Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Murad Soruşur Yazılma Tarixi:18.12.2016 01:46:46

Mən oktyabr ayında herbi xidmətə getməli idim ancaq məndə prikus yəni 2ci dərəcəli mülayim əyrilik dişlərim əyri olduqu üçün mən oktyabr gedə bilmədim məni Fevral ayında hospitala cagırıblar bilmək isdiyirəm niyə hospitala gedməliyəm Agsu rayon vaykomanti xaiş edrəm.Cavablandırasız

Məlum olmuşdur ki, Siz, Xidmətin Ağsu rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Ağsu rayon şöbəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən müvafiq qərar qəbul ediləcəkdir. Bu səbəbdən, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Ağsu rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Murad Soruşur Yazılma Tarixi:18.12.2016 01:22:19

məndə prikust 2dərəcəli mülayim əyrilik yəni dişlərin əyri olmasi alt çənə inkişafdan qalma var oktabr ayinda getmeli idi fevralda hospitala cagriblar nece elemek olar ki dekabrda gedim hospitala ordan rey versinler əgər yararliyamsa məni yanvar ayinda Hərbi xidmətə aparsınlar Agsu rayonunu vaykomanti

Məlum olmuşdur ki, Siz, Xidmətin Ağsu rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Ağsu rayon şöbəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən müvafiq qərar qəbul ediləcəkdir. Bu səbəbdən, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Ağsu rayon şöbəsinə müraciət etməyiniz tövsiyə olunur.
Xalıq Soruşur Yazılma Tarixi:17.12.2016 22:23:55

Salam men Masallı Dövlət Regional Kollecində oxuyuram 2017 ci ilin aprel ayinda gelen cağrışa möhlet ala bilerem mi?

”Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün çağırışçılara möhlət yalnız bir dəfə verilir.
Coşqun Soruşur Yazılma Tarixi:17.12.2016 13:33:34

SALAM,MƏN MUSAZADƏ COŞQUN MÜŞFİQ OĞLU, 2017.01.04 TARİXİNDƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ VƏRƏQƏSİ ALMIŞAM. ÇAĞIRIŞ VƏRƏQSİN ALDIĞIM GÜNDƏN TƏXMİNƏN 20 GÜN ÖTMÜŞDÜR. MƏN HAL HAZIRDA HANSI QOŞUN NÖVÜNDƏ VA YA HANSI BÖLGƏDƏ (RAYON,ŞƏHƏR)- XİDMƏTİMİ BAŞA VURACAĞIMI BİLMƏK İSTƏRDİM.ZƏHMƏT OLMASA CAVABLANDIRIN MÜRACİƏTİMİ

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 31 dekabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Əsəd Soruşur Yazılma Tarixi:16.12.2016 21:15:17

Salam. Mən portala giriş üçün qeydiyyatdan keçdiyim emaili itirmişəm və yenidən (hal- hazırda başqa emaillə qeydiyyatdan keçirəm qəbul etmir) qeydiyyatdan keçmək istəyirəm. Xahiş edirəm köməklik göstərəsiz. Birdə ki, mən iş üçün 1 il bundan qabağ müraciət etmişdim bilmək istəyyirəm ki yenidən müraciət eliyə bilərəm.

Bildiririk ki, 27.02.2015-ci tarixdə keçirilmiş müsabiqədə olduqca zəif nəticə göstərdiyiniz üçün, Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir. 
Coşqun Soruşur Yazılma Tarixi:14.12.2016 18:41:06

-salam, men 2017.01.04 tarixinde herbi xidmet cağırışcısıyam ve hal hazirda hansi herbi hissede(seher,rayon) herbi xidmetimi basa vuracagimi nece bilerem? elektron muracietden istifade edirem hec bir cavab cixmir halbuki (men robot deyilem) tesdiq etdiyim halda bilinmir ) ne vaxt xeberdar ola bilerem?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 31 dekabr tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.  
Elşən Soruşur Yazılma Tarixi:14.12.2016 18:24:41

Salam.Mənim oğlum Üniversitedi bitirdi.Müəyyən səbəblərə görə dövlət imtahanında iştirak edə bilmədi,sonra hərbi xidmətdə gedti.Hal hazırda 6 aydır xidmət edir,xidmət etdiyi müddətdə gəlib dövlət imtahanın verə bilərmi? Xahiş edirəm sualı cavablandırın,əvvəlcədən təşəkkür edirəm.

Sizin müddətli həqiqi hərbi xidmətə göndərilməyinizə köməklik göstərilməsi barədə müraciətinizə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır.         Qeyd etdiyiniz məsələ ilə əlaqədar bildiririk ki, Siz oxuduğunuz təhsil müəssisəsindən xaric olunmağınız barədə sənədi  Xidmətin Gəncə şəhəri Nizami rayon şöbəsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər. Məlumat üçün bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
MİRCƏFƏR Soruşur Yazılma Tarixi:14.12.2016 13:23:31

salam.Mən 2013 ildə sumqayit şəhərindən orduya çağrılmışam.tibbi muayinədən keçdikdə onurğamda problem aşkarlanib.artiq üç ildir məni get gələ saliblar.mənə heç kim bir söz demir.üç ildir hərbi bilet ala bilmirəm.mən bu işdən ötrü kimə müraciət edə bilərəm

Bildiririk ki, müayinələrin nəticəsi ("Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt"ları) Xidmətin Sumqayıt şəhər idarəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələsinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. 
Araz Soruşur Yazılma Tarixi:13.12.2016 16:42:27

Evin tək oğlu olan usaqların hərbi xidmətə cağırılması qaydaları hansı şəkildədir və yaxud hərbi xidmətdən azad oluna bilərmi?

Bildiririk ki, ailənin tək övladları həqiqi hərbi xidmətə çağırışa cəlb olunurlar və xidmətə göndərilən zaman onlara hər hansı güzəştin şamil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.   Eyni zamanda qeyd edirik ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinin tələblərinə əsasən, həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət himayəsində başqa övladı olmayan 1-ci qrup əlil ata, yaxud ana olan çağırışçılara verilir
Mahmud Soruşur Yazılma Tarixi:13.12.2016 09:33:59

Salam.menim emi oglu var o 2016 ci ilde qubul imtahanindan ugurla kece bilmedi.indi tezeden hazirlaşır universitete qebul olunmaq ucun tezeden herbi komisarrliqdan mohlet huququ almalidi?onuda qeyd edimki 18 yasi 28.12.2017 ci ilde tamam olur

Bildiririk ki, qohumunuzun 28 dekabr 2017-ci il tarixdə 18 yaşı tamam olduğu üçün 2016-2017-ci tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda iştirak edə bilər.
Cədvəldə sətir sayı :14897