Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əmrah Soruşur Yazılma Tarixi:03.10.2016 19:50:18

oktyabr 2016 cagirişi hara dusmusem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Elgiz Soruşur Yazılma Tarixi:03.10.2016 13:06:43

Salam aleykum.Bu menim artığ üçüncü mesajımdı.Xahiş elirem bunnan evvel gelenlere baxıb cavab yazasız.

Bildiririk ki, sualınızla bağlı araşdırma aparılması üçün soyadınızı, adınızı, təvəllüdünüzü və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Məhəmməd Soruşur Yazılma Tarixi:02.10.2016 21:14:37

Men hani herbi hisseye duwduyumu nece oyrene bilerem elektron xidmet bolmesine girirem yalin qowun novunu yazir herbi hissenin nomresi deyilmir

Qeyd etdiyiniz məsələ ilə bağlı həmin qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
əli Soruşur Yazılma Tarixi:02.10.2016 18:04:34

Yazıb Sizdən xahiş edirəm ki, mənə hərbi xidmət gedməyumcun kömək edəsiz börəyimdə balaca problem olduqna görə məni hərbi xidmətə aparmırlar ama mən gedmək istirəm könülli yazmağ istədədim qoymadılar ama mən gedmək istirəm xaiş edirəm mənə kömək edəsiz

Nəzərinizə çatdırıram ki,“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövr üçün hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində, digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Xidmətin Ağdam rayonşöbəsinə təqdim edildiyi halda mümkündür.
Vəli Soruşur Yazılma Tarixi:02.10.2016 02:43:23

Zəhmət olmasa məlumat verin. Sizin orqana sənadlərimi vermişəm.Imtahan nə vaxt oluacaq ve ya nə vaxt olması nezerde tutulur?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir. Müsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
vaqif Soruşur Yazılma Tarixi:01.10.2016 22:42:43

men daxili qosunlara dusmusem ama hansi sehere dusduyumu bilmirem zehmet deyilse deye bilersiz ?

Qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.
Vüsal Soruşur Yazılma Tarixi:01.10.2016 21:06:57

Hansi herbi hisseye düşmeyimi bilmek isteyirdim

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Qalib Soruşur Yazılma Tarixi:01.10.2016 18:11:14

hansi herbi hissede xidmet edecem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Fərid Soruşur Yazılma Tarixi:01.10.2016 15:15:13

Salam.Mən Ali təhsilimi başa vurduqdan sonra bu ilin iyul ayı üçün hərbi xidmətə çağırış gəldi.Məni hərbi komissarlıqdan müayinəyə göndərdilər.iyul ayı cavablar məlum olmadı . Mənə oktyabr ayında gedəcəksən dedilər yəni 2-ci çağır 15-dən sonra gedəcəksən.Mən bilmək istəyirəm paveskam nə vaxt gələcək? Əsgərlikdən çağırış yoxdursa işimi bilərdim.Əsgərliyə görə işləyə bilmirəm,ya əsgər gedim ya işləyim

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Kamran Soruşur Yazılma Tarixi:01.10.2016 12:16:46

Oktyabrin 10u esger gedirem hara dusduyumu ne vaxt oyrene bilerem?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897