Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın

Verilən suallar
samir Soruşur Yazılma Tarixi:30.12.2016 20:12:27

Salam..naxcivan ucotunda olan naxcivan vaenkomati olan ve naxcivanda herbi xidmeti başa vuran adam naxcivandan başqa yerde yani bakida ve başqa rayonlarimizda gizirliyi oxuyub işləyə bilər???

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla) könüllü daxil olurlar. Odur ki, qeyd etdiyiniz məsələylə bağlı aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməlisiniz.
Əfqan Soruşur Yazılma Tarixi:30.12.2016 19:44:07

Salam menim 21 yasim var men turmede olduquma gore menim icbari isim olduguna gore bu yasima gore qalmisam ve meni yanvarin 5 Cagiris gelib men bilmek istiyirem ki meni yanvarin 5 aparacaqlar

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 22.1.1 və 22.1.2-ci maddələrinə əsasən, ictimai işlər, islah işləri və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən və ya barələrində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilmiş vətəndaşlar (ağır və ya xüsusilə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş vətəndaşlar istisna olmaqla) eləcə də, əvvəllər törətdiyi cinayətə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmırlar.
Əfqan Soruşur Yazılma Tarixi:30.12.2016 19:42:39

Mehman Soruşur Yazılma Tarixi:30.12.2016 19:08:21

Hərbi hissənin nömrəsini yazmaq olar? harda yerləşdiyini bilmək istəyirəm.

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət edəcəyi qoşun növünə müraciət etməyiniz tövsiyə olunur. 
Elmir Soruşur Yazılma Tarixi:30.12.2016 18:59:19

109 Nomreli herbi hisse harada yerlesir?

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət edəcəyi qoşun növünə müraciət etməyiniz tövsiyə olunur. 
Toğrul Soruşur Yazılma Tarixi:30.12.2016 17:15:56

Salam, menim duwduwuyum yer 193 sayli herbi hisse gosderilir men 777e (Gence) aparilacam ?

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət edəcəyi qoşun növünə müraciət etməyiniz tövsiyə olunur. 
Sərxan Soruşur Yazılma Tarixi:30.12.2016 17:00:42

Salam Men 2017 ci il yanvarin 5-i herbi xidmete cağırılmişam. Hara düşdüyümü bilmek isteyirem

Bildirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Asif Soruşur Yazılma Tarixi:30.12.2016 16:32:05

salam mudafie nazirliyi herbi hissenin nomresi 051. bu unvan harda yerlesir

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət edəcəyi qoşun növünə müraciət etməyiniz tövsiyə olunur. 
Həsən Soruşur Yazılma Tarixi:30.12.2016 16:21:59

Hərbi xidmətm yanvar ayinin 30 dur cağiriş mın hara düşmüşəm onu öyrənə bilərəm cox xaiş edirəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 yanvar 2017-ci il tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. 
Səid Soruşur Yazılma Tarixi:30.12.2016 12:11:52

Salam, mən 24 iyun 1994 cü il doğulmuşam. Mən dekabrda yenidən komissiyadan keçdim. Səhv eləmirəmsə 3 cü 6 aylıq möhlət almışam. Binəqədi rayonunda qeydiyyatdayam. bilmək istərdimki, mənə hərbi bilet veriləcək ?

Bildiririk ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Binəqədi rayon  idarəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına  təqdim olunmalısınız.         Odur ki, təcili olaraq Xidmətin Binəqədi rayon  idarəsinə gəlməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897