Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ceyhun Soruşur Yazılma Tarixi:02.12.2016 09:39:46

Salam. Mən Soyadımı dəyişmişəm.Bilmək istərdimki bu zaman Hərbi Biletim də dəyişilməlidirmi? Əgər dəyişilməlidirsə zəhmət olmasa bunun üçün hansı sənədlərin tələb olunduğunu və neçə günə dəyişiləcəyini bildirin. Əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, soyadınızda edilən dəyişikliklə bağlı şəxsiyyət vəsiqəsi və hərbi biletinizlə hərbi qeydiyyatda olduğunuz yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz. Nəzərinizə çatdırırıq ki, edilən düzəlişlərə və ya əlavələrə dair məlumatlar hərbi biletin “Xüsusi qeydlər” bölməsində yazılır, Xidmətin yerli idarə, şöbə və ya bölmə rəisi tərəfindən imzalanaraq möhürlənir.
Hikmət Soruşur Yazılma Tarixi:01.12.2016 13:29:53

Salam.Sizi narahat etməkdə məqsədim odur ki,bilmək istərdim imtahandan və müsahibədən,tibbi komissiyadan uğurla keçənlərə bu ay ərzində kurs olacaq?Əgər bu ay olmasa hansı ay ola bilər? .Bu haqda məlumat almaq istərdim

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, verdiyiniz suallın cavabı xidməti xarakter daşıdığına görə açıqlanılmır.
Töhfə Soruşur Yazılma Tarixi:01.12.2016 09:19:47

Mezuniyyete nece aydan sonra buraxilir esgerler?

“ Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr  tarixli  377-IQ nömrəli qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında “ Əsasnamənin 120-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına–müddətli həqiqi hərbi xidmət ərzində - bir dəfə 10 gün müddətinə növbəti məzuniyyət verilir.         Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının növbəti məzuniyyətə buraxılmaları barədə xidmət keçdikləri qoşun növünün komandanlığına müraciət etmələri tövsiyə olunur.          
Nail Soruşur Yazılma Tarixi:01.12.2016 01:31:51

Salam men 2015 il iyul ayinda herbiye getmiwem ali tehsili oldugum ucun 2016 iyulda herbini bitirdim aprel doyuslerinde cephede idim bize deidlerki veteranliq verilecek amma hecne verilmedi bu hakda maraqlanacaqdim bu hakda etrafli melumat verseniz cox sevinerem

Bildiririk ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri, vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir)  Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət etməyiniz məqsədəuyğundur.
Aişə Soruşur Yazılma Tarixi:30.11.2016 23:23:45

Salam mən SHXÇDX-nə işə qəbul üçün keçirilən müsabiqədən keçə bilmədim.Bilmək istəyirəm ki, mənim təzədən SHXÇDX-nə işə qəbul üçün müsabiqədə iştirak etmək hüququm var ya yox? Varsa müsabiqə neçə aydan bir keçirilir?

Bildiririk ki, 17.11.2016-cı il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Pərviz Soruşur Yazılma Tarixi:29.11.2016 19:13:27

Salam. Mənim 18 yaşım yanvarın 30-da tamam olacaq. Mən əsgərliyə yanvarda ya apreldə çağrılacam ? Xahiş edirəm sualımı cavablandırasınız. Öncədən təşəkkürlər.

Bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış, 35 yaşınadək sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş  kişi cinsli vətəndaşları ildə dörd dəfə – yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Qeyd edirik ki, 30 yanvar 2017-ci il tarixdə 18 yaşınız tamam olduğu üçün 2017-ci ilin yanvar çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Araz Soruşur Yazılma Tarixi:29.11.2016 12:39:42

Məmmədov Araz Musa oglu,07.07.1993.Agdam rayon herbi komissarlığı,zehmet olmasa daha önce gönderdiyim sualı cavablandırasız.

Müəyyən edilmişdir ki, Siz 25.10.2016-cı il tarixdə Xiidmətin Mərkəzi hərbi həkim  komissiyasının qərarı ilə  “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız” hesab edilmisiniz.          Bildiririk ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz Ağdam rayon şöbəsinin çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
Taleh Soruşur Yazılma Tarixi:28.11.2016 21:05:02

Salam,Mənim Ali təhsilim var, hərbi xidməti bitirmişəm və hal hazırda Asan xidmətdə könüllülük fəaliyyəti göstərirəm. Daha tez qebulunuza düşmək üçün hansı yollardan istifadə edə bilərəm? Xahiş edirəm mənə kömək edəcək cavab verəsiniz. Öncədən təşəkkürlər

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "sual-cavab" bölümünə göndərdiyiniz müraciətinizə tərəfimizdən baxılmışdır.  Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən vətəndaşların qəbulu hər ayın sonuncu şənbə günü Xidmətin Aparatında həyata keçirilir. Qəbulda iştirak etmək üçün hər ayın sonuncu həftəsinin istənilən günü şəxsiyyət vəsiqəsi ilə birlikdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına gəlməli ( Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 30) və müvafiq qaydada qeydiyyatdan keçməlisiniz. 
Emin Soruşur Yazılma Tarixi:27.11.2016 01:40:13

Salam, xahiş edirəm bu mövzuda mənə yol göstərəsiniz. Ali təhsilliyəm və hərbi xidmətə getmək istəyirəm. Sadəcə qeydiyyatda olduğum hərbi komissarlıq iyul ayında komissiya əsasında dalağımda cuzi böyümə tapdığı üçün, mənə 6 ay möhlət yazdı. Hal-hazırda müalicəmi bitirsəmdə həmin vəziyyətdə qaldığına görə mənə yenidən möhlət yazılır. Düşünürəmki, bu yolla sadəcə vaxt uzanır. Mənim könüllü hərbi xidmət borcumu yerinə yetirməyim üçün nə təklif edərsiniz? Nə edə bilərəm bu barədə?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Aişə Soruşur Yazılma Tarixi:24.11.2016 01:13:32

Salam mən 17.11.2016cı ildə SHXÇDX-nə işə qəbul üçün test imtahanı vermişəm. Xahiş edirəm imtahanın nəticəsi barədə məlumat verəsiniz

Bildiririk ki, tərəfinizdən əvvəllər göndərilmiş (21.11.2016-cı il tarixli) eyni məzmunlu məktubunuza cavab verilmişdir. Bir daha nəzərinizə çatdırırıq ki, işə qəbul ilə bağlı 17.11.2016-cı il tarixdə keçirilmiş müsabiqənin (test imtahanı) nəticəsi barədə Sizə məktubla məlumat veriləcək. 
Cədvəldə sətir sayı :14897