Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sənan Soruşur Yazılma Tarixi:29.09.2016 19:36:55

Mənim yerim yenə çıxmadı.iyulda da belə oldu oktyabra qaldım bu nə deməkdir axı??? Binəqədi rayon şöbəsi Hacıyev Sənan Samir oğlu

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
eşqin Soruşur Yazılma Tarixi:29.09.2016 17:19:10

Salam mənim sol ayağım 3cü, sağ ayağım 2ci dərəclidi yastı pəncəlik var. Bilmək isdərdim mən esgər gedəcəm ya yox? Birdə oktyabrda gedənlərin hansı hərbi hərbi hissəyə düşəcəyi nəzaman bilinəcəy?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Elçin Soruşur Yazılma Tarixi:29.09.2016 17:08:49

Salam sizden bir xahisim var idi zehmet olmasa Fərəcov Səbuhi Elhami oglunun herbi xidmeti harada qullug edeceyimi bilmek isterdim. tesekkurler sagolun

Qeyd etdiyiniz məsələ ilə əlaqədar vətəndaşın Xidmətin qeydiyyatda olduğu yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Elvin Soruşur Yazılma Tarixi:29.09.2016 16:49:05

Salam mən bilməy istəyərəm ki məndə oktyabr ayının 3 nə çağırış vərəqi gəlib bilməy istərəm ki mən hansı hərbi hissəyə düşmüşəm.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Röyal Soruşur Yazılma Tarixi:29.09.2016 15:51:14

Əskərliyə hara düşdüyüm baredə müəlumat almaq istəyirəm

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
AZAD Soruşur Yazılma Tarixi:29.09.2016 15:22:50

hara düşmüşük?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Qalib Soruşur Yazılma Tarixi:29.09.2016 11:09:18

Xahiş edirəm hansı hərbi hissəyə və ya qoşun növünə düşdüyüm barədə məlumatı deyəsiniz.Təşəkkürlər

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Məhəmməd Soruşur Yazılma Tarixi:29.09.2016 11:05:31

Salam. Mene oktaybrin 1 ne pavesqa gelib. Artig 2 gun qalib. Ama helede hara dusduyumu bilmirem. Ne vaxt orgenecem hara dusmusem men?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Mədət Soruşur Yazılma Tarixi:29.09.2016 10:55:17

Salam.Men 17.06.1998 tevelludem. men tibbi komissiyadan kecmisem. meni gondrdiler muayinelere ve cavablari temiz cixdi.Nizami rayon komissarligindan dedilerki seni merkezi kamissiyadan kecmeye gondereceyik.amma helede ses semir yoxdu.men bilmek isteyirem menim adim oktyabr gonderisinde ola biler?Herbi Xidmet sehifesinde oktyabr ayinda ancaq 1 defe adlar yazilir yoxsa butun ay boyu adlar oraya elave olunur?

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Nizami rayon idarəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
Ərşad Soruşur Yazılma Tarixi:29.09.2016 10:33:49

Salam.mən oktyabr ayinda hərbi xidmətə gedirəm bilmək istiyirəm hara düşmüşəm

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897