Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Etibar Soruşur Yazılma Tarixi:20.07.2016 22:20:52

Mənim cağırışım bu ayin 1 nə verilmişdiç və nitqimdə yungul dərəcəli kəkələmə olduğuna görə Baki şəhərinə qospitala apardilar, ordan muayinələrdən kecdim, qospitaldanda cavab bugun voenkomata gəlibki hərbi xidmətə yararli, voenkomatda mənə deyirki ola bilsinki oktyabr cağırışına qalasan. Gəncə şəhər Kəpəz voenkomatiyam. indi dəqiq bilmək isteyiremki bu ay gedəcəm yoxsa oktyabr çağırışında? Zəhmət olmasa cavab verərdiz.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Bəxtiyar Soruşur Yazılma Tarixi:20.07.2016 21:21:40

ehtiyatda olan mayoram..2003-2014 illerde SHXCDX muxtelif vezifelerde xidmet etmiwem..oz xaiwimle ehtiyata biraxilmiwam..yeniden xidmete qebul oluna bileremmi SHXCDX-da ? sayt vasitesile muraciet etmiwem hele bir cavab yoxdur sizden

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına göndərdiyiniz müraciətə tərəfimizdən baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində həqiqi hərbi xidmətdə olarkən 11.03.2014-cü il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.9. bəndinə (öz arzusu ilə) müvafiq olaraq, ehtiyata buraxılmağınız barədə raportla müraciət etmisiniz. Silahlı Qüvvələrin ehtiyatına buraxılmağınızla əlaqədar müraciətiniz nəzərə alınaraq Sizinlə Xidmətin Aparatında aparılan söhbət zamanı mövcud qanunvericiliyin müddəaları izah olunarkən həqiqi hərbi xidmətinizi davam etdirmək təklif olunmuşdur. Lakin Siz isə öz növbənizdə israrla həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağınızı xahiş etmisiniz. İstəyinizi nəzərə alaraq Xidmət rəisinin 14.05.2014-cü il tarixli müvafiq əmri ilə həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmısınız və bu zаmаn qаnunvericiliyin tələbləri pozulmamışdır. Nəzərinizə çatdırırıq ki, Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətdə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
İzzət Soruşur Yazılma Tarixi:20.07.2016 18:17:56

Salam mənə iyulun 20sinə çağırış vermişdilər getdim cavab çıxanda çağıracağıq dedilər. Qolumda cızıq var deyə Maştağaya göndərmişdilər. Araşdıra bilərsiz oktyabra saxlıyacağlar yoxsa iyulun25i gedəcəm?Özüm iyulda getmək istəyirəm. Düşdüyüm yer bilinmir

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün  qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.    
Bəxtiyar Soruşur Yazılma Tarixi:20.07.2016 16:37:04

Salam 2ci növbə çağırışin nəticəsinin gecikməsinin səbəbi nədir ?Yəni çağırış 20 iyul olduğu halda hələ yerlərin 25 iyul çıxacağını bildirirsiz .

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Elvin Soruşur Yazılma Tarixi:20.07.2016 16:34:18

Salam. Mən iyulun 25 i esger gedirəm komisiyyadan keçmişəm amma hara düşdüyüm məlum deyil xaiş edirəm ki hara düşdüyümü pyrenmeyim baredə kömək edəsiniz.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           
Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Elman Soruşur Yazılma Tarixi:20.07.2016 14:12:42

salam,. menden basqa da bu suali veren olub, xahis edirem cavablandirasiniz. hərbi hissələrə təyin olunma birinci burda yerlesdirilir ya smsle birinci melumat almaq olar?

Çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündən əldə edə bilərsiniz.
Sənan Soruşur Yazılma Tarixi:20.07.2016 12:42:44

Salam.mən binəqədi komissarlığındam iyunun 29 u 2 saylı psixiatrik xəstəxanaya göndərilmişəm döymə( tattoo) səbəbiylə ama hələdə cavablar gəlmiyib? Oktyabra qalmaq söhbəti deirlər bu düzgün deyil axı və ya nədərəcədə duzgundu?

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Binəqədi rayon idarəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
Nemət Soruşur Yazılma Tarixi:20.07.2016 09:34:45

Salam mən bu ay hərbi xidmətə yollanmalıyam, harda xidmət edəcəyimi bilmirəm. Rayon şöbəsindən mənə dedilər ki, adın ikinci siyahıdadı ve sizdə qeyd etmisiz ki növbəti məlumat 25 iyul tarixində sayta yerləşdiriləcək mən bilməy istirəm 25 i saytdan harda xidmət edəcəyimi öyrənəndən sonra bu ay məni hərbi xidmətə aparacağlar ya oktyabra qalacam?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Qeyd edirik ki, vətəndaşlar həqiqi hərbi xidmətə iyul ayının 1-dən 30-dək qeydiyyatda olduqları idarə, şöbə və ya bölmə tərəfindən əvvəlcədən təyin olunmuş qrafikə əsasən göndərilirlər.  
ilkin Soruşur Yazılma Tarixi:19.07.2016 23:24:31

salamlar.esgerlikden teze gelmiwem,rayon komisarliginda getdim adimi yazdirdim zabitlik ucun,21 cenab general leytenantla Beyleqanda goruwecem.mene imtahanda duwecek suallar lazimdi.bi zehmet suallari atardizda bura

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikası  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında müraciət edən vətəndaşların ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Farid Soruşur Yazılma Tarixi:19.07.2016 17:54:59

Salam. Evvelki sualimi cvblandirdiginiz ucun tesekkurler. Men Ali Tehsilimi basa vurmusam. 1995-ci il tevelludluyem. Neftcala rayon qeydiyatindayam. Size verdiyim sualda mene sentyabrda qerar verileceyini dediniz. Men oktyabrda getmey istemirem. Iyul ayinda getmey isteyirem. Hec cur mumkun deyil bu? Yeni gecikme menim gunahimdan deyilki. Xestexanadan senedleri gondermeyibler. Eger men Oktyabra qalsam hara şikayet ede bilerem? Teşekkürler.

Məlum olmuşdur ki, Siz, 2016-cı ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Sumqayıt şəhər idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Əlavə olaraq bildiririk ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Cədvəldə sətir sayı :14897