Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elgiz Soruşur Yazılma Tarixi:01.10.2016 10:06:24

Salam.Mene oktyabrın 3ne çağırış verilib ama adım çıxmır heç yerde.İyulda getmeli olan men eyni sebebden qaldım oktyabra ve yenede adım çıxmır.Vayenkamat mene deyir ikinci siyahıya düşecey adın gözde ama itirdiyim vaxd mene ziyandı.İki defe komissiyadan keçmişem senedlerim qaydasında nece ola bilerki adım çıxmasın?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir
Saiq Soruşur Yazılma Tarixi:01.10.2016 05:49:05

Salam, mənim sol gözüm -4, sağ -5, mən hərbi xidmətə yararlıyam?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Bəhruz Soruşur Yazılma Tarixi:01.10.2016 03:28:28

Hara dusmusem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Mərdan Soruşur Yazılma Tarixi:01.10.2016 03:09:24

Salam. Hansi herbi hisseye dusmusem?bilmek isteyirdim. Zehmet olmasa.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Ruslan Soruşur Yazılma Tarixi:30.09.2016 23:22:50

herbi hisse 999 nomreli yer haradir

Qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Elgiz Soruşur Yazılma Tarixi:30.09.2016 21:17:02

Salam Aleykum men iyulda herbi xidmete gedmeli idim adım çıxmadı iyul çağırışında qaldım oktyabra indide ayın 3ne mene ikinci defe çağırış verdiler yenede adım çıxmır vayenkamat deyir adın siyahıda yoxdu nece ola bilirki 2ci defe kamissiyadan keçirem çağırırlar gedirem ama aparmırlar

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir
Elvin Soruşur Yazılma Tarixi:30.09.2016 17:56:51

Salam men dovlet serhed xidmetine duwmuwem hansi rayonda hansi herbi hissede olacagimi hardan oyrene bilerem.gence seher nizami rayon

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik
Hüseyn Soruşur Yazılma Tarixi:30.09.2016 17:04:59

Salam men oktyabrin 3u herbi xidmete yollaniram seferberlik.gov.az dan herbi xidmeti harada kececeyimi oyrendim orda yazildiki Semkir 193 nomreli herbi hisse men indi bilmek isteyiremki men and icmeye qeder orda qalacam yoxsa 18 ay orda xidmet edecem?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
orxan Soruşur Yazılma Tarixi:30.09.2016 15:57:22

salam men 10.10.2006 ci il herbi xidmete cagirilmisam bir il herbi xidmetde olmusam meni sehhetimnen elaqeder 2007 noyabr ayi texris olmusam hal hazirda saglamam,Indi men hal hazirda ise qebul ora bilmirem mene deyirler tam xidmet elemiyibsen,Zehmet olmasa deyerdiz nagara bilerem

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən hərbi xidmət dövründə xəstəliklə əlaqədar ehtiyata buraxılan vətəndaşların təkrar tibbi şəhadətləndirilməsi nəzərdə tutulmamışdır. Əlavə edirik ki, işə qəbulla bağlı aidiyyətı dövlət orqanına müraciət etməyiniz tövsiyə olunur.
Bəşir Soruşur Yazılma Tarixi:30.09.2016 14:05:56

Salam mən oktyabr ayının 3nə çağırış almışam.İndi saytdan hara düşdüyümü öyrənirəm,göndərişə uyğun çağırışçı tapılmadı yazılır.9100-da sms göndərirəm eyni yazılır bu nə deməkdiki?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14897