Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mahir Soruşur Yazılma Tarixi:06.10.2016 12:01:57

Salam. Mənim oğlum 25 yanavar 1999-cu ildə anadan olub. 25 yanavar 2017-ci il tarixində oğlumun 18 yaşı tamam olacaq. Bilmək istəyirəm oğlum hansı aylarda əskərə şağırılacaq? yanvarda, apreldə ya da iyulda?

Bildiririk ki, 18 yaşı 2017-ci ilin yanvar ayının 25-də tamam olan vətəndaşlar həmin ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.
Tural Soruşur Yazılma Tarixi:05.10.2016 19:36:52

Salam. Mən ictimai nəqliyyatda hərbi biletimi itirmişəm. Yenisi almaq üçün nə etməliyəm?

Mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi) tələb olunan sənədlər əsasında hərbi vəzifəlilərin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən təkrar (yeni) hərbi bilet verilir. Odur ki, təkrar (yeni) hərbi biletin götürülməsi üçün şəxsiyyət vəsiqəsi, DİN-nin aidiyyəti orqanından hərbi biletin itirilməsi və tapılmaması barədə arayış, 3x4 sm ölçüdə        2 ədəd fotoşəkillə birlikdə hərbi qeydiyyatda olduğunuz xidmətin yerli idarə, şöbə və bölməsinə şəxsən müraciət etməlisiniz.
Kamran Soruşur Yazılma Tarixi:05.10.2016 18:36:33

Salam. Mən müddətdən artıq işə qəbul haqqında mürciət etmək istəyirəm. Sizdə şərtlər necədir. Məni yönləndirə bilərsiniz?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar, qulluq (xidmət) etmək istədiyiniz yaxınlıqdakı ordu korpusuna və ya hərbi hissə komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
əli Soruşur Yazılma Tarixi:05.10.2016 12:06:51

Salam mənə 6 ay astrocka verilib böreyimdə balaca problem cixdiqna görə dekabr ayinda müayineye caqirmalidilar yene herbi komisarliqdan cixmaliyam ama bu 6ayin icinde hecbir mualiceye gondermediler meni men herbi xidmete gedmek istirem 6ay muddetim bitenen sonra mən konulli yazib herbiye gede bilerem ? Xaiş edirem cavab verim

Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Əmrah Soruşur Yazılma Tarixi:05.10.2016 01:28:51

nece sayli herbi hisseye dusmusem?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Əmrah Soruşur Yazılma Tarixi:05.10.2016 01:25:22

hara duwmuwem?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Nurlan Soruşur Yazılma Tarixi:05.10.2016 01:03:45

Salam.ali təhsilliəm.məni iyul cağırısnda gözumə görə muayinəyə göndərdilər.dedilər xəbər edəciyik.amma xəbər etmədilər.indidə xidmət edəcəyim yer yenə çıxmadı.voenkamad işçiləri başınnan edir dəqiq bir şey deən yoxdu.mənə çağırış da verilmir.bunun səbəbi nədi? Mən oktyabrda əsgər getmək istəyirəm gedə biləcəm? İsmayılov Nurlan Tərlan oğlu Lokbatan voenkamatı

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə 01.08.2016-cı il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Müayinənin nəticəsinə müvafiq olaraq Siz, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız
Nazim Soruşur Yazılma Tarixi:04.10.2016 23:50:23

salam. menim bu ay eskerliye getmeliyem, amma adim cixmir saitivizde , niye?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Nazim Soruşur Yazılma Tarixi:04.10.2016 23:42:34

salam. men 30.08.1998 tevelludlu, oktyabir priziviyam, menim ayaqimda 2 dereceli yasti pencelik var, ayaqimin renqenimi istediler ve kardiaqramami, kardiaqramam 106 idi. sentyabirin 24 vainkamatina getdim mene caqiris vesiqesi verdiler oktyabirin 20 sine, amma men sizin saitde ve 9100-la oz melumatlarimi yollayiram adim cixmir, yazilirki bele caqirisci yoxdu, indi bilmek isteyirem men eskerliye yararliyam ya yox, ve menim adim cixacaq sizin saitde yoxsa yox?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Elmir Soruşur Yazılma Tarixi:04.10.2016 21:07:10

Salam mənim oktyabrın 23 ü 18 yaşım tamam olur amma mənə çağırış gəlməyib

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Cədvəldə sətir sayı :14891