Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zaur Soruşur Yazılma Tarixi:13.11.2016 17:30:47

Salam mən 26.10.2016-ci il tarixdə -də işə qəbulla bağlı imtahan vermişdim nəticəsin nə cür bilmək olar ?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, 26.10.2016-cı il tarixdə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Rəvan Soruşur Yazılma Tarixi:13.11.2016 13:40:32

Salam, mən tələbəyəm və 2017ci ilin iyul ayında hərbi xidmətə yollanacağam, mənə maraqlıdır ailəmiz iki nəfərdən ibarətdir anam və mən, atam rəhmətə gedib və anamda mənim qəyyumluğumdadır və anam təziqdən əziyyət çəkir bilmək istərdim mən hərbi xidmətə göndəriləcəyəmmi xaiş edirəm ətraflı məlumat verəsiniz öncədən təşəkkür edirəm.

Bildiririk ki, valideynlərindən birini itirmiş çağırışçılara müddətli həqiqi hərbi xidmətə çağırış zamanı hər hansı güzəştin şamil edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinin tələblərinə əsasən, həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət himayəsində başqa övladı olmayan 1-ci qrup əlil ata, yaxud ana olan, 19.1.2-ci maddəsinə əsasən himayəsində 3 və daha çox uşaq olan, 19.1.5-ci maddəsinə əsasən isə himayəsində 18 yaşınadək və yaxud 1-ci qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmayan çağırışçılara verilir.
Ümid Soruşur Yazılma Tarixi:12.11.2016 11:41:50

Salam. Mənim hərbi biletimə, səfərbərlik sərəncamı verilməsi haqqında möhür vurulub. Alınması haqqında vurulmayıb. Yəni o qrafa boş qalıb. Mən indi ölkədən çıxa bilərəm?

"Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan respublikasının Qanununun 8-ci maddəsinə əsasən:
Qanunun tələblərinə uyğun olaraq Sizə səfərbərlik sərəncamı verilmişdir və ölkədə səfərbərlik elan olunarsa üzərinizə düşən vəzifələri yerinə yetirməlisiniz.
Hal-hazırda səfərbərlik elan olunmadığı üçün Sizin ölkə hüdudlarını tərk etməyinizə heç bir məhdudiyyət yoxdur. 
Gülnar Soruşur Yazılma Tarixi:12.11.2016 01:27:19

men Qebele şeherınde yaşayıram Men bılmek isteyırem SHXCDX de işe sened vermek ücün men Qebeledekı herbı vayankomata senedlerımı teqdım etsem olurmu? yoxsa bır başa bakıya muracıet etmelıyemmı? 3cu sualımda eyer imtahannan kecersem emrım Qebele asan xıdmet merkezıne verıle bılermı? xaiş edırem cvb verın bununla sıze 2cı defedı yazıram cavablamırsınız

Bildiririk ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Gülnar Soruşur Yazılma Tarixi:10.11.2016 22:15:00

men Qebele Asan xıdmetde SHXCDX nece işe qebul ola bılerem? Kımya bıalogıya ıxtısasım 3 ıl stajım var özel klınıkada ressepş ve hal hazırda Qebele Asan xıdmet merkezınde konulluyem 2 aydan coxdurkı rus dılı ıng dılı orda

Bildiririk ki, ixtisasınız Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Namiq Soruşur Yazılma Tarixi:10.11.2016 12:55:45

Bələdiyyə sədri həqiqi hərbi xidməti keçməyibsə bu işdə işləyə bilərmi.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə  çağırılırlar. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək) müddətli həqiqi hərbi xidmətə  çağırışa möhlət verilir.
Veysəl Soruşur Yazılma Tarixi:10.11.2016 11:14:00

Salam zəhmət olmasa deyərdizdə. Bərdə hərbi hissəsində hərbi and ayın necəsi olacaq?.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən, gənc əsgərlər və matroslar - onlar gənc əsgər (matros) proqramını keçdikdən, gənc əsgərin (matrosun) əsas vəzifələrini mənimsədikdən hərbi andın, hərbi hissənin Döyüş Bayrağının və hərbi intizamın mənasını dərk etdikdən sonra, hərbi hissəyə gəldikləri gündən ay yarımdan gec olmayaraq hərbi and içirlər.                                          
  
Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar əsgərin xidmətdə olduğu qoşun növünün komandanlığına müraciət etməlisiniz.
Elmir Soruşur Yazılma Tarixi:08.11.2016 22:04:25

Sizdən müəssisələrdə, idarələrdə hərbi işin aparılması, kim tərəfindən apara bilinməsi haqqında hansısa bir qayda qanun haqqında məlumat bilmək istərdim. Nazirlər Kabinetinin 339-17 nömrəli 30 iyun 1992-ci iltarixli qərarı haqqında məlumat bilmək istərdim Əvvəlcədən təşəkkür edirəm

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2013-cü il tarixli 76 nömrəli qərarı ilə təsdiq olunmuş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması Qaydası”nın 1.1-ci bəndinə əsasən, dövlət orqanları (o cümlədən, konsulluqlar), yerli icra hakimiyyəti orqanları, yerli özünüidarə orqanları  və Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri  tərəfindən çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydasını müəyyən edir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən, orqanlarda və təşkilatlarda hərbi uçotun aparılması kadr xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 1992-ci il tarixli 339-17 nömrəli qərarı haqqında məlumat əldə etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etməyiniz tövsiyə olunur.
Süleyman Soruşur Yazılma Tarixi:08.11.2016 13:23:58

Salam mənim 28 yaşım var. Bakı dövlət universitetinin Fəlsəfə və Naxçıvan dövlət universitetinin Hüquq fakultəsini bitirmişəm. İşə qəbul oluna bilərəmmi və bunun üçün hara müraciət edə bilərəm? Çox sağolun.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
Elşən Soruşur Yazılma Tarixi:08.11.2016 07:54:26

Salam.Bilmək istəyirdim ki ,oğlum Ağayev Ramiz Elşən oğlu 1995 təvəllüd Nəsimi r-n çağırışçısı HƏRBİ HƏKİM EKSPERTİZASİNİN hansi rəyyinə2016il okytabr ayinda hərbi xidmətə göndərilmişdi.Sualımı bir həftə keçdikdən sonra təkrar verirəm.Xahiş edirəm cavablandirasiz.

Məlum olmuşdur ki, barəsində rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, 1995-ci il təvəllüdlü Ağayev Ramiz Elşən oğlu razılaşdırılmış qrafikə əsasən nəzarət qaydasında Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66 “ç”, 34 “ç” maddələrinin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmişdir.
Cədvəldə sətir sayı :14897