Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mehman Soruşur Yazılma Tarixi:26.07.2016 15:33:36

herbi xidmete konullu olaraq qulluq etmek ve islemek isteyirem 077 544 34 40

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növü üzrə müvafiq hərbi hissə komandanlığına müraciət etməlisiniz.
ELXAN Soruşur Yazılma Tarixi:26.07.2016 07:36:49

Salam.Mənə iyul ayının 1-i çağırış vərəqəsi gəldi, Lakin heç bir çasta düşdüyüm haqda məlumat vermədilər, sonra vaynkamad zəng edib dedi ki, Oktyabra qalmısan, bu nə qədər düzgündü, Mənə iyul ayına çağırış gəlibsə, nəyə görə oktyabrda getməliyəm. SADIXOV ELXAN MAHİR oğlu. 22.06.1996 GƏNCƏ ŞƏHƏR KƏPƏZ VAYNKAMADI. Xaiş edirəm sualıma cavab yazasınız. Öncədən Təşəkkürlər.

Bildiririk ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Kəpəz rayon şöbəsi tərəfindən 2016-cı ilin sentyabr ayının 10-dan sonra Mərkəzi hərbi-həkim komissiyasına təqdim olunacaqsınız. Siz təkrar tibbi şəhadətləndirildikdən sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. 
Elvin Soruşur Yazılma Tarixi:26.07.2016 03:06:36

Salam Mən 27 02 1994 tarixinde doğulmuşam.İyul ayina kimi universitete görə möhlətim var.Boyum 170 çəkim 123 kq dır.Çəki boy hərbiyə yararlıdırmı? Belimdə diskin birində əyrilik var aparilacammi əsgər? Saatlida qeydiyyatdayam zəhmət olmasa cavab deyerdiz

Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “ç” bəndi ilə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Lakin müalicə səmərəsiz olduqda, onlar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Röyal Soruşur Yazılma Tarixi:26.07.2016 02:23:48

iyulun 25 saytda olacaq dediz amma hələki mənim adım yoxdur. Azərbaycan dilində yazıram şöbəyə gedəndə mənə deyirlər özümüz sənə zəng edəcəyik xaiş edirəm cavab yazasız

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumatı 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytından və yaxud Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsindən əldə edə bilərsiniz.
Ramil Soruşur Yazılma Tarixi:25.07.2016 19:53:19

Meni niye çağrilmadim ??? Şikayetmi edek ???

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün  qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.    
Nicat Soruşur Yazılma Tarixi:25.07.2016 17:54:18

Salam,men Ali tehsilliyem ve herbi xidmetide başa vurmuşam.zabit kimi xidmet etmek isteyirem bu mümkündür?

Portala daxil olan müraciətinizə cavab olaraq bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti,Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
tural Soruşur Yazılma Tarixi:25.07.2016 16:54:50

salam meni 26 iyulda berde 051 e cagiriblar,ama bildiyimize gore ora ancaq ucebkadi ve orda daimi qalinmir.yeni ordan sonra hara duseciyim bilinirmi indiden ? yoxsa bolgu orda andicmeden sonrami olacaq? evvelceden tesekkur

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Fuad Soruşur Yazılma Tarixi:25.07.2016 13:48:39

212 saylı hərbi hissə harda yerləşir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Eldəniz Soruşur Yazılma Tarixi:25.07.2016 13:42:54

Salam menim adim cagirişcilarin siyahisinda cixmiyib.Mene dedilerki 25 i sonuncu siyahi cixacaq yenede adim siyahida yoxdur.men konullu erize yazib gede bilerem?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün  qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.      Bildiririk ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Orxan Soruşur Yazılma Tarixi:25.07.2016 10:48:31

Mən MÜdafiə Nazirliyinin 470 saylı hərbi hissəsində xidmət edəcəm.Xahiş edirəm həmin hərbi hissənin harda yerləşdiyini, və hansı qoşun növü olduğunu mənə ətraflı məlumat verəsiniz.Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897