Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Tural Soruşur Yazılma Tarixi:20.10.2016 17:31:02

Salam.Mən sentyabrın 28 Bakıda herbi kamisiyyadan keçdim Onun cavabını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Zaqatala rayon şöbəsi nə vaxt açiqlanacaq?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Müayinənin nəticəsinə müvafiq olaraq Siz, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Xidmətin Mərkəzi hərbi həkim komissiyasının qərarı, Mərkəzi Çağırış Komissiyasının 25.10.2016-cı il tarixli protokolu ilə təsdiq olunduğu üçün, Sizin şəxsi işiniz 2016-cı ilin oktyabr ayının sonunda Xidmətin Zaqatala rayon şöbəsinə geri qayıdacaqdır.
İlkin Soruşur Yazılma Tarixi:20.10.2016 02:08:57

salam mən ali təhsilliyəm avqust ayında 5 nömrəli şəhər xəstəxanasından və 23 sentyabrda Mərkəzi Hərbi Həkim komisiyasindan tam sağlam müayinədən keçmişəm artıq 1 aya yaxınlaşırki heç bir cavab gəlmir. halbuki bu cavab 10 gün müddətində Beyləqan RHK na göndərilməlidi xahiş edirəm mövcud durum haqqında həm məlumat verəsiniz həm tədbir görəsiniz.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Müayinənin nəticəsinə müvafiq olaraq Siz, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 3 (üç) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Xidmətin Mərkəzi hərbi həkim komissiyasının qərarı, Mərkəzi Çağırış Komissiyasının 25.10.2016-cı il tarixli protokolu ilə təsdiq olunduğu üçün, Sizin şəxsi işiniz 2016-cı ilin oktyabr ayının sonunda Xidmətin Beyləqan rayon şöbəsinə geri qayıdacaqdır.
Məhəmməd Soruşur Yazılma Tarixi:19.10.2016 20:07:43

Salam.Magistraturaya görə möhlət hüququ verilir? və bu möhlət Xaricdə Magistraturaya gedənlərədə şamil edilirmi?

Bildiririk ki, xarici ölkələrin ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul olan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
CABİR Soruşur Yazılma Tarixi:19.10.2016 19:42:25

Salam men herbi biletimi itirmiwdim senedleri yigib ve cerime odedikden sonra herbi komissarligdan herbi bilet evezi arayish almiwam arayiwin muddeti 3 aydi sualim herbi bileti ne vaxt ala bilerem 3 aydan sonra yoxsa daha tez mumkundu almag ?

Bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən hərbi bilet itirildiyi və ya korlandığı halda hərbi vəzifəlilərə üç ay müddətinədək hərbi bilet əvəzi arayış verilir. Hərbi bilet əvəzi arayış hərbi biletin itirilmə və ya korlanma şəraitinin yoxlanılması və hərbi biletin dublikatı verilməsinə əsas verən sənədlərin toplanılması müddətinə verilir. Tələb olunan sənədləriniz tam toplandıqdan sonra Siz hərbi biletlə təmin oluna bilərsınız.
Rafil Soruşur Yazılma Tarixi:19.10.2016 11:46:28

Salam. Mənim əmimoğlum bu il 11-ci sinifi bitirib ali təhsil müəssisəsinə imtahan verdi lakin qəbul ola bilmədi. Yenidən hazırlaşır. Əmimoğlunun 18 yaşı 2017-ci ilin fevral ayında tamam olur. Biz isə ona möhlət hüququ istəyirik. Bunu almaq olarmı? Almaq üçün hansı sənədlər tələb olunur və ən əsası bunun dövlət rüsumu varmı? Təşəkkür edirəm.

Bildiririk ki, 18 yaşı 2017-ci ilin fevral ayında tamam olan vətəndaşlar həmin ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqlar.        Əlavə olaraq qeyd edirik ki, respublikanın ali məktəblərinə qəbul imtahanlarında artıq bir dəfə iştirak etmiş vətəndaşlara hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.    
Əli Soruşur Yazılma Tarixi:18.10.2016 21:48:00

Salam men azerbaycandan kenara getmek istiyirem 10 gunluk voenkamatdan cagiriw gelmiyib voenkamatdan her hansisa arayiş lazimdi yoxsa rahat gedib gələ bilərəm?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
BƏHRUZ Soruşur Yazılma Tarixi:18.10.2016 18:01:47

Hansi heri hisseye duşmuşem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Bəxtiyar Soruşur Yazılma Tarixi:18.10.2016 17:43:44

SALAM.MEN 2003-2014 ILLERDE SHXCDX-DA MUXTELIF VEZIFELERDE XIDMET ETMIWEM..2014 ILDE OZ XAIWIMLE EHTIYATA BIRAXILMIWAM.EHTIYATDA OLAN MAYORAM.MULKI QULLUQCU KIMI XIDMETE IWE QEBUL OLUNMAQ ISTEYIREM.XAIW EDIREM BU HAQDA MENE GENIW MELUMAT VERESIZ.MUMKUNDURMU VE NECE MURACIET ETMELIYEM

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Madər Soruşur Yazılma Tarixi:18.10.2016 16:50:48

Salam,mən Babaşov Madər Yadər oğlu 22.09.1994 doğumluyam.Universiteti bu il bitirdim və qeydiyyatda olduğum SHXÇDX-nin İmişli rayon söbəsi tərəfindən iyul ayinda çağırış aldım.Qeyd edim ki,3-cü qrup əlilliyə görə pensiya alıram(Revmokardit Mitral qapaq çatışmazlığı).Bu sebebden de,sentyabr ayının 7-də tibbi müayinədən keçmək üçün Kordiologiya institutuna göndərildim və xəstəliyim təsdiqləndi.Buna baxmayaraq,yenidən Hərbi hospitala göndərəcəklərini dedilər.Əgər Kordiologiyadan yararsız cavabı gəlibsə,Hərbi hospitala göndərilməyimə ehtiyac varmı? Xahiş edirəm ətraflı cavab yazardız.Öncədən təşəkkürümü bildirirəm.

Vətəndaşlara sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət verilməsinin və ya çağırışdan azad edilməsinin əsaslılığı yoxlanılması məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rayon idarə, şöbə və ya bölməsinin hərbi həkim komissiyasının qərarlarına Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən nəzarət qaydasında baxılır.
Orxan Soruşur Yazılma Tarixi:18.10.2016 14:56:11

Salam oktyabrın 20 si hərbi xidmətə yola düşürəm. mənə hara düşdüyümü deye bilersiniz,?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14897