Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əmrah Soruşur Yazılma Tarixi:05.10.2016 01:28:51

nece sayli herbi hisseye dusmusem?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Əmrah Soruşur Yazılma Tarixi:05.10.2016 01:25:22

hara duwmuwem?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Nurlan Soruşur Yazılma Tarixi:05.10.2016 01:03:45

Salam.ali təhsilliəm.məni iyul cağırısnda gözumə görə muayinəyə göndərdilər.dedilər xəbər edəciyik.amma xəbər etmədilər.indidə xidmət edəcəyim yer yenə çıxmadı.voenkamad işçiləri başınnan edir dəqiq bir şey deən yoxdu.mənə çağırış da verilmir.bunun səbəbi nədi? Mən oktyabrda əsgər getmək istəyirəm gedə biləcəm? İsmayılov Nurlan Tərlan oğlu Lokbatan voenkamatı

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə 01.08.2016-cı il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Müayinənin nəticəsinə müvafiq olaraq Siz, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız
Nazim Soruşur Yazılma Tarixi:04.10.2016 23:50:23

salam. menim bu ay eskerliye getmeliyem, amma adim cixmir saitivizde , niye?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Nazim Soruşur Yazılma Tarixi:04.10.2016 23:42:34

salam. men 30.08.1998 tevelludlu, oktyabir priziviyam, menim ayaqimda 2 dereceli yasti pencelik var, ayaqimin renqenimi istediler ve kardiaqramami, kardiaqramam 106 idi. sentyabirin 24 vainkamatina getdim mene caqiris vesiqesi verdiler oktyabirin 20 sine, amma men sizin saitde ve 9100-la oz melumatlarimi yollayiram adim cixmir, yazilirki bele caqirisci yoxdu, indi bilmek isteyirem men eskerliye yararliyam ya yox, ve menim adim cixacaq sizin saitde yoxsa yox?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Elmir Soruşur Yazılma Tarixi:04.10.2016 21:07:10

Salam mənim oktyabrın 23 ü 18 yaşım tamam olur amma mənə çağırış gəlməyib

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Zakir Soruşur Yazılma Tarixi:04.10.2016 17:49:10

Salam. Mənim oğlum Quliyev Vaqif Zakir oğlu,24 sentyabr tarixində Bakıda hərbi həkim komissiysaından keçib,Cavabı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinə nə vaxt gələcək?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, 24.09.2016-cı il tarixində şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Müayinənin nəticəsinə müvafiq olaraq Siz, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-4” hesab edilmisiniz. Siz, 2016-cı ilin oktyabr çağırışına cəlb olunacaqsınız.
Xəyal Soruşur Yazılma Tarixi:04.10.2016 13:00:36

Salam men Agdam rayon qeydiyyatindayam.ozum BDU-nun 2016ci ilin mezunuyam. Iyun ayinda meni komisarliga tibbi komisiyadan kecmeye cagirdilar ve sadece dislerimde eyrilik oldugunu irad getirerek novbeti cagirisa qeder mohlet verdilerki bu problemi aradan qaldirim. Ancaq bunun aradan qaldirilmasi ucun kifayet qeder vesaitimiz yoxdur. Indiye kimi dislerimden hec bir sikayetim olmayib. Rahat yemek yeye sozleri rahat teleffuz ede bilirem hezm sistemim de normal isleyir. Oktyabr ayinin 4u olmasina baxmayaraq helede mene cagiris vereqesi gelmeyib ne de ki meni herbi komissarliga yeniden tibbi baxisdan kecmeye cagirmayiblar. Xais edirem mesele ile bagli mene bir melumat veresiniz

Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Turan Soruşur Yazılma Tarixi:04.10.2016 10:51:56

Salam Əsgərli Turan Hacıəli oğlu men bilmək istəyirəmki oktyabr ayında xidmətə gedəcəm ? Saytda adım çıxmır.Bakı şəhəri Nizami rayonu komisarlığı.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Elşən Soruşur Yazılma Tarixi:03.10.2016 20:21:55

Salam.Mən ali təhsilliyəm ixtisasım tarix və ictimaiyyətdir,hərbi xidmətdə də olmuşam əsgər kimi.Hərbi komisarlıqda zabit kimi işləmək istəyirəm. Necə etməliyəm?

Bildiririk ki, hal-hazırda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14897