə getmiyəcəyim barədə məlumat verərdiz..Nizami rayonu vayenkomatı--Həsənov Babək Yaqub oğlu 31.12.1994 Zəhmət olmasa

Məlum olmuşdur ki, Siz, 2016-cı ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Nizami rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Əlavə olaraq bildiririk ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Sənan Soruşur Yazılma Tarixi:27.07.2016 12:04:39

Salam.mən sizin qaynar xətlə əlaqə yaratdım öyrəndim ki 2 saylı psixiatrik xəstəxanadan sağlamlığ aktım sizə çatıb ama 1 neçə həftə keçib amma hələdə Binəqədi komissarlığına göndərməmisiz.Oktyabr çağırışına qalmağım azmış kimi bidə aktı göndərmirsiniz.niyə?

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "sual-cavab" bölümünə göndərdiyiniz müraciətinizə tərəfimizdən baxılmışdır. 
Məlumat üçün bildiririk ki, "Sağlamlıq haqqında vəziyyətin müayinə edilməsi akt"ınız 26.07.2016-cı il tarixdə aidiyyəti üzrə Xidmətin Binəqədi rayon idarəsinə göndərilmişdir. 
Yusif Soruşur Yazılma Tarixi:27.07.2016 11:52:19

Salam meni iyul ayinda herbi xidmete cagiriblar, meni komisarligin teyin etdiyi hekimlerin reyine esasen yararli hesab edibler, amma men herbi xidmete gedeceyim gun herbi hekim komissiyasinda yoxlanisdan kecerken, mende keskin derecede kepeklenen demirov oldugu deyildi ve geri qaytardilar, 10 gun sonra komisarliq meni yeniden herbi xidmete gonderdiler, amma herbi hekimler yene eyni diaqnoz ile meni geri gonderdiler, ve mene 6 ay mohlet huququ verileceyi deyildi, komissarliq ise mene 3 ay mohlet vereceyini dedi, bu ne derecede duzgundur?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir. Çağırışçıların dəri və dərialtı toxumaların xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 62-63-cü maddələrinin I qrafasının tələblərinə əsasən dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyaların pozulmasından və davamlılığından asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Təbriz Soruşur Yazılma Tarixi:27.07.2016 00:47:36

Salam, mən həkim komissiyasından iyulun 9.u keçmişəm, komissarlıqdan mənə dedilər ki 25i ikinci çağırşda açıqlanacaq hara düşdüyüm, ama hələ də açıqlanmayıb. Oktyabra qalıram bu da sərf eləmir mənə təhsilimlə bağlı. Dəqiqləşdirmək olar bunu? Bir neçə günə artıq çağırış da bitir. Qolumda olan xala görə 3 dəfə boş yerə xəstəxanaya getmişəm və heç bir nəticəsi də olmayıb, sağlam olduğum məlum olub. İndi isə adım açıqlanmır. Səbəbi nədi bunun ?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün  qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.    
Mehman Soruşur Yazılma Tarixi:26.07.2016 15:33:36

herbi xidmete konullu olaraq qulluq etmek ve islemek isteyirem 077 544 34 40

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növü üzrə müvafiq hərbi hissə komandanlığına müraciət etməlisiniz.
ELXAN Soruşur Yazılma Tarixi:26.07.2016 07:36:49

Salam.Mənə iyul ayının 1-i çağırış vərəqəsi gəldi, Lakin heç bir çasta düşdüyüm haqda məlumat vermədilər, sonra vaynkamad zəng edib dedi ki, Oktyabra qalmısan, bu nə qədər düzgündü, Mənə iyul ayına çağırış gəlibsə, nəyə görə oktyabrda getməliyəm. SADIXOV ELXAN MAHİR oğlu. 22.06.1996 GƏNCƏ ŞƏHƏR KƏPƏZ VAYNKAMADI. Xaiş edirəm sualıma cavab yazasınız. Öncədən Təşəkkürlər.

Bildiririk ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Kəpəz rayon şöbəsi tərəfindən 2016-cı ilin sentyabr ayının 10-dan sonra Mərkəzi hərbi-həkim komissiyasına təqdim olunacaqsınız. Siz təkrar tibbi şəhadətləndirildikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. 
Elvin Soruşur Yazılma Tarixi:26.07.2016 03:06:36

Salam Mən 27 02 1994 tarixinde doğulmuşam.İyul ayina kimi universitete görə möhlətim var.Boyum 170 çəkim 123 kq dır.Çəki boy hərbiyə yararlıdırmı? Belimdə diskin birində əyrilik var aparilacammi əsgər? Saatlida qeydiyyatdayam zəhmət olmasa cavab deyerdiz

Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “ç” bəndi ilə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Lakin müalicə səmərəsiz olduqda, onlar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Röyal Soruşur Yazılma Tarixi:26.07.2016 02:23:48

iyulun 25 saytda olacaq dediz amma hələki mənim adım yoxdur. Azərbaycan dilində yazıram şöbəyə gedəndə mənə deyirlər özümüz sənə zəng edəcəyik xaiş edirəm cavab yazasız

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumatı 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytından və yaxud Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsindən əldə edə bilərsiniz.
Ramil Soruşur Yazılma Tarixi:25.07.2016 19:53:19

Meni niye çağrilmadim ??? Şikayetmi edek ???

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün  qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.    
Nicat Soruşur Yazılma Tarixi:25.07.2016 17:54:18

Salam,men Ali tehsilliyem ve herbi xidmetide başa vurmuşam.zabit kimi xidmet etmek isteyirem bu mümkündür?

Portala daxil olan müraciətinizə cavab olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti,Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Cədvəldə sətir sayı :14891