Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Samir Soruşur Yazılma Tarixi:13.10.2016 00:01:33

Salam men qardasim dizinden yungul emeliyat olduqu ucun 6 ay herni xidmetden saxladılar bu 6 ay bitdiyden sonra ve herbi komisarliqin muayinesinde kecdiyden sonra yararli cixarsa daxili qosun novunde xidmet edme şansı varmı? Yoxsa daxili qosuna beleleri qebul olnmur??daxili qosunda xidmet etmey ucun mutleq tam saglam olmaq lazimdi??

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Arzu Soruşur Yazılma Tarixi:12.10.2016 12:19:45

Salam men atamın gözlerinen birinci qurub elil oldugna göre herbi xidmete cagrilmamisam mene komek ederdiz men herbi xidmete gedmek isdeyirdim

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinin tələblərinə əsasən, həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət himayəsində başqa övladı olmayan 1-ci qrup əlil ata, yaxud ana olan, 19.1.5-ci maddəsinə əsasən isə himayəsində 18 yaşınadək və yaxud 1-ci qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmayan çağırışçılara verilir.         Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Asiman Soruşur Yazılma Tarixi:11.10.2016 19:32:14

salam. oktyabrın 20 si hərbi xidmətə yola düşürəm. mənə hara düşdüyümü demirlər. Bunu necə öyrənə bilərəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Fərid Soruşur Yazılma Tarixi:11.10.2016 16:03:25

Salam, men oktyabrın sonu üçün çağırışçıyam (MN). Ali təhsilliyəm, Azerbaycan Dillər Universitetini bitirmişəm. Bilmək istərdim ki, ali-təhsillilər Milli Orduda nikadr-leytenant kimi nə qədər müddət hərbi xidmət keçməlidir? (Zəhmət olmasa bu barədə bəzi prosedurları tam təfərrüatı ilə yazmanızı Sizdən xahiş edirəm.) Və bir də, nə qədər vaxt ərzində zabit rütbəsi ala bilərik? Bəs müqavilə nə qədər müddətikdir?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli, 274-IVQ nömrəli Qanununun 36.1.4-cü maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olurlar. Həmin Qanunun 38.1.5-ci maddəsinə əsasən, həqiqi hərbi xidmətin və sərəncamda olmanın müddətləri ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlər üçün 1 il 6 ay kimi müəyyən edilmişdir və bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər.
ümid Soruşur Yazılma Tarixi:11.10.2016 15:59:09

Salam avqust aynının 22 1998 ci il təvəlüd bilmək istəyrəmki oktayabr aynın neçəsi çağrılacam və hara düşdüyümü bilmək istəyirəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.            Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
İbrahim Soruşur Yazılma Tarixi:11.10.2016 14:12:46

Salam . Mene gonderis verdiler travmatologiyada yoxlanisdan kecdim 2 dereceli sklyoz diaqnozu qoydular ve 6 ay mohle yazdilar ama mende bele bir sey yoxdu bir nece yerde yoxlandim 1 dereceli cixdi sikayetimi kime bildire bilerem ? 1 dereceli sklyozda esgerliye yararlidi nece edim zehmet olmasa cavablandirasiz Men vetene xidmet etmek isteyirem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Nicat Soruşur Yazılma Tarixi:11.10.2016 13:41:05

Salam. Mən Məmmədov Nicat Əli oğlu,29 sentyabr tarixində Bakıda hərbi həkim komissiysından keçdim.Cavabı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Qaradağ rayon şöbəsinə nə vaxt gələcək?

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən şəxsi işinizlə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz. Siz 2016-cı ilin oktyabr çağırışına cəlb olunacaqsınız.
Əmrah Soruşur Yazılma Tarixi:11.10.2016 11:44:04

hansi herbi hisseye duwmuwem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Əli Soruşur Yazılma Tarixi:10.10.2016 23:23:48

Hara duşmuşəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Vasif Soruşur Yazılma Tarixi:10.10.2016 19:21:14

Salam Aleykum, mənim 25 yaşım var Ali təhsiliyəm hərbi xidmətdə olmuşam 2 il müəyyen sahaələrdə çalışmışam və indi istərdim ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müəyyən bir vəzifəyə Leytinantlıq kursu keçməklə imtahan verib işə qəbul olmaq barədə məlumat verə bilərsiz?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14897