Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vəli Soruşur Yazılma Tarixi:16.09.2016 00:36:37

Salam imtahan barədə soruşmaq isdiyirəm imtahan nə vaxt olacaq?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə dəvət olunmaları növbəli qaydada həyata keçirilir. Müsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir.
Tural Soruşur Yazılma Tarixi:15.09.2016 23:36:31

Salam . işə qəbul olmaq üçün anket doldurruam hər şey qaydasında edirəm edirəm ama gəlirəm sonda əlavə edilməli sənədlər bölməsində şəkil yüklənmir şəkillərin formatı da düzgündü xahiş edirəm köməklik edərdiz

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, yenidən həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz.
Ramin Soruşur Yazılma Tarixi:15.09.2016 17:19:25

salam,mənim iki oğlum bu il Xaricdə olan Texniki Universitetə qəbul olunmuşdurlar oğlumun biri bu il iyun ayında 18 yaş tamam olmuşdur və ikinci oğlumun 18 yaş bu il Noyabr ayında tamam olunacaq dərslər bu ilin oktyabr ayının 1-dən başlayacaqlar xahiş edirəm mənə ətraflı məlumat verəsiniz həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ almaq üçün hansı qanunamüvafiq addımlar olunmalıdır? Öncədən təşəkkürlərimi bildirirəm.

Bildiririk ki, xarici ölkələrin təhsil müəssisələrində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
ELXAN Soruşur Yazılma Tarixi:15.09.2016 09:12:48

Salam. Mən örgənmək istəyirəm ki, mənim qardaşıma müalicə olunması üçün vaynkamad nə qədər möhlət hüququ veriblər?. Onu da qeyd edim ki, mənim qardaşımın belində 4mll qrija olduğu üçün möhlət hüququ istəmişdik. Xaiş olunur cavab yazasınız. SADIXOV ORXAN MAHİR OĞLU 08.10.1998. Gəncə şəhər Kəpəz vaynkamadı.

Məlum olmuşdur ki, 1998-ci il təvəllüdlü Sadıxov Orxan Mahir oğlu, 2016-cı ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Gəncə şəhər Kəpəz rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhəti ilə bağlı şikayətini nəzərə alınaraq aidiyyəti üzrə müayinəyə göndərilmişdir. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq O.M.Sadıxov rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Əlavə olaraq bildiririk ki, barəsində rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, O.M.Sadıxov, razılaşdırılmış qrafikə əsasən şəxsi işi ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaq və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Əmrah Soruşur Yazılma Tarixi:15.09.2016 00:25:26

salam men hardan oyrene bilerem hansi herbi hisseye dushmushem

Bildiririk ki,çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündən əldə edə bilərsiniz.
Anar Soruşur Yazılma Tarixi:14.09.2016 20:14:20

Salam men Yusifov Anar Pireli oğlu menim 18 yaşım tamam olub. Bu il peşe liseyine sened verib ve qebul olmuşam. Sabunçu rayon herbi komissarlığından mene peşe liseyine qebulun keçersiz olduğunu ve herbi çağrış gönderileceyini deyibler. Men sabah 15.09.2016 tarixinde peşe liseyinde derse başlıyacam. Mene peşe liseyinde tehsil ala bilerem yoxsa herbi xidmete getmeliyem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.2-ci maddəsinə əsasən, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış 20 yaşınadək çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Pərviz Soruşur Yazılma Tarixi:14.09.2016 13:33:56

Salam,mənə Azərbaycanda magistraturaya qəbul olduğum üçün iki illik möhlət verilib,mən indi bu iki il müddətində hər hansısa bir xarici universitetə yenidən Magistr kimi qəbul olsam möhlət yenidən veriləcək?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında  bakalavriatda, magistraturada, doktoranturada, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan yalnız bir dəfə möhlət verildiyi üçün Sizə təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur. 
Aişə Soruşur Yazılma Tarixi:13.09.2016 20:12:02

Salam mən 28 avqust 2016-cı il tarixdə işə qəbul üçün sənədlərimi idarəyə təqdim etmişəm.Sənədlərimin iş üçün uyğun olub-olmaması barədə məlumat bilmək istəyirəm.

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla bağlı müraciətiniz əsasında sənədlərinizə baxılmışdır. Müsabiqəyə dəvət olunmağınız barədə Sizə əlavə məlumat veriləcəkdir. 
Şirəli Soruşur Yazılma Tarixi:13.09.2016 16:37:06

Salam men oktyabirda herbi xidmete gedirem.Hansi herbi hisseye dusduyumu hece oyrene bilerem?

Bildiririk ki,çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündən əldə edə bilərsiniz.
Elvin Soruşur Yazılma Tarixi:13.09.2016 09:40:48

Salam oktyabirda esger gedirem harda qulluq edeceyim yer ne vaxt cixar ayin necesi biliner duwduyum yer

Bildiririk ki,çağırışçıların təyin olunduqları hərbi hissə haqqında məlumatları 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərindən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti saytının “ Hərbi Xidmət “ bölümündən əldə edə bilərsiniz.
Cədvəldə sətir sayı :14897