Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
NATİQ Soruşur Yazılma Tarixi:30.09.2016 13:45:01

mən hara düşmüşəm

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Nail Soruşur Yazılma Tarixi:30.09.2016 13:20:47

salam adım Nail Mikayılovdu .ayın 20 si cagırıs olunub ancağ hansı hərbi hissəyə düşdüyüm barədə məlumat çıxmadı .mən necə bilərəm harda xidmət edəcəyimi .ayın 30 u çixan siyahıda adım yoxdur.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Orxan Soruşur Yazılma Tarixi:30.09.2016 12:49:15

Salam bugun men Masalli rayon heqiqi herbi cagiris hisesine gedim ve orda mene dedilerki Gence rayonu 193 sayli herbi hiseye dusmuwem amma internetde 193 sayli herbi hisenin Semkir rayonunda yerlewtiyi bldirilir sualim beledi 193 sayli herbi hise harda yerlesir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Nail Soruşur Yazılma Tarixi:30.09.2016 10:52:18

salam.mənə deyilmişdi çağırış məntəqəsində oktaybırın 20 si gedəcəm əsgər. ancağ ayın 29 u harda xitmət kececəyim haqda cavablar çıxanda mənim adım çıxmadı .

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəhim Soruşur Yazılma Tarixi:29.09.2016 23:09:10

salam mən İsmayilli rayon sakiniyəm və mən hərbi xidmətə çağırış üzrə hara düşdüyümü elektron xidmətlə öyrənə bilmirəm.Bunun üçün nə etməliyəm və hansi nömrəyə qısa sms göndərməklə öyrənə bilərəm?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Rəhman Soruşur Yazılma Tarixi:29.09.2016 23:08:52

Salam men mn 212 nomreli herbi hissede qulluq edecem 212 nomrəli hərbi hissə haradır

Qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Pərviz Soruşur Yazılma Tarixi:29.09.2016 21:29:04

Müdafiə Nazirliyi Hərbi hissəsinin 212 nömrəli hərbi hissəsi harada yerləşir?

Qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Nail Soruşur Yazılma Tarixi:29.09.2016 21:12:00

salam.mənim çəkim 98 boyum 167 di.oktyabır cağırısıyam .eşitdiyimə görə cəkim çoxdu, ama həkim yararlısan dedi. çəki 98 boy 167 ilə yararlıyammi ?xahiş edirəm cavablıyardiz çox sağ olun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər. Əlavə olaraq bildiririk ki, hərbi xidmətə çağırış zamanı ilk dəfə II-III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “ç” bəndi ilə 6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Lakin müalicə səmərəsiz olduqda, onlar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
seyhun Soruşur Yazılma Tarixi:29.09.2016 20:32:53

salam.daxili qosunlar a dusmusem.ama hansi herbi hissedir bilmirem.yəni hansi rayondi.onu nece oyrene bilerem

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.
Məhəmməd Soruşur Yazılma Tarixi:29.09.2016 20:30:13

Salam Magistratura təhsili üçün verilən möhlət hüququ xaricdə magistratura oxumağa gedəcəklərədə şamil edilirmi? Yoxsa ancaq Azərbaycanda Magistratura oxuyacaq tələbələrə möhlət hüququ veriləcək?

Bildiririk ki, xarici ölkələrin ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul olan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Cədvəldə sətir sayı :14897