Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Gülər Soruşur Yazılma Tarixi:23.11.2016 11:38:08

Salam. Mən universiteti bitirmişəm. SHXÇDX strukturunda həqiqi hərbi xidmət keçmək istərdim. Bu mümkündürmü? Əgər mümkündürsə, hara müraciət edə bilərəm?

Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız məktuba baxılmışdır. Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş hərbi vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
ağaşunasi Soruşur Yazılma Tarixi:22.11.2016 22:57:46

yanvarın ayının 5i gondəriş haradır?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.
Nicat Soruşur Yazılma Tarixi:22.11.2016 13:49:59

salam. Məni hərbi komisarlıq duzgun yoxlamadığına görə vaxtından əvvəl təxris ediblər. mən hərbi komisarlığı şikayət edə bilərəm?

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır.  Müəyyən edilmişdir ki, Siz 19.01.2010-cu il tarixdə keçmiş Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən ilkin hərbi qeydiyyata alınmısınız və qeydiyyata alınma zamanı hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararlı hesab edilmisiniz. Çağırış yaşına çatdığınız üçün Xidmətin Kəpəz rayon şöbəsi tərəfindən 2012-ci ilin oktyabr çağıışına cəlb olunmuş və Azərbaycan Dövlət Aqrar Universitetində təhsil almağınız barədə təqdim etdiyiniz arayışa əsasən 30.06.2016-cı il tarixədək təhsilinizi davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ əldə etmisiniz. Siz təhsilə görə verilmiş möhlət müddəti bitdikdən sonra 2016-cı ilin iyul çağırışına cəlb edilmiş və 25.05.2016-cı il tarixdə müayinə olunmanız üçün Gəncə şəhər Vərəm əleyhinə Xəstəxanaya tibbi müayinəyə göndərilmisiniz. Tibb müəssisəsindən Xidmətin Kəpəz rayon şöbəsinə daxil olmuş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”nda  qeyd olunan diaqnoza əsasən rayon çağırış komissiyasının qərarı ilə müddətli həqiqi hərbi xidmətə yararlı  hesab edilmisiniz və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daxili bölgüsünə əsasən müvafiq hərbi hissəyə təyin edilərək, 08.07.2016-cı il tarixdə təyin olunduğunuz hərbi hissəyə təhvil verilmisiniz. Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsinə əsasən, rayon şəhər, şəhərdə rayon çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini yerli icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla təsdiq edir. Əlavə olaraq da qeyd edirik ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar.
Zaur Soruşur Yazılma Tarixi:22.11.2016 00:44:57

Salam, menim oqlum Eliyev Ilham Zaur oqlu aprel ayinin altisinda herbi xidmete gedib ,ondan sonra geden diger tanidiqim usaqlar mezuniyyete gelib , amma oqlum hele mezuniyyete gelmeyib , bilmek isteyiremki umumiyyetle mezuniyyet herbi xidmete caqrllandan sonra hansi muddetden sonra verilir, ve menim oqlum ne vaxt gelmelidir ,

Qeyd etdiyiniz məsələ ilə bağlı oğlunuzun xidmətdə olduğu qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Araz Soruşur Yazılma Tarixi:21.11.2016 20:28:30

Salam,men bu il iyul ayında herbi xidmete getmeli idim,lakin rayon herbi komissarlığı terefinden müayine üçün Bakıda yerleşen xestexanalardan birine gönderildim ve burada mene mitral ve trikuspidal qapağın birinci dereceli prolapsı,sinus aretmiyası diaqnozunu qoydular ve bunun neticesinde hele de herbi xidmete çağırılmamışam.Bilmek isteyirem ki,yanvar ayı üçün herbi çağırış siyahısına düşecem?Zehmet olmasa cavablandırardız

Sizin ünvanladığınız suala dəqiq cavab verilməsi üçün soyadınızı, adınızı, təvəllüdünüzü və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
elşən Soruşur Yazılma Tarixi:21.11.2016 20:22:30

salam...Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin ehtiyata bıraxılmış rayon şöbə rəisi vəfat edirsə sığorta puluna görə hara müraciət etməliyik?

Sığorta  ödənişi ilə bağlı məsələlərlə əlaqədar Azərbaycan Respublikası Dövlət Söğorta  Kommersiya şirkətinin qeydiyyatda olduğunuz rayon idarəsinə müraciət etməyinizi tövsiyyə edirik.
Nicat Soruşur Yazılma Tarixi:20.11.2016 12:28:15

Salam,Menim Ali tehsilim var ve herbi xidmeti bitirmişem.Herbi Polisde işlemek isteyirem bunun üçün hara müraciet ede bilerem?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar, qulluq (xidmət) etmək istədiyiniz dövlət orqanına müraciət etməyiniz tövsiyə olunur.
Şahvələd Soruşur Yazılma Tarixi:20.11.2016 00:13:11

Salam . Mən hal hazırda ali təhsil müəsisəsinin birində magistr təhsili alıram . Mən iyul çağırışçısı idim lakin magistraturaya daxil olanlara 2 il möhlət hüququ verildi deyə bu hüquqdan istifadə etdim. Müraciətim ondan ibarətdirki mən magistr təhsilimi dondursam yəni akademik məzuniyyət alsam yanvar çagırışında hərbi xidmətə gedə bilərəmmi? Birdəki birinci semestr imtahanlarim yanvar ayinin 30 u bitir 20 sinə çəkmək mümkündür 20 gün mənə möhlət veriləcəkmi? TƏŞƏKKÜRLƏR oxuduğunuzçün və cavablandıracağınızçün.

Bildiririk ki, magistraturada təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər.         Eyni zamanda bildiririk ki, 2017-ci ilin yanvar çağırışında müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunmanız barədə qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməyə müraciət edə bilərsiniz.
Aişə Soruşur Yazılma Tarixi:19.11.2016 23:41:57

Salam mən 17.11.2016-cı il tarixdə SHXÇDX-nə işlə bağlı test imtahanı vermişəm.Xahiş edirəm imtahanın nəticəsi barədə məlumat verərdiz.Öncədən təşəkkürlər

Nəzərinizə çatdırırıq ki, işə qəbul ilə bağlı 17.11.2016-cı il tarixdə keçirilmiş müsabiqənin (test imtahanı) nəticəsi barədə Sizə məktubla məlumat veriləcək. 
Gülnar Soruşur Yazılma Tarixi:18.11.2016 22:39:22

suallarıma cvb verınde xaış edırem sızden men kımya bıalogıya ıxtısası üzre bıtırmişem senedlerımı komısarlıga işe gore teqdım ede bılerem? qebele komısarlıgına iş stajım var asan xıdmetde könüllü olmuşam indide asandakı seferberlıyın N qeydıyyat penceresıne iş ücün muracıet ede bılerem bu ixtasasla?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı İdarəsinə gəlməyiniz təklif olunur (özünüzlə şəxsiyyət vəsiqəsi, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir). Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir.
Cədvəldə sətir sayı :14897