Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Pərviz Soruşur Yazılma Tarixi:07.11.2016 11:40:23

Salam, Doktorantura təhsilini bitirmiş şəxslər hərbi xidmətə çağirilir mı? (əyər daha öncə hərbi xidmət keçməyibsə)

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında  əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.              “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun  23.0.1-ci maddəsinə əsasən isə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Namiq Soruşur Yazılma Tarixi:06.11.2016 20:06:51

Salam, Bələdiyyə sədrinin həqiqi hərbi xidmətdə olması vacibdirmi.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 18.1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar (namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu günədək)rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilir. Azərbaycan Respublikasının Seçki Məcələsinin 212-ci maddəsinə əsasən, seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dən yuxarı olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.
Samir Soruşur Yazılma Tarixi:06.11.2016 19:40:21

Salam. Mən hal hazırda 4-cü kurs tələbəsiyəm və ikinci bakalvr təhsilinə başlamaq istəyirəm bilmək istəyirəm ikinci bakalavra başlamazdan əvvəl hərbi xidmətə getməliyəm?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4-cü maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında  əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət yalnız bir dəfə verilir.
Zəka Soruşur Yazılma Tarixi:06.11.2016 07:13:45

salam men azersuda iwdiyirdim. 09.10.2015 tarixinde herbi xidmete getdim. 27.10.2016 tarixinde qayitdim. Indi bilmek isteyirem meni tezeden o hemin idareye qaytararlarmi? Qaytarmasalar siz nese bir tezyiq gosterirsinizmi

Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 7-ci bəndinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, şəxslərin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər. Müraciətinizdə qeyd etdiyiniz ikinci sualla əlaqədar bildirmək istəyirik ki, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir, bununla əlaqədar olaraq  Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (http://www.mlspp.gov.az) müraciət etməyiniz tövsiyə olunur.
HÜSEYN Soruşur Yazılma Tarixi:05.11.2016 10:30:28

Salam. Size evelde sual vermiwdim. Sualim bu idiki exinakokdan emeliyat olanlar yararli sayilirmi? Siz cavab verdizki kankret olaraq yararsizdi. Indi men bilmey isdiyirem ki,kamisiya yoxlanişa cagiranda deseler ki, bu xesteliyle bagli prablemin qalmiyib ve tam saglamsam. Bu halda esger gede bilerem? Birde ki men esger getmey isdeyirem.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya hərbi xidmətə yararsız hesab edilərək hərbi uçotdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür. Əlavə olaraq bildiririk ki, hərbi xidmətə yararlılıq kateqoriyasından narazı olan ehtiyatda olan hərbi vəzifəlilər, barələrində çıxarılmış qərara yenidən baxılması məqsədi ilə, ərazi üzrə məhkəmə orqanlarına müraciət edə bilərlər.
NOVRUZ Soruşur Yazılma Tarixi:04.11.2016 15:57:25

ƏVƏLA SALAM QANUNLARIMIZDA BELƏ BİR ŞEY VAR Kİ HƏRBİ XİDMƏTƏ ÜRƏYİN ANADAN GƏLMƏ QÜSURUN OLA OLA ƏSGƏRLİYƏ APARMAQ VƏ GETMƏMİŞDƏN QABAQ MÜANİƏ EDER KƏNDƏ DEMİŞDİM EDƏNƏN SORADA DEMİŞƏM BİR XEYİRİ OLMADI VƏ HƏRBİ XİDMƏTƏ GEDİM DAHADA BÖYÜK FƏSADAR BAŞ VERDİ1İL 6AY ƏRZİNDƏ DİŞMİ SIXIB QALDIM VƏ ƏVƏ BURAXILANDAN 1AYDAN SORA YATAQ XƏSDƏSİ OLDUM HƏR BİR YERƏ MÜRACİYƏT EDİM XEYİRİ OLMMADI LAKİN PREZDENT FONDU TERƏFİNDƏN ÜRƏYDƏN ƏMƏLİYAT OLDUM TOPCU BAŞOVDA 20YANVARDA VƏ1YAŞ 3AYLIQ OGLUM VAR YƏNİ Kİ GƏLƏCƏYİN ƏSGƏRİDİR BİLDİRİM Kİ55AZN PESİYA ALIRAM VƏ 2QURUB ƏLİLƏM ƏMƏK QABİLİYƏTİNİ TƏMİZ İTİRMİŞƏM HEÇ UŞAQMI BELƏ QUCAQIMA ALA BİLMİRƏM NƏ YEMƏYƏ NƏ GEYMƏYƏ NƏ DƏ Kİ HEÇ BİRŞEYƏ ÇATMIR HANSI DÖVLƏDƏ YAŞAYIRIQ MƏNİM SƏSİMİ EŞİDƏN YOXDUR ƏGƏR VARSA ALLAH RIZASI ÜÇÜN ƏLİNDƏN GƏLƏN KÖMƏYİ ƏSİRGƏLƏMƏSİN ELAQƏ ÜÇÜN 012-564-67-08ÇOX PİS VƏZİYƏDƏYƏM MƏN?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. Müraciətdə qeyd olunan digər məsələlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri xaricindəndir.
Elşən Soruşur Yazılma Tarixi:02.11.2016 23:48:09

Salam.Oğlum iyul ayinda hərbi tibbi komisiyadan keçən zaman sakralizasiya diaqnozu qoyulmuşdu.Təkrar bir neçə dəfə müayinələrə baxmayaraq yekun qərar bildirilmədı.Oktaybr ayında herbi komissariatda bildirildiki məhdud hararlisan və Göranboy rn 130 hissəyə yollandı.Xəstəliyinə bağlı funksional deyişiklər olmasada fiziki gərginlik zamani davamlı kəskin ağrilari olur.Bu xəstəliylə adi .çəkilən hərbi hissədə təlimdə olmaq nə qədər düzgündü?Ağayev Ramiz Elşən oğ.1995 təv.Nəsimi r-n

Məlum olmuşdur ki, barəsində rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, 1995-ci il təvəllüdlü Ağayev Ramiz Elşən oğlu razılaşdırılmış qrafikə əsasən 27.07.2016-cı il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilərək, 25.10.2016-cı il tarixdə sərəncamla təyin olunduğu 051 saylı hərbi hissəyə təhvil verilmişdir. Əlavə olaraq bildirirəm ki, R.E.Ağayev səhhəti ilə əlaqədar xidmət etdiyi hərbi hissə komandirinə müraciət edə bilər.  
İsa Soruşur Yazılma Tarixi:02.11.2016 16:20:38

Salam.Mən Mirzəzadə İsa Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəbinə sənəd vermək istəyirəm.AAHM sənəd qəbulu 01.04.2017-01.05.2017 tarixlərindədir.Həmin tarixdədə mən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağırılıram.Mənə AAHM sənəd vermək üçün möhlət hüququ verilə bilərmi ? Təvəllüd 29.03.1999 Xidmətin qeydiyyatda olduğunuz idarə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsi

Bildiririk ki, 18 yaşı 2017-ci ilin mart ayında tamam olan vətəndaşlar həmin ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqlar.
Fəqan Soruşur Yazılma Tarixi:02.11.2016 12:12:04

Salam.Mən Həşimov Fəqan Firudin oğlu (iyul ayı çağırışçısı) Nəsimi Rayon Hərbi Komisarrlığının göndərişi ilə 3 dəfə yoxlanışdan keçmişəm və sağ böyrəyim tapılmayıb.Komisarrlıqdan mənə noyabr ayında yenidən yoxlanacağımı bildirdilər.Yenidən yoxlanmağımın səbəbi nədir? və hərbi biletim nə vaxt veriləcək? Əvvəlcədən təşəkkür edirəm.

Vətəndaşlara sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət verilməsinin və ya çağırışdan azad edilməsinin əsaslılığı yoxlanılması məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin rayon idarə, şöbə və ya bölməsinin hərbi həkim komissiyasının qərarlarına Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən nəzarət qaydasında baxılır. Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən (10.11.2016-cı il tarixdə) şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
HÜSEYN Soruşur Yazılma Tarixi:01.11.2016 17:31:31

Salam. Men size 2 hefte once sualimi vermişdim. Men ag ciyerin exinakok qurdunan emeliyat olunmuşam. Men kanktret olarağ bilmey isdeyirem ki,bu xesteliye göre emeliyat olan cagriwcilar kankret olarağ yararsiz sayilir? He ya yox? Qisa cavab vererdiz zehmet olmasa. Sagolun.

“Exinokokkektomiya, cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Siz hərbi xidmətə yararsızsınız.
Cədvəldə sətir sayı :14897