Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İSMAYIL Soruşur Yazılma Tarixi:06.09.2016 12:50:08

Salam.20 yaşım var 47 kq çəki hərbi xidmətə getmək isteyirem

Bildiririk ki, Siz tibbi şəhadətləndirilərək barənizdə qanunamüvafiq qərar qəbul edilməsi üçün Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Rəvan Soruşur Yazılma Tarixi:06.09.2016 10:36:14

Orta məktəbi bu il qurtarmışam və balım az olduğuna görə ali məktəbə daxil ola bilməmişəm. Növbəti qəbul imtahanlarına hazırlaşıram. 18 yaşım 2017-ci il iyun ayının 2-də (02.06.17.) tamam olur. Sualım ondan ibarətdir ki, mən hərbi xidmətə getmədən və möhlət hüququ almadan 2017-ci ildə ali məktəbə qəbul imtahanında iştirak edə bilərəmmi? Əsgər yaşımın imtahan ərəfəsində tamam olması qanunla buna maneçilik törətmir ki?

Bildiririk ki, 2016-cı ildə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara növbəti ildə qəbul imtahanlarında iştirak etmək üçün təkrar şans verilmir.
XAN Soruşur Yazılma Tarixi:05.09.2016 22:18:14

salam men 26.03.2017 de 18 yawimi tamam edecem ozum naxcivanda qeydiyyat olmusam babek vaynkamati 500 nomreli herbi hissede qeydiyat olmusam ozum bakida oluram sexsiyyet vesiqem bakiya qeydiyyatdi bilmek isteyirem meni hardan cagiracaqlar

Bildiririk ki, 26.03.2017-cı il tarixdə 18 yaşınız tamam olduğu üçün ümumi əsaslarla 2017-ci ilin aprel çağırışına cəlb ediləcəksiniz. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4-cü maddəsinin tələblərinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməlidirlər.
Fitad Soruşur Yazılma Tarixi:05.09.2016 20:28:32

Salam zəhmət olmazsa ətraflı məlumat verərdiniz. Hərbi qulluqçu-zabit olmaq üçün hansı fənlərdən imtahan verilməlidi və işə qəbul prosesi necədir?

Nəzərinizə çatdırırıq ki,  hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxılır. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə (test imtahanı) və müsahibə yolu ilə təhsilinə, ixtisasına uyğun vakant vəzifələrə həqiqi hərbi xidmətə (işə) qəbul oluna bilərlər. Test imtahanında ümumi bilik səviyyəlsi və dünya görüşü yoxlanılır. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Vüsət Soruşur Yazılma Tarixi:05.09.2016 20:20:26

Salam Mən İran İslam Respublikasında dini təhsil almaq istəyirəm.Həmin Universitetdə verilən hərbi möhlət vərəqəsi Azərbaycanda qəbul olunurm?.O Universitetdə təhsil alsam mənə hərbi möhlət veriləcəkmi? Əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Rəvan Soruşur Yazılma Tarixi:05.09.2016 14:54:10

Orta məktəbi bu il qurtarmışam və balım az olduğuna görə ali məktəbə daxil ola bilməmişəm. Növbəti qəbul imtahanlarına hazırlaşıram. 18 yaşım 2017-ci ilin iyun ayının 2-də (06.02.17.) tamam olur. Sualım ondan ibarətdir ki, mən hərbi xidmətə getmədən və möhlət hüququ almadan 2017-ci ildə ali məktəbə qəbul imtahanında iştirak edə bilərəmm? Əsgər yaşımın imtahan ərəfəsində tamam olması qanunla buna maneçilik törətmir ki?

Bildiririk ki, 2016-cı ildə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara növbəti ildə qəbul imtahanlarında iştirak etmək üçün təkrar şans verilmir.
Fuad Soruşur Yazılma Tarixi:05.09.2016 13:23:59

Salam , mən bilmək istərdim sağlamlıqda hansı problemlər olduqda çağırışçıya əsgərliyə yararsız olduğu haqqında sənəd verirlər( Yararsız hərbi bilet) ?

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Vilayət Soruşur Yazılma Tarixi:05.09.2016 12:03:33

Mənim iki oğlum hal hazırda hərbi xidmətdədir.Onlardan biri Göygöl rayonu 172 saylı hərbi hissədə Sapyor bölüyündə,ikincisi isə 130 saylı hərbi hissədə xidmət edir.Onların hər ikisi ön cəbhədə xidmət edə bilər? Yoxsa biri arxa cəbhədə xidmət etməlidir? Sağolun.

Bildiririk ki, qardaşlardan biri ön cəbhədə xidmət etdiyinə görə digər qardaşa hərbi xidmətə çağırılan zaman hər hansı güzəştin şamil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Vəfa Soruşur Yazılma Tarixi:03.09.2016 17:06:26

Salam.mən hərbi hissədə mülki vəzifədə işləyirəm müddətli həqiqi hərbi xidmət keçməyim üçün mənə yol göstərmənizi xahiş edirəm.mənim gizir vəya maxe kurs keçməyimçün yol göstərmənizi rica edirəm hərbi hissələrə,vaynkomata müraciətlərim cavabsiz qalmişdir

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1 maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Harada və hansı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət keçməyiniz, qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Qeyd etdiyiniz məsələ ilə əlaqədar xidmət etmək istədiyiniz qoşun növü üzrə müvafiq hərbi hissə komandanlığına müraciət etməlisiniz. Nəzərinizə çatdırırıq ki, “Ehtiyat zabit hazırlığı kursu” və “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi, kurslara qəbulun qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. 2016-cı ilin sentyabr-oktyabr ayları ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı kursu” və “Gizir hazırlığı kursu” nun təşkil edilməsi planlaşdırılır. Bununla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən kursda oxumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş 28 yaşına qədər, ali və orta təhsilli hərbi vəzifəlilər sırasından namizədlər seçilir. Odur ki, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə qeydiyyatda olduğunuz yer üzrə Xidmətin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət etməlisiniz.
ELÇİN Soruşur Yazılma Tarixi:02.09.2016 21:30:26

salam men 23.10.1998 ci ilde anadan olmusam ve men oktyabr 2016 ci ilde esgerliye gedecem?ve pavska gelennen sora getmeliyem yoxsa ola bilerki sentiyabrda pavska gelsin ama yanvarda gedim?

Bildiririk ki, 23.10.2016-cı il tarixdə 18 yaşınız tamam olduğu üçün ümumi əsaslarla 2016-cı ilin oktyabr çağırışına cəlb ediləcəksiniz. Hal-hazıradək çağırış vərəqəsi almamısınızsa, təcili olaraq Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Cədvəldə sətir sayı :14891