Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əmrah Soruşur Yazılma Tarixi:16.10.2016 21:13:34

hansi herbi hisseye dusmusem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəvan Soruşur Yazılma Tarixi:16.10.2016 16:52:22

Salam. Mənim ilk sualım ondan ibarətdir ki, SHXÇDX korpus bölgüsü edirmi yoxsa korpus bölgüsünü Müdafiə Nazirliyi özü edir? İkinci sualım isə, bölgü zamanı çağrışçının xidmət edəcəyi korpusa olan məsafə yaşayış yerindən götürülür yoxsa vaynkomatdan yerləşdiyi şəhər və ya rayondan? Məcburi köçkünlərdə bu məsələ necə tənzimlənir? Məsafə varsa bu nə qədərdi? Yoxsa bölgü zamanı hər hansı bir məsafə anlayışı yoxdu? Xahiş edirəm şablon cavab verməyəsiniz. Bir başa cavab yazmaq istəmirsinizsə bu barədə dəqiq məlumatı hansı qanun və ya qərardan tapa bilərik? Heç olmasa onun adını yazın zəhmət olmasa.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar. Müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar. Əks ərazi prinsipi dedikdə çağırışçının anadan olduğu yer, valideynlərinin yaşadığı ünvan və qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və bölməsinin yerləşdiyi ünvandan qanunla müəyyən olunmuş uzaqlıqda yerləşən hərbi hissədə xidmət keçməsi nəzərdə tutulur.
Səbuhi Soruşur Yazılma Tarixi:16.10.2016 16:35:24

men ayin 23 de herbi xidmete cagirilmisam hansi herbi hissede qulluq edeceyimi oyrenmek isdeyirem zehmet olmasa sualima cavab vererdiz

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Sənan Soruşur Yazılma Tarixi:16.10.2016 11:13:46

Salam,men iyil ayinda yararsiz oldum,butun komisiya kecdim,indi herbi bilet ne vaxt verilicek ?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cəlal Soruşur Yazılma Tarixi:15.10.2016 18:20:21

salam,oktyabbr cagirisinda indiden sonra ikinci siyahi ola biler?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
İbrahim Soruşur Yazılma Tarixi:15.10.2016 14:20:41

Salam 19.05.1998 Cebrayil vayinkamati. Meni Herbi komisyadan gonderdiler travmatologiyaya ordan yoxlanisdan kecdim mene 2 dereceli sklyoz dioqnozu qoydular . Men 2 ozel tibb muessesinde yoxlanisdan kecdim ordan mene 1 dereceli sklyoz dioqnozu qoydular . 1 ci dereceli sklyozda herbi xidmete yararlidir. Men ozumde hec bir agri hec ne hiss etmirem. Sizden xahis edirem menim isime baxasiz men Azerbaycan demokratik Respubilkasina xidmet etmeyi ozume borc bilirem .. Vetene xidmet etmek her birimizin borcudur

Bildiririk ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz Cəbrayıl rayon bölməsinin çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
Vüqar Soruşur Yazılma Tarixi:14.10.2016 19:52:51

Mənim oğlum hərbi komisarlıqda çağırış zamanı, komisiyadan keçdikdə, onun ürək qüsuru olduğunu mənə bildirdilər və bununla əlaqədar Kardiologiya instutuna göndərdilər.Kardiologiya instutunda yoxlamadan sonra sinsuid taxikardiyası və mitral qapağın prolapsı diaqnozu verildi.Mərkəzi tibbi komissiya bunu təsdiqləyib, 6 aylıq möhlət verdi. Bu xəstəliyin müalicəsi olmadığına görə 6 aydan sonra yenidən kardiologiya instutuna və tibbi komissiyaya göndərildi və həmin diaqnoz yenidən təsdiqləndi.Mənə hərbi komisarlıqda bildirdilər ki, sizin oğlunuz sıradan kənar xidmətə getməlidir.Mən bilmək istəyirəm, qanunla bu nə qədər düzgündür ? Çünki oğlumda yüksək nəbz döyüntüsü(120) və boğulmalar var.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə övladınızın soyadı, adı, təvəllüdü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir. Əlavə olaraq bildiririk ki, sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər. 
Fərid Soruşur Yazılma Tarixi:14.10.2016 18:56:13

..xahiş edilir mənim sualımı da cavablandırın. Xahiş edilir diqqətli olasız. Artıq ikinci dəfədir ki, verirəm məhs bu sualı. Ali-təhsilliyəm, leytenant rütbəsi almaq üçün Milli Ordudakı prosedur necədir??

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Əlavə olaraq bildiririk ki, 2016-cı ilin oktyabr - dekabr ayları ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı kursu” nun təşkil edilməsi planlaşdırılır. Bununla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən kursda oxumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ehtiyatda olan 28 yaşına qədər ali təhsilli hərbi vəzifəlilər sırasından namizədlər seçilir. SQ TTM-də təşkil ediləcək zabit hazırlığı kursunun vaxtı və müddəti Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməlisiniz.
Araz Soruşur Yazılma Tarixi:14.10.2016 17:28:25

Sıradan kenar herbi xidmet nedir ?

Sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər. 
Ramin Soruşur Yazılma Tarixi:13.10.2016 18:02:50

Salam. Mən, 23 avqust 2016- cı ildə sizin bölməyə həqiqi hərbi xidmətə qəbul olunmaq üçün online sorğu göndərdim və 5 sentyabr 2016-cı ildə (Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30) ünvanında qeydiyyatdan keçdim. 1 aydan çoxduki gözləyirəm amma heç bir cavab gəlməyib. Bilmək istəyirəmki, imtahan barədə xəbər edəcəklər vəyaxud nevaxt imtahan olacaq? mümkünsə cavab yazardınız.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə (test imtahanı) dəvət olunmaları növbəli qaydada həyata keçirilir. Müsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
Cədvəldə sətir sayı :14897