Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vüsal Soruşur Yazılma Tarixi:15.07.2016 16:11:57

Salam.Adım Vüsaldır.26 yaşım var.Tam ali təhsilliyəm.2011-2012-ci il tarixində Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində Həqiqi Hərbi Xidmətdə olmuşam.O vaxtdan həmin hərbi qoşun növü çox xoşuma gəlib və hazırda arzum budur ki,həmin qoşun növündə zabit kimi fəaliyyətə başlayım və Vətənimizin dəniz sərhədlərinin müdafiəsində durum.Sizdən xahiş edirəm ki,mənə bu arzumun mümkün olub-olmaması barədə bir məlumat verəsiniz,yəni mən sırf Hərbi Dəniz Qüvvələrində zabit kimi işə qəbul ola bilərəmmi?Əvvəlcədən təşəkkür edirəm.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə xidmət keçmələri qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növü üzrə müraciət etməyiniz tövsiyə olunur.
Mətin Soruşur Yazılma Tarixi:15.07.2016 15:15:51

Salam Talıblı Mətin Mətləb oglu,mən bu ayın 13 sabunçu rayonu hərbi komisarlığından keçib bütün sənədlərimi tehvil vermisən,ama hansi hərbi hissəyə düsdüyüm bəlli deyl,bilmək istəyirəmki hansı hərbi hissəyə düsmüsüm,ve bilmək istəyirəmki mən hansı hərbi hissəyə dusməyimden asılı olmayaraq leytinant ola bilermi?xais edirəm suallarımı cavablandırasız,Talıblı Mətin Mətləb oğlu 11.07.1994 Ali tehsilliyem..

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.  Əlavə olaraq qeyd edirik ki, leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Kamran Soruşur Yazılma Tarixi:15.07.2016 14:21:28

Salam bagiwlayin narahat edirem . Men aprel ayi doyuwcusuyem doyuwlerde iwtirak etmiwem ve buda menim herbi biletime yazilib . Herbi hisseden bu haqda deyildiki veteranliq pensiyasi verilecek bu haqda mene ne deye bilersiz ?

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, pensiya təyin edilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinə daxil olmadığından aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur. 
elşad Soruşur Yazılma Tarixi:15.07.2016 13:26:14

Eger menim cavablarim cixmasa oktyabra qalsam olkeni muddetli olaraq terk ede bileremmi ?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
elşad Soruşur Yazılma Tarixi:15.07.2016 13:15:42

salam. ilk otpravkada adim cixmadi dediler ikinci otpravkaya qalibsan onun cavablari ne vaxt cixacag deqiq?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Yusif Soruşur Yazılma Tarixi:15.07.2016 12:26:22

Salam mən 13 iyul 2016 ci ildə Şəki şəhər hərbi komisarlığından Ağcabədidə olan hərbi hissəyə aparılmışam və həmin tarixdə məni geriyə Şəkiyə gətiriblər çünki Şəki Rayon Mərkəzi Xəstəxanasinin gözlərimə görə Bakı şəhərində müayinəsi məsləhətdir yazsısı olub və Şəki Hərbi komisarığı nə 27 may 2016ci ildəki tarixdə nə də indi Bakı şəhərində müayinə üçün göndəriş vermir.Eyni zamanda 27 may 2016 ci ildə olan Şəki Rayon Mərkəzi Xəstəxanasının mənim haqqımda verdiyi aktı 19 gün sorna keçdikdən sonra 27 may 2016ci il tarixində verilən başqa aktla dəyişdirmək istəyir. Mən nə etməliyəm?

Məlum olmuşdur ki, Siz 2016-cı ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Şəki rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz. Siz 2016-cı ilin iyul çağırışına cəlb olunacaqsınız.
Elçin Soruşur Yazılma Tarixi:15.07.2016 11:56:38

Salam mən iyulun 1i Bakıdakı travmatologiya və ortopediya institunda müayinədən keçmişəm hələ də 2həftə keçməsinə baxmayaraq mənim müayinə nəticəm gəlməyib.Biz hansı dövrdə yaşayırıq ki,hələ gəlib çıxmayıb xahiş edirəm bu məsələyə aydınlıq gətirəsiniz.

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün  qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.    
Şəmistan Soruşur Yazılma Tarixi:15.07.2016 09:15:10

Mən harda xidmet edecem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Gündüz Soruşur Yazılma Tarixi:14.07.2016 21:46:44

Salam,oğlum Musazadə əlimərdan Mirqalib oğlu Qəbələ rayonundan çağırışçıdı. 6ay möhlət hüququ verilmişdi, sonra yenidən bu ilin iyun ayında həkim komissiyasına göndərilib, yenidən həmin diaqnoz təsdiqlənib. Diaqnoz-epiremisiya .Mən bilmək istəyirəm ki,oğlum əsgər gedə bilər, ya yox.Musazadə Əəlimərdan Mirqalib, Qəbələ,1993

Məlum olmuşdur ki, 1993-cü il təvəllüdlü Musazadə Əlimərdan Mirqalib oğlu 2016-cı ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Qəbələ rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhəti ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmişdir. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Ə.M.Musazadə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmişdir. Möhlət hüququ bitdikdə Ə.M.Musazadə təkrar tibbi müayinəyə cəlb olunacaqdır.
Cümşüd Soruşur Yazılma Tarixi:14.07.2016 16:52:24

Salam. Men 2 may Xacmaz rayon herbi komisarliqinnan yoxlanisa caqirildim. Ayaqmin alti duz olduqna gore trammatalogiya xestexanasina gonderdiler. Orda novbeye yazildim. 23 iyun tarixinde yoxlaniwdan kecdim ve herbiye yararli odluqmu dediler. Ve kaqizi vaenkomata ozleri gonderecekler dediler . hal hazira qeder menim kaqizim gelmeyim. Bu gunde vaenkomata getdim . Sabaha qeder kaqiz gelmeseler seni oktyabr caqirisina saxlayacaqiq dediler. Bu neqeder duzgundur? Ve men iyul caqrisiyam oktyabra qalsam hara sikayet ede bilerem? Tewekkur

Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Siz 2016-cı ilin iyul çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqsınız.
Əlavə olaraq bildiriik ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14897