Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Pərviz Soruşur Yazılma Tarixi:10.10.2016 11:52:31

salam. mənim yaxın qohumum rusiyada hərbi xidmətdə olub və hərbi xidməti başa vurub. o rusiya vətəndaşlığına mənsubdur. lakin azərbaycanə gəldiyi zaman onun Azərbaycan Respublikasında hərbi xidmətə getməsi barədə məlumat verilib. Ölkəni tərk etdiyi zaman onun ölkəni çıxşına qadağanın olması barədə məlumatın olmasına dair məlumat vermi.lər və ölkə ərazisini çıxmağa icazə verilməmişdir. şəxsin başqa ölkədə hərbi xidməti keçməsi onun azərbaycanda yenidə hərbi xidməti keçməsinə əsasdırmı.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.  
səbuhi Soruşur Yazılma Tarixi:10.10.2016 11:36:44

mənə cagiris bileti gelib hara dusmusem onu oyrenmey isdeyirem zehmet olmasa cavabliyardiz

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Səbuhi Soruşur Yazılma Tarixi:10.10.2016 10:50:15

Hara duwmusem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəşad Soruşur Yazılma Tarixi:09.10.2016 18:48:04

Salam Hər vaxtınız xeyr olsun.Mən 2008 ci ildə MN N saylı hərbi hissəsindən Kiçik çavuş rütbəsi,Tkm kimi öz hərbi xidmətimi başa vurub ehtiyat buraxilmışam.Xidmət boyu hər hansi bir qusurum olmuyub.Mülkü həyat dövründə də heç bir cinayət əməlim olmuyub.Yenidən MN Hərbi birləşmələrində xidmət etmək istyirəm.Hara,kimə,və necə müraciət edə bilərəm?

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növü üzrə müvafiq hərbi hissə komandanlığına müraciət etməlisiniz.
Əmrah Soruşur Yazılma Tarixi:09.10.2016 15:45:48

hansi herbi xidmete duwmuwem??

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
MURAD Soruşur Yazılma Tarixi:09.10.2016 15:31:52

Salam 301sayli herbi hisse neye baxr zehmet olmasa deyerdiz

Qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Fərid Soruşur Yazılma Tarixi:09.10.2016 13:03:34

Salam. Men hal hazirda idman akademiyasinin 2 kurs telebesiyem. Cox böyük arzumdur ki, akademiyani bitirdikden sonra hərbi xidmətimi könüllü olaraq Dövlət təhlükəsizlik xidmətinin hərbi hissəsində kecirim. Boyum 1.85 sm. Bunun ücün hara müraciət edim ? Yoxsa bu tesadüf neticesinde alina biler yalniz ?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Fərhad Soruşur Yazılma Tarixi:09.10.2016 11:32:44

salam men 193 sayli herbi hisseye dusmusem bilmek olar ki haradadi?

Qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Rasim Soruşur Yazılma Tarixi:08.10.2016 22:57:01

Həqiqi hərbi xidmətə hara düşmüşəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Əmrah Soruşur Yazılma Tarixi:08.10.2016 10:49:46

hara duwmuwem?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897