Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Gülnar Soruşur Yazılma Tarixi:17.11.2016 23:30:28

salam men bugun oguzdakı qebulda oldum... senedler bakıya gedılsın baxılacaq deyıldı bilmek isteyıremkı bu senedlerımın qebulu haqda melumat verilecekmi? bırdekı menıo görüş ücün zeng edılıb cagrılmışamda amma menım dıplomumda kımya bialogıya oldugu vardı sız cvb yazmısızkı duz gelmır ıxtısas baxımıyla elaqedar bes bu görüşe ne sebebe cagrilmişam?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı İdarəsinə gəlməyiniz təklif olunur (özünüzlə şəxsiyyət vəsiqəsi, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir). Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Aygül Soruşur Yazılma Tarixi:17.11.2016 21:38:37

salam..mən 3cu qrup uzre ADU-da pedaqoji fakulteni bitirmisem...SHXÇDX-də işə qəbul olmaq üçün müraciət edə bilərəm? öncədən təşəkürlər

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı İdarəsinə gəlməyiniz təklif olunur (özünüzlə şəxsiyyət vəsiqəsi, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir). Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Ceyhun Soruşur Yazılma Tarixi:16.11.2016 18:15:43

Salam. Bilmək istəyirəm ki, SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrində mülki işdə çalışan işçilər dövlət qulluqçusu statusu daşıyırlarmı?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində dövlət qulluqçusu olmayan mülki işçilər işləyir.
Orxan Soruşur Yazılma Tarixi:16.11.2016 16:37:51

Salam, Səbail rayon Hərbi Komisarlığının ünvanını öyrənmək istərdim.

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «sual-cavab» bölümünə göndərdiyiniz müraciətə  tərəfimizdən baxılmışdır.             
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsi Bakı şəhəri, Q.Abbasov  küçəsi 62 ünvanında yerləşir.
           
Əlaqə nömrəsi: (012) 491-26-18 
Oktay Soruşur Yazılma Tarixi:16.11.2016 14:07:53

Salam.Mənim dayım 1971-1973 illər ərzində hərbi xidmətdə olub.Amma hərbi bileti itib.İndi pensiyaya cixir.Sosial mudafiye fondundan bildirirlər ki,hərbi biletin itibsə, hərbi komissarliqdan xidmətdə olmasını təsdiq edən arayis gətir ki, iki ilidə staja əlavə edək. dayim sabirabad rayon hərbi komissarləğından hərbi xidmətə gedib.Xahiş edirəm bildirəsiniz, arayışı haradan və necə əldə etmək olar? Ümumiyyətlə arayışı elektron almaq mümkündürmü? Quliyev Oqtay Cümşüd oğ.

Bildiririk ki, 1971-1973-cü illər ərzində həqiqi hərbi xidmət keçməsi barədə arayış verilməsi üçün dayınız (adı, soyadı və atasının adı göstərilməyib) Xidmətin Sabirabad rayon şöbəsinə şəxsən müraciət etməlidir. 
Üzeyir Soruşur Yazılma Tarixi:16.11.2016 14:04:06

Salam. 2017ci ilin iyununda mən universiteti bitirəcəm . Universitet bitməmiş may ayında 1 həftəlik ölkə xaricinə gefəcəm. Əskərliylə bağlı mənə ölkə xaricinə çixmağa qadağa qoyula bilər ?

Bildiririk ki, 2017-ci ilin iyul çağırışı zamanı həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Rüstəm Soruşur Yazılma Tarixi:15.11.2016 23:52:37

Men bilmek isdiyirem ki, orta mekteb atestatı ile leytinantliqa qebul olmaq olar?

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 58-ci maddəsinin tələblərinə əsasən, "leytenant" hərbi rütbəsi hərbi təhsil müəssisələrini bitirmiş və ya ali təhslli vətəndaşlara verilə bilər. 
Həmin Əsasnamənin tələblərinə uyğun olaraq orta təhsilli vətəndaşlara "leytenant" hərbi rütbəsinin verilməsi nəzərdə tutulmayıb.
Ramin Soruşur Yazılma Tarixi:15.11.2016 12:31:28

salam, mən 28.10.2016-cı il tarixidə sizin orqana həqiqi hərbi xidmətə, işə girməy üçün test imtahanında iştirak etdim. Cavablar üçün heçbir məlumat verilməyib. Mümkünsə İmtahan nəticələri barədə ətraflı məlumat verərdiz. Birdəki imtahandan keçə bilməsəm növbəti imtahanlarda yenidən iştirak etməy şansım var? Əvvəlcədən təşəkkürümü bildirirəm.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, 28.10.2016-cı il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Turan Soruşur Yazılma Tarixi:14.11.2016 20:00:56

Salam mən Əsgərli Turan Hacıəli oğlu oktyabr ayında əsgər getməli idim.Belimdəki sinir ağrılarına göre 3 ay möhlət verildiyini dediler.İndi mən bilmək istəyirəmki beldəki sinir ağrılarına göre yararsız oluram ?Hərbi xidmətə yararlıyam yəni bunu bilmək istəyirəm. Qeydiyyatda olduğum komisarlıq Bakı şəhəri Nizami rayon komisarlığı.

Məlum olmuşdur ki, Siz, 2016-cı ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Bakı şəhəri Nizami rayon idarəsinin hərbi həkim komissiyasında tibbi müayinədən keçirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 3 (üç) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz qeydiyyatda olduğunuz Bakı şəhəri Nizami rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Töhfə Soruşur Yazılma Tarixi:13.11.2016 19:17:56

Mənim dostum iyulda gedib esgerliye mezuniyyete ne vaxt buraxılacaq? Birde ki hansi rayona dusduyunu nece oyrene bilerem? İl yarimdisa iyulda gedibse noyabrda qayidir esgerlikden?

Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər. Eyni zamanda bildiririk ki, sualınızın dəqiq cavablandırılması üçün dostunuzun soyadını, adını, atasının adını və Xidmətin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsinin adını qeyd etməlisiniz.
Cədvəldə sətir sayı :14897