Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
anar Soruşur Yazılma Tarixi:31.12.2016 15:02:58

salam.men 08.11.2016 ci il tarixində psixologiya və usaqliqdan qolumun sinib eyri bitdiyinə görə Bakı şəhərindəki müvafiq xəstəxanalara müraciət etmişəm lakin cavablar haqqında məlumatım yoxdur rayon şövbəsinə göndəriləcəyi haqqında mənə məlumat vermişdilər.cavabların müsbət və ya mənfi olduğu barədə məlumatım yoxdur adımı cağırışçılar siyahasında axtarib tapmadım xaiş dirəm bu barədə mənə ətraflı məlumat verərdiniz ki konkret olaraq hansı sebebden cağırışa cağrılmadım və hərbi xidmətə qəti şəkldə getməyim mümkündü yoxsa yox?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Nurlan Soruşur Yazılma Tarixi:31.12.2016 14:51:24

Salam mənim qardaşım yanvar ayında əsgər gedəcək hansı qoşun növunə düşdüyü bilinir ama hansı hərbi hissəyə dusdüyü bilinmir dekabr ayının 31-də bilinəcəy deyilmişdi ama bu barədə saytda məlumat yoxdu məlumatı nə vaxt öyrənə biləceyiy?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda, Xidmətin qeydiyyatda olduğunuz, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Səməd Soruşur Yazılma Tarixi:31.12.2016 14:50:24

470 nömrəli hərbi hissə harada yerləşir?

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət edəcəyi qoşun növünə müraciət etməyiniz tövsiyə olunur. 
Ramin Soruşur Yazılma Tarixi:31.12.2016 14:03:30

Mudafie Nazirliyi herbi hissenin nomresi 212.bu herbi hisse hansi rayonda yerlesir

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət edəcəyi qoşun növünə müraciət etməyiniz tövsiyə olunur. 
Ramin Soruşur Yazılma Tarixi:31.12.2016 14:01:01

Müdafiə Nazirliyi hərbi hissənin nomrəsi 212.bilmek isteyirem ki bu herbi hisse hansi rayonda yerlesir

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət edəcəyi qoşun növünə müraciət etməyiniz tövsiyə olunur. 
Nicat Soruşur Yazılma Tarixi:31.12.2016 02:45:35

SALAM mən həqiqi hərbi xidmətdə 2013-ci ilin yanvar ayinda ismayıllı rayonu həqiqi hərbi xidmətə cağrılmışam.2014-ci ilin iyul ayinda həqiqihərbi xidmətimi uğurla Füzuli rayonunda yerləşən (N )sayli Hərbi başa vurmuşam.İndi isdəyirəmki təzədən AZƏRBAYCAN resbublikasının xüsüsi təyinatlı dəstəıəri sırasına qoşulum.Bumdan ötrü nə etməli olduğum barədə mənə köməklik etməyinizi xaiş edirəm.

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçmələri qulluq (xidmət) etmək istədikləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti (keçmiş Milli Təhlükəsizlik Nazirliyi), Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Odur ki, Siz aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz müvafiq dövlət orqanına müraciət etməlisiniz.
Elnur Soruşur Yazılma Tarixi:30.12.2016 23:48:25

Meni 14.11.2016 tarixinde Masallı Rayon Seferberlik ve Herbi Xidmete Çağırış İdaresine tibbi xidmetden keçmek üçün çağırdılar. Müayine zamanı menim uzağı görme qabiliyyetimin olmadığı müeyyen oldu. Ona göre meni Zerife Eliyeva adına Göz Xestelikleri İnstutunun Masallı rayon şöbesine gönderdiler. Orada komputer müayinesi zamanı menim her iki gözümün uzağı görme qabiliyyetinin 0.09 ve (-4 ) olduğu müeyyenleşdirildi. Ancaq buna baxmayaraq meni MN 999 saylı herbi hissesine xidmete gönderirler. Bunun ne derecede düzgün olduğunu bilmek isteyirem.

Məlum olmuşdur ki, Siz 2017-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar, Xidmətin Masallı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış, əlavə olaraq səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmiş və nəticədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz. Siz, 2017-ci ilin yanvar çağırışına cəlb olunacaqsınız.
Murad Soruşur Yazılma Tarixi:30.12.2016 23:35:56

Salam.Mən 2017-ci il yanvar ayinin 5-i əsgər gedirem.Hansi hərbi hissəyə düşdüyüm haqda məlumat almaq istəyirəm.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda, Xidmətin qeydiyyatda olduğunuz, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Rahil Soruşur Yazılma Tarixi:30.12.2016 21:56:28

Salam. Yanvar ayının həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında sadəcə hansı qoşun növündə xidmət edəcəyi barədə məlumat verilir, lakin hansı hərbi hissədə xidmət edəcəyi barədə məlumat verilmir. Mən hansı hərbi hissədə xidmət edəcəyi barədə məlumatı necə ala bilərəm? Təşəkkürlər.

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət edəcəyi qoşun növünə müraciət etməyiniz tövsiyə olunur. 
Elmir Soruşur Yazılma Tarixi:30.12.2016 21:26:48

Men 109 sayli herbi hisseye dusmusem. Axira qeder orda xidmet edecem yoxsa, basqa herbi hisselere bolgu olacaq? Ve bolgu olacaqsa hansi herbi hisselere bolgu olacaq?

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət edəcəyi qoşun növünə müraciət etməyiniz tövsiyə olunur. 
Cədvəldə sətir sayı :14897