Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
xoşbəxt Soruşur Yazılma Tarixi:27.10.2016 10:58:55

Yeganə övladın arxa cəbhədəki hərbi hissələrdə xidmət etmək hüquqi varnı,varsa əgər ön cəbhə hissəsində karantindədi,nə etmək lazımdır.cavaba görə əvvəlcədən minnətdarlıq edirəm.

Bildiririk ki, ailənin tək övladları həqiqi hərbi xidmətə çağırışa cəlb olunurlar və xidmətə göndərilən zaman onlara hər hansı güzəştin şamil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Polad Soruşur Yazılma Tarixi:27.10.2016 08:33:58

Salam Aleykum. bu oktyabr ayında çağiriş ayın 31-nə kimidir.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən, vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikasının Prezidentinin aktı əsasında ildə dörd dəfə- yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar. 
Tural Soruşur Yazılma Tarixi:26.10.2016 22:44:39

Salam. Mən Səfərbərlik Xidmətinə işə qəbul imtahanları haqqında məlumat almaq istərdim. Zəhmət olmasa imtahanda neçə sual və nələrdən olduğu barədə məlumat verəsiz.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar müsabiqədə         (test imtahanı) iştirak edərkən onların ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
İLKİN Soruşur Yazılma Tarixi:26.10.2016 13:36:27

Salam.Mən həm test imtahanindan həm xidmət rəisinin musahibəsinden musbət neticə gostərmisəm həmcinində hərbi tibbi komisiyasindan keçmisəm.İndi bilmək isteyirəm ki məni nə vaxti xidmətə cagiracaqlar?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilməsi məsələsinə baxılır və zərurət yarandığı halda, Sizə əlavə məlumat veriləcəkdir.
Vüsalə Soruşur Yazılma Tarixi:26.10.2016 00:46:22

Salam.Sizdən məlumat almaq istərdim.Xanımlar səfərbərlik xidmətinin keçirtdiyi müsabiqədə iştirak edə bilər?İştirak etmək üçün hansı sənədlər lazımdır?28-i elan etdiyiniz imtahanda iştirak edə bilərik? İmtahanın proqramı haqqında dəqiq necə məlumat almaq olar? Suallarımı cavablandıracağınız üçün əvvəlcədən sizə təşəkkürümü bildirirəm.Babaşova Vüsalə

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Vüqar Soruşur Yazılma Tarixi:25.10.2016 14:47:44

Salam.Mən işə qəbulla bağlı sənədlərimi SHXÇDX-ya göndərmişəm.Səhəri günü mənə kadrlardan zəng gəldi.Dedi bu barədə məlumat veriləcək.Zəhmət olmasa məlumat verərdiniz,müsabiqə nəvaxt olacaq?Neçə aya?Nələrdən hazırlaşaq?Öncədən çox sağolun

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsində vakant vəzifə olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir. Nəzərinizə çatdırırıq ki, tərəfinizdən əvvəllər göndərilmiş ərizənizə M)3171 nömrəli 13.10.2016-cı il tarixli məktubla eyni məzmunlu cavab verilmişdir.
Tural Soruşur Yazılma Tarixi:25.10.2016 13:35:27

Salam. Mən 28 sentyabr tarixində Bakıda hərbi həkim komissiysından keçdim.Cavabı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin Zaqatala rayon şöbəsinə nə vaxt gələcək?

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «sual-cavab» bölümünə göndərdiyiniz müraciətə baxılmışdır.             Məlumat üçün bildiririk ki, şəxsi işiniz 27.10.2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinə göndərilmişdir.
İlkin Soruşur Yazılma Tarixi:25.10.2016 13:28:06

Salam, evin tək uşaqlarının ali təhsili olmadığı halda 1 il əsgərlik çəkməyi üçün hər hansısa müraciət üslubu var ? YAxud belə bir şey var ?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli, 274-IVQ nömrəli Qanununun 38.1.1-ci maddəsinə əsasən, dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər, matroslar və çavuşlar – 1 il 6 ay kimi müəyyən edilmişdir.
həsən Soruşur Yazılma Tarixi:24.10.2016 20:28:17

xahis edirem 950 sayli herbi hissenin harda yerlesdiyin deyesiniz????

Qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Hümbət Soruşur Yazılma Tarixi:24.10.2016 20:15:33

salam. men bilmek isteyirdim ki, hal hazirda ali tehsilli olaraq orduda leytenant kimi qulluq etmek muddeti ne qederdir? ve evvelki ki 3ay kurs kecdikden sonra zabit kimi qulluq edilir?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897