Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Saməddin Soruşur Yazılma Tarixi:30.12.2016 09:39:38

Salam.Bağışdayin sizi narahat edirem .Mən hal-hazırda işləyirəm.Bilmək istərdim isdəyə- işdəyə SHXÇDX-nə işə qəbulla əlaqədar müraciət edə bilərəm ?Xahiş edirem məlumat verəsiz.

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Əkrəm Soruşur Yazılma Tarixi:30.12.2016 00:51:42

Salam mən 2017 Yanvar ayında hərbi xidmətə çağırılmışam amma həkim müaniyəsi zamani mənim sol böyrəyimdə 7mm ölçüsündə daş var və şiddətli ağrılar verir yüksək təzyiq yaradır dərman qəbul etməsəm olmur həmdə gözdən məhdudiyyətim var ve heç bir yerədə müaniyə göndərməyiblər indi bilmək istəyirdimki mən bu halda əsgər getməliyəm yoxsa müayinə alib sonra getməliyəm yoxsa yarasız kimi sayılıram ? zəhmət olmasa cavablandırardınız

Bildiririk ki, Siz Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsi tərəfindən tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra çağırışa cəlb olunma məsələsinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. 
Eyni zamanda nəzərinizə çatdırırıq ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar Azərbaycan respubliaksı Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar. 
Elburus Soruşur Yazılma Tarixi:29.12.2016 23:18:45

Salam men bilmek isdeyirem ki hansi herbi hisede qulluq edecem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda, Xidmətin qeydiyyatda olduğunuz, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Əlişah Soruşur Yazılma Tarixi:29.12.2016 22:18:49

salam mən 01.01.17-ci il nərimanov rayonu üzrə hərbi xidmətə çağrışçıların siyahısın hardan gör billəm. necə öyrənim ki məni yanvar ayında hərbi xidmətə aparacaqlar ya yox

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda, Xidmətin qeydiyyatda olduğunuz, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Xəyal Soruşur Yazılma Tarixi:29.12.2016 22:18:21

menim cagiris vereqeme yanvar ayinin 6i yazilib smsle şexsiyyet vesiqemin nomresin 9100a yollayiram lakin yazilibki gonderilen şexsiyyet veaiqesine uygun cagirisci tapilmadi.en azindan menim hansi ordu quvvelerinde xidmet edeceyim yazilmali idi. Bu ne ile baglidir?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda, Xidmətin qeydiyyatda olduğunuz, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Fərrux Soruşur Yazılma Tarixi:29.12.2016 21:52:46

Salam men yanvar ayin 5 2017 tarixinde herbi xidmete cagirişciyam hara tuşeceyimi ne vaxt bilecem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda, Xidmətin qeydiyyatda olduğunuz, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Saleh Soruşur Yazılma Tarixi:19.12.2016 14:14:22

Salam Mən 2017-ci ilin yanvar ayinin 5-i Əsgər gedirəm bilmək istəyirəm hara düşmüşəm

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 31 dekabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Nadir Soruşur Yazılma Tarixi:18.12.2016 23:59:14

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinə işə qəbul zamanı imtahanda hansı fənlərdən suallar düşür?Xahiş edirəm mene meulmat verin.Tesekkur

Bildiririk ki, müsabiqədə (test imtahanında) müraciət edən vətəndaşların ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Pərvin Soruşur Yazılma Tarixi:18.12.2016 20:57:19

Salam yanvar ayin cagiscilarin hara dusduyu ne vaxt bilinecek?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 31 dekabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Babək Soruşur Yazılma Tarixi:18.12.2016 13:42:43

Salam.Mən iyulda ayında hərbi xidmətə yollanmalı idim.Xəstəliyimlə bağlı olaraq 6ay möhlət verildi.Dekabrda təzədən komissiyadan keçmişəm.Bu çağırışda xidmətə gedə biləcəm mən? Əgər gedəsi olmasam yenə mi möhlət veriləcək yoxsa hərbi biletimi verəcəklər? Həsənov Babək 1994 Bakı,Nizami rayonu

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Müayinənin nəticəsinə müvafiq olaraq Siz, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız
Cədvəldə sətir sayı :14897