Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İbrahim Soruşur Yazılma Tarixi:19.09.2016 19:13:21

Salam Men Azerbaycan Texniki Universitetinde tehsil aliram tehsilimi bitirdikden sonra herbi xidmetde Leytenant kimi fealiiyet gosdermek isdeyirem bundan oteri ne etmeliyem Zehmet olmasa cavablandirardiz

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur.  Leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Ceyhun Soruşur Yazılma Tarixi:19.09.2016 15:05:44

salam, mən keçən ay işə qəbul üçün sənədlərimi idarəyə təqdim etmişəm. Sənədlərin iş üçün unyğun olub-olmamasini öyrənmək istəyirəm. Əgər uyğundursa imtahaninin kecirilmə tarixini bilmək istəyərdim.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə (test imtahanı) dəvət olunmaları növbəli qaydada həyata keçirilir. Müsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
Orxan Soruşur Yazılma Tarixi:18.09.2016 15:28:06

hansı hərbi hissəyə düşmüşəm?

Bildiririk ki,çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündən əldə edə bilərsiniz.
Tural Soruşur Yazılma Tarixi:18.09.2016 14:24:48

salam men Balakişiyev Tural Gülmət Oğlu 17.07.1997-ci il tarixinda anadan olmuşam men harda xidmet edeceyimi öyrenmey isteyirem ???

Bildiririk ki,çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündən əldə edə bilərsiniz.
Tural Soruşur Yazılma Tarixi:18.09.2016 14:19:07

salam men 10.03.2016 tarixinde heqiqi herbi xidmete çagrılmışam ve men hara düşdüymü bilmey isteyirem

Bildiririk ki,çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündən əldə edə bilərsiniz.
Fərid Soruşur Yazılma Tarixi:17.09.2016 22:42:09

Salam, xahiş edirəm ətraflı məlumat verərdiniz. Mən ailənin yeganə övladıyam (bacım, qardaşım yoxdu), ozumde ali təhsilliyəm. Oktyabr ayında herbi xidmətə çağırılmışam. Valideynlərimin hər ikisinin 56 yaşı var. Sualım belədir, Hərbi Xidmətə Çağırış qanunvericiliyində bu vəziyyətlə bağlı hər hansısa bir güzəştlər mövcuddurmu?

Bildiririk ki, ailənin tək övladları həqiqi hərbi xidmətə çağırışa cəlb olunurlar və xidmətə göndərilən zaman onlara hər hansı güzəştin şamil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Cəmil Soruşur Yazılma Tarixi:17.09.2016 16:46:39

Salam, Mən Azərbaycan Texniki Universitetinin bakalavır pillesini bitirmişəm. Müddətli hərbi xidmətdə olmuşam və hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magisdiratura pilləsində oxuyuram. Mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsində mülkü vətəndaş kimi işləmək istəyirəm. Bunun üçün hansı sənədlər tələb olunr?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Elçin Soruşur Yazılma Tarixi:17.09.2016 09:24:17

Salam Mən Əsgərliyə getmək istəyirəm ama hələ pavska gəlməyib 23 oktyabr 1998 ci iləm pavska gəlmə ehtimalı var yoxsa yanvara qaldım?ELÇİN HƏSƏNOV VALEH OĞLU 23 Oktyabr 1998 ci il Cəbrayıll vayenkomatı.və pavska gəlsə təxmini ayın neçəsi gələ bilər?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Tural Soruşur Yazılma Tarixi:17.09.2016 09:04:13

Salam men 03-10-2016 cı il tarixinde herbi xidmete gedmeliyem və men hansı herbi hisseye düşdüymü yoxlamaq isteyirem.Bunu nece yoxluya bilerem?

Bildiririk ki,çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündən əldə edə bilərsiniz.
Murad Soruşur Yazılma Tarixi:17.09.2016 00:34:17

Salam.oktyabır aynın 2si üçün mənə çağrış var.Hansı hərbi xidmətə düşdüymüz hakda məlumatı nə zaman alacıyıq?Qeyd edim ki saytn özündə anket doldurub yoxlamşam.ama heç bir nəticə çıxmır.Xaiş edrəm sualmı cavablandrarsz.Təşəkürlər...

Bildiririk ki,çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündən əldə edə bilərsiniz.
Cədvəldə sətir sayı :14897