Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mehti Soruşur Yazılma Tarixi:12.07.2016 17:27:24

Salam.mən bu il kolleci bitirmişəm və iyul ayına çağırış veriblər.lakin hərbi həkim komissiyasından keçdikdən sonra.mənə kəskin bronxit diaqnozu qoyulub.sualım buduki mənə bu xəstəliyə görə qanuni nəqədər möhlət verilməlidir.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Şelvin Soruşur Yazılma Tarixi:12.07.2016 14:12:45

salam mən iyul ayının 5 i tarixində Lənkəran şəhəri hərbi komisarlığıda komissiyadan keçmişəm . Çağırış vərəqəsinə iyul ayının 20 si yazılıb . Hansı qoşun növünə düşdüyümü ne vaxt biləcəm ? Zəhmət olmazsa cavab verərdiz coxsağolun

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Musa Soruşur Yazılma Tarixi:12.07.2016 13:17:12

Salam. Mən bu il magistraturaya qəbul olmuşam. Hərbi xidmət və hərbi vəzifə haqqında AR qanununa əsasən, hərbi xidmətdən möhlət hüququna malikəm. Lakin bu hüquqdan istifadə etmək istəmirəm. İlk öncə hərbi xidmətə getmək, başa vurduqdan sonra növbəti il magistr təhsilimi davam etdirmək istəyirəm. Universitet rektoruna akademik möhlət verilməsi üçün ərizə yazmışam. Lakin Voyankamata könüllü hərbi xidmətə getmək istəyimi bildirdikdə mənə etiraz etdilər .Bunu magistraturaya daxil olmağımla əlaqələndirdilər.Voyankamat univeritetden magistra gorə akademik möhlət(1 illik magistr təhsilimi dondurmaq barədə) götürməyim haqda arayış istəyir ,lakin bu arayış 15 sentyabrda verilə bilər ,çünki 15 sentyabrda magistra qəbul olmağım haqda əmr gələcək .Nəzərinizə çatdırım ki,magistr təhsilimi dondurub 1 illik herbi xidməti keçdikdən sonra təhsilimi davam etdirmək istəyirəm.Könüllü herbi xidmetə getməyim üçün mənə köməklik göstərəsiniz . Əlaqə 0552853447

Bildiririk ki, magistraturada təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər
Elşən Soruşur Yazılma Tarixi:12.07.2016 09:27:34

Salam menim oglum Meherremov Elsen Aslan oglu serhed qosun novune dusub hansi bolgeye dusduyunu bilmek isdeyirik zehmet omasa bize bir cavab vererdiniz

Qeyd etdiyiniz məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Həbib Soruşur Yazılma Tarixi:11.07.2016 20:25:54

Salam.Oglum MN 052 saylı hərbi hissəyə düşüb.Amma rayon seferberlik komissiyası bizi sehven başqa rayona gönderdi.Xahiş edirik , herbi hissenin yerinin müəyyən olunmasında bizə kömək edəsiniz. Həbibov Fərid Həbib oglu 02.07. 1995

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Cabir Soruşur Yazılma Tarixi:11.07.2016 17:53:08

Salam mən bu il xaricdə təhsilimi iyul ayının 28ində bitirəcəm.4 İllik təhsil aldığım zamanlarda hərbi tibbi müayinədən keçməmişəm, və mən ölkəmə qayıtdığımda mənim həqiqi hərbi xidmətə yollanmaq üçün zamanım var yoxsa oktyabr çağırışı vasitəsilə yollanacam xidmətə?

Bildiriri ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2016-cı ilin iyul çağırışına hazırlıq may və iyun aylarında başlanılıb. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 iyun 2016-cı il tarixdə başa çatdırılıb. Qeyd edirik ki, növbəti çağırışa cəlb olunmanız üçün təhsilinizi bitirdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Farid Soruşur Yazılma Tarixi:11.07.2016 16:10:45

Salam, men may ayının 19-da Neftçala rayon herbi komisarlığından komisiyadan keçmişem ve elave müayine üçün Salyan Şeherlerarası Xestexanasına ve Travmatologiya ve Ortopediya xestexanasına gönderilmişem. Her iksinden sağlam keçmişem. Mayın 27-de travmatologiya xestexanasında müayineden keçmişem,ama travmatologiyadan senedleri hele göndermeyibler. Poveskanı da vermirler. Buna sebeb nedi ve oktyabr ayına qala bilerem?

Bildirirk ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Neftçala rayon  şöbəsi tərəfindən 2016-cı ilin sentyabr ayının 10-dan sonra Mərkəzi hərbi-həkim komissiyasına  təqdim olunacaqsınız.
Mirəli Soruşur Yazılma Tarixi:11.07.2016 13:59:33

Salam. Meni voynkamat xesteliyime gore ag ciyer xestelikleri instutuna gonderdi. Men iyun ayinin 30 u xestexanada hekimlerin reyi ile esgerliye yararli olarag gonderdiler. Dediler senlik hec bir sey yoxdur sen get. Indi menim ne adim ne voynkamatda ne de bu saytda cixib. Men hardan bilerem ki men hara dusmusem?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün  qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.    
Şaməddin Soruşur Yazılma Tarixi:11.07.2016 00:27:35

Salam men aprel doyuslerinin istirakciyam ve bu doyuslerde istirakim haqqinda herbi biletimde qeyd olunub.hal hazirda men herbi xidmetimi basa vurmusam.Herbi hisseden men texris olanda dediler ki biz yeni doyuslerde istirak edenler pensiya alacagiq ve bunun ucun erazide yerlesen herbi komissarliga yaxinlasmaliyiq.sizden xaisim ourki bunun ucun hansi senedler teleb olunur zehmet olmasa deyerdiz

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, pensiya təyin edilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə daxil olmadığından aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur.
Nasir Soruşur Yazılma Tarixi:10.07.2016 22:57:35

Men Qebele rayonunda qeydiyyatdayam. Hal-hazirda universitetde bakalavr tehsili aliram. Amma Tehkim olunma vereqeme möhlet huququ veren möhür axirinci defe niyese 1 illik vurulub ve vaxti bu gun bitib. Mende olan melumata gore mohlet mohuru en az 3 illik vurulmalidi.Universitetde 2 ilim qalib. Xahiş edirem bu barede melumat vererdiz.

Bildiririk ki, təhsilini davam etdirmək üçün çağırışdan hüququ möhlət verilmiş çağırışçılar hər il oktyabr ayının 1-nə qədər şəxsən rayon (şəhər) idarə, şöbə və bölmələrə təhsillərini davam etdirmələri haqqında arayış təqdim etməlidirlər.           Həmin arayış təqdim edildikdə, Sizə cağırışdan möhlət verilərək «İlkin hərbi qeydiyyata alınma haqqında» (çağırış komissiyasına təhkim edilmə haqqında şəhadətnamə) vəsiqənizdə müvafiq qeydlər aparılacaqdır.  
Cədvəldə sətir sayı :14804