Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Dinar Soruşur Yazılma Tarixi:26.09.2016 19:32:31

salam. men oktyabrın 3 ü esgerliye gedecem hara dusduyum haqda nece melumat elde ede bilerem,,

Bildiririk ki,çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündən əldə edə bilərsiniz.
Xəlil Soruşur Yazılma Tarixi:26.09.2016 15:14:06

Salam . Müddətdən artiq hərbi xidmət kursları hansı aylar keçirilir və harda ? Adım Xəlil

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3 maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Hansı hərbi hissədə hərbi xidmət keçməyinizi, kursların nə vaxt və hansı müddətə keçirilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz orqana müraciət etməlisiniz.
Elvin Soruşur Yazılma Tarixi:26.09.2016 07:51:27

salam men oktyabrin 3 u esger gedirem. hara duwduyum yeri oyrenmey istirdim.

Bildiririk ki,çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündən əldə edə bilərsiniz.
Nicat Soruşur Yazılma Tarixi:26.09.2016 03:04:27

Mən Məmmədov Nicat Əli oğlu 19.08.1994-ci il təvvəlüdlü çağırışçı.Ali təhsilimi başa vurduqdan sonra bu ilin iyul ayı üçün hərbi xidmətə çağırış gəldi mənə.Qaradağ rayona çağırışçısıyam.Tibbi yoxlanışdan keçdikdən sonra məni Mərkəzi Hərbi Həkim Komissiyasına yolladılar gedib ordan yoxlanışdan keçdim lakin mənə heç bir səbəb göstərmədən məni iyul ayı xidmətdən saxladılar.Keçən ay tibbi yoxlanışın cavabları geldi.Lakin meni elave olaraq başqa yoxlanışa gonderdiler.Dunen marağlandım meni elave olaraq gonderdikleri yoxlanışın cavabını Herbi hekim Kimissiyasina gonderdiklerini dediler.Mene oxtyabr ayi ucun cagırış gelmiyib hele bu ayin sonuna kimi yeni sentyabrin sonuna kimi gelme ehtimali var?

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə 29.09.2016-cı il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Orxan Soruşur Yazılma Tarixi:26.09.2016 01:12:11

Salam.Men herbi xidmeti harda qulluq eleyecem?

Bildiririk ki,çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündən əldə edə bilərsiniz.
xəyal Soruşur Yazılma Tarixi:25.09.2016 20:51:34

salam bilmek istiyirem gorum oktyabr ayinin cağriscilarinin hansi herbi hisseye dusduyu bilinir

Bildiririk ki,çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündən əldə edə bilərsiniz.
Adil Soruşur Yazılma Tarixi:25.09.2016 13:55:33

Mən 1993-cü ildə 165 saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişəm. Müharibə iştirakçısı vəsiqəsi almaq üçün hara çüraciət etməliyəm.

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən veteran adı və müvafiq vəsiqələri vətəndaşların hansı qoşun növündə hərbi xidmət keçməsindən aslı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirlikləri, Dövlət Təhlükəsizliyi, Xüsusi Dövlət Müha­fizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Nəzərinizə çatdırırıq ki, hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrlər kitabı hərbi qulluqçuların xidmət etdikləri müvafiq dövlət orqanlarının arxivlərində saxlanılır. Tələb olunan sənədlər toplandığı və hərbi xidmət keçməyinizi təsdiq edən arxiv arayışları olduğu təqdirdə, Sizə “Müharibə veteranı”adı və vəsiqəsi verilməsi məsələsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq komissiyasında baxıla bilər. Əlavə olaraq bildiririk ki, hərbi xidmətkeçmə barədə arayışların verilməsi üçün müvafiq dövlət orqanlarının arxivlərinə sorğu, Xidmətin yerli idarə, şöbə, bölmələri və ya vətəndaşların özləri tərəfindən göndərilə bilər.
HƏSƏN Soruşur Yazılma Tarixi:24.09.2016 20:57:59

salam.men herbide hansi bolgede xidmet edecem.qeydiyyatim Gence seheridir.

Bildiririk ki,çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündən əldə edə bilərsiniz.
Röyal Soruşur Yazılma Tarixi:24.09.2016 11:11:45

Salam ali tehsilliyem ve herbi xidmetide leytnant kimi xidmet edib bitirmisem 2011_2013 ci illerde ve seferberlik ve heqiqi xidmete caqiris islemek isteyirem bunun ucun hansi senetler ve sizin ne kimi komeyiniz yol gostere bilersiniz .cox sevinerem

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Rauf Soruşur Yazılma Tarixi:23.09.2016 18:11:01

Mən Kərimov Rauf İlqar oğlu 25.09.1992 ci il tarixində Salyan rayonun Aşağıkürkənd kəndində anadan oluşam.1998-ci il tarixində Salyan rayonun Aşağıkür kənd tam orta məktəbinin 1-ci sinifinə qəbul olmuşam.2009-cu ilde həmin mektebin 11-ci sinifini bitirmişəm. 2010-cu il də Ali məktəbə imtan verərək Azərbaycan Müəllimlər İnstitunun Azərbaycan dili və Ədəbiyyat ixtisasına qəbul olmuşam.2014-cu ildə həmin Ali təhsilimi başa vuraraq iyul ayinin 24-u Hərbi xidmətə getmişəm.2015-ci ildə hərbi xidməti başa vurmuşam. 2015-ci ilin sentiyabr ayindan may ayina qədər Sabirabad rayonun İ.Musayev adina Sarxanbeyli kənd orta məktəbinfə müqavilə əsasinda kənd orta məktəbinə Azərbaycan dili və Ədəbiyyat müəllimi işləmişəm.Hal hazirda işsizəm.İstəyirəm ki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mülki işçi kimi çalışam.Mən bunun üçün hara müraciət edim?Xahiş edirəm ki mənə cavab yazasınız.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar həftənin tək günləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kadrlar və kadr hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Cədvəldə sətir sayı :14891