Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Turan Soruşur Yazılma Tarixi:11.12.2016 23:35:17

Salam. Mən SHXÇDX-nə işə qəbul üçün muraciət etmişdim. Və sonra heftenin tek gunu qebula gelib sənədlərimi təqdim etmişəm. Bilmək istiyirəm imtahan nə vaxt olacaq ?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə (test imtahanı) dəvət olunmaları növbəli qaydada həyata keçirilir. Müsabiqəyə dəvət olunmağınız barədə Sizə (telefon rabitəsi vasitəsi ilə) əlavə məlumat veriləcəkdir.
Çinarə Soruşur Yazılma Tarixi:11.12.2016 11:26:43

Salam.İnstitutu bitirib ancaq dövlət imtahanını verə bilmeyen şəxs neçə müddət hərbi xidmət çəkməlidir?Diplom üçün birdə imtahan vermək mümkün olduğu halda hemin şəxs xidmət cəkdiyi müddətdə gəlib imtahan verə bilərmi və imtahandan keçsə hərbi xidmət müddəti nə qədər vaxt olacaq?Əvvəlcədən təşəkkürlər.

Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər. Ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onların 1 ildən sonra ordu sıralarından tərxis olunma məsələsinə qanunvericiliyin tələblərinə uyğun surətdə baxılır.            Digər sualınızla əlaqədar bildiririk ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin müvafiq bəndinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mülki, ali və orta ixtisas müəssisələrində təhsil almasına icazə verilmir.
Sənan Soruşur Yazılma Tarixi:09.12.2016 17:02:36

Salam men Cabbarov Sənan üç ay bundan qabaq öz rayonumun herbi komissarligima muraciyet etmişəm Ukraynanin herbi biletiylə bagli onlar menim butun sənədlərimi topladilar dedilerki yolluyaciq SHXÇDX onlarda sorqu yolluyacaqlar Ukraynaya şəxsi işimlə baglı men uç aydandi cox gozduyurem hele bir cavab yoxdu xaiş edirəm bir cavab yazasiz

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, hərbi vəzifəlinin adı, soyadı, təvəllüdü, hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və ya bölməsi dəqiq göstərildiyi halda, qanunamüvafiq tədbirlərin görülməsi mümkündür. Odur ki, Siz qeyd olunan məlumatların əks olunduğu müraciəti Xidmətin elektron portalına göndərdikdən sonra araşdırma aparılacaq və Sizə müvafiq cavab veriləcək.
Şəhriyar Soruşur Yazılma Tarixi:07.12.2016 16:45:02

salam men cagirisciyam ama xesteliyim cixib ureyimde herbi qospitalda yoxlanisdan kecdim ve yararli yazildi meni xeste olrag herbie gondermekleri duzgundur?

Həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar.          Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
Sənan Soruşur Yazılma Tarixi:07.12.2016 15:54:40

Salam istiyerdim oyrenem Ukrayna herbi bileti taninirmi Azərbaycan Respublikasinda

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə  (Ukraynanın hərbi bileti tanınırmı dedikdə nə nəzərdə tutulur) ifadə olunmadığı üçün cavablandırılması mümkün deyil.
Əhməd Soruşur Yazılma Tarixi:05.12.2016 00:16:33

salam. meni yanvarin 2 si herbi xidemete cagiriblar. hansi herbi hisseye dusduyum barede nece melumat ala bilerem

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 31 dekabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Röyal Soruşur Yazılma Tarixi:04.12.2016 23:30:29

Salam, menin 18 yashim var, 2016-ci ilin aprel ayinda xidmete cagirilmishdim. Ancaq sehetimde mueyyen problemler oduguna gore mene Nizami rayon voyenkomatligi 2019 uncu ilin aprel ayina geder mohlet vermishdir. (3-illik). Indi ise tam saglam oldugumu dushunurem. Ve xidmete yeniden cagirilmagimi isteyirem.. Xaish ediremkomek edesiniz. Beri bashdan minnetdarligimi bildirirem.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar.  Qeyd edirik ki,hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilə bilərlər.          Bu məsələ ilə bağlı Sizin və valideynlərinizin qeydiyyatda olduğunuz Xidmətin idarə, şöbə və ya bölməsinin rəisinə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət etməyiniz tövsiyə olunur.
Tağı Soruşur Yazılma Tarixi:04.12.2016 23:22:47

Mən məzunam.Ali təhsil üçün qəbul imtahanında kəsilmişəm.Mən yenidən imtahan vermək istəyirəm.Bu imtahanlarda aprel-may ayında keçirilir.Mənimsə 18 yaşım həmin ilin iyun ayı 12 sində tamam olur.Aprel ayında imtahan üçün ərizə qəbuludur.Lakin TQDK vaenkamatdan möhlət istəyir.İmtahan verilən ərəfədə mənim çağırışım olmur.Mən necə möhlət əldə edə bilərəm ?

Bildiririk ki, 2016-cı ildə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara qəbul imtahanlarında iştirak etmək üçün təkrar şans verilmir. Əlavə olaraq qeyd edirik ki, 2016-cı ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2017-ci ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə onlar müvafiq arayışlarla təmin edilirlər.
Əmrah Soruşur Yazılma Tarixi:04.12.2016 22:37:52

Məmmədov Əmrah İlqar oğlu.03.12.1998.anadan olmuşam.Yevlax rayon hərbi kamissarlığınan həqiqi hərbi xidmətə çağırılmışam.02.01.2017.Hansı hərbi hissəsinə düşməyimi bilmək isdəyirəm.

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 31 dekabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Sənan Soruşur Yazılma Tarixi:04.12.2016 22:30:33

Salam istiyerdim oyrenem Ukraynanin herbi bileti taninir mi Azerbaycan Respublikasinda

Bildiririk ki, Xidmətin saytına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə  (Ukraynanın hərbi bileti tanınırmı dedikdə nə nəzərdə tutulur) ifadə olunmadığı üçün cavablandırılması mümkün deyil.
Cədvəldə sətir sayı :14897