Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xəqani Soruşur Yazılma Tarixi:23.09.2016 17:16:02

Salam.men sahbazov xeqani mahir oglu men apweron rayonun vayinkamatina gedim orda men kor bagrsaqimdan emelyat olduqum cun elmi cerahiye merkezine yoladlar gedib orda yoxlandim ustunden 2 hefte kecib meni vayinkamat cagrmiyib mende okdiyabir ayinda herbi xitmete gedmeyi isdiyrem neyneyim bun icin ?

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Abşeron rayon şöbəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
Siyavuş Soruşur Yazılma Tarixi:23.09.2016 13:29:39

Salam. Sualım çağırışçılara möhlətin verilməsi ilə bağlıdır. Beləki, vətəndaşa Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında AR Qanununun 21.1.3 maddəsinə əsasən möhlət hüququ verilmişdir. İndi həmin vətəndaş ali məktəbə daxil olmuşdur. Ona yuxarida qeyd olunan qanunun 21.1.5-ci maddəsinə uyğun olaraq möhlət hüququ verilə bilər mi? Təşəkkür edirəm.

"Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş elmi təşkilatda təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.
Ülvi Soruşur Yazılma Tarixi:23.09.2016 09:24:54

Salam men oktyabrin 3 ü esger gedirem nece öyrene bilərəmki hara düşmüşəm

Bildiririk ki,çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündən əldə edə bilərsiniz.
Rəhim Soruşur Yazılma Tarixi:22.09.2016 16:11:48

Salam mənim gözümün zəifliyi -2 dərəcədir. Mən bir neçə nəfərdən soruşmuşam ki gözü zəif olanları hərbi xidmətə aparırlar deyirdilər ki aparırlar. Məndə Hepatit C virusu var mən bu virusun 6 ildir daşıyıcısıyam yoluxucu deyiləm nə ağrım var nədəki bir problemim mən hərbi xidmətə getmək istiyirəm bilmək istiyrəmki aparırlar ya yox

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Nəzərinizə çatdırırıq ki,C virus hepatiti” virusunun aktivliyini müəyyən edilməsi üçün çağırışçılara 6 (altı) ay müddətinə möhlət hüququ verilir. Möhlət hüququ bitdikdə çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Sənan Soruşur Yazılma Tarixi:22.09.2016 15:19:16

Salam, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olunmaq üçün hansı ixtisas sahibi olmaq lazımdır? Məsələn mən Dövlət Mədəniyyət və İncəsənət Universitetini Mədəniyyət meneceri ixtisası ürə bitirmişəm. Mən müraciət edə bilərəm?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Rəhim Soruşur Yazılma Tarixi:22.09.2016 15:14:32

Salam menim gozum zeifdi -2 derecedi ama sorusmusam deyrler aparlar birde men de hepatit c var ama yoluxucu deilem dasiyicidi ma mende 6 ildiki var hec bir prablemmim ağrim yoxdu bilmek isterdimki hepatit olani aparlar men getmek istirem esgerliye

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Nəzərinizə çatdırırıq ki,C virus hepatiti” virusunun aktivliyini müəyyən edilməsi üçün çağırışçılara 6 (altı) ay müddətinə möhlət hüququ verilir. Möhlət hüququ bitdikdə çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Elmir Soruşur Yazılma Tarixi:22.09.2016 13:52:00

Salam, oktyabr çağırışçılarının siyahısı nə vaxt elan olunacaq saytda?

Bildiririk ki,çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündən əldə edə bilərsiniz.
Xudu Soruşur Yazılma Tarixi:22.09.2016 10:23:44

salam mənim adim Məmmədov Xudu.Mən 1ci dereceli gulseciyem gulseden 1ci derecem var bunu nezere alarlar mi?mən boyum 183 milli qvrdiyaya dusmək istəyirəm bu dərəcənin mənə o ra dusməyimə koməyi olarmi?qaydasiz doyuslede meüqul olmusam amma senedlerim rusiyada qalib qaydasiz doyus uzree.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr arasında xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.  
Qoşqar Soruşur Yazılma Tarixi:21.09.2016 21:06:54

Salam seize bir sualim vardi men ilk pese ixtisas tehsili aliram bilmek isderdimki men ixtisasi oxuduqdan sonra Ali mekdebe sened verecem eger qebul olsam oxuduqdan sonra gedecem herbi xidmete ?

"Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş elmi təşkilatda təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.
Kamran Soruşur Yazılma Tarixi:21.09.2016 17:11:24

Salam mən ali təhsilliyəm və hərbi xidmətdə olmuşam.Leytinant kursuna yazilmaq üçün ərazi üzrə hərbi komissarlıqda oldum bugün və mənə deyildi ki, yerlər artıq dolub,adları yazib vermişik.Gələn ay gəlməyimi dedilər.Bilmək istərdim gələn ay dəqiq olacag yenə qəbul ?

Bildiririk ki, 2016-cı ilin oktyabr - dekabr ayları ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı kursu” nun təşkil edilməsi planlaşdırılır. Bununla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən kursda oxumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ehtiyatda olan 28 yaşına qədər ali təhsilli hərbi vəzifəlilər sırasından namizədlər seçilir. Odur ki, Siz yuxarıda qeyd olunan tələblərə cavab verdiyiniz halda, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya daxil edilməsi və hansı sənədlərin hazırlanaraq təqdim edilməsi barədə hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarəsinə (şöbə və ya bölməsinə) müraciət etməlisiniz. Eyni zamanda nəzərinizə çatdırırıq ki, SQ TTM-də təşkil ediləcək zabit hazırlığı kursunun vaxtı və müddəti Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. 
Cədvəldə sətir sayı :14891