Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İmran Soruşur Yazılma Tarixi:24.10.2016 10:56:31

Salam bu gun bilinecek hara duwmusuk??? Mem ayin 20 si gedeciydimmm

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Səttar Soruşur Yazılma Tarixi:24.10.2016 10:54:05

Salam,oktyabr ayinin 20 ne cagiriw gelib,amma bu gune qeder hansi qowun novune,hansi bolgeye duwduyum haqda melumat yoxdu.Sizden xaiw edirem bu haqda deqiq melumat vererdiz.Evvelceden tewekkurumu bildirirem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Yeganə Soruşur Yazılma Tarixi:24.10.2016 08:27:42

Mənim oğlum Əliyev Kamran Milazim oğlu 1998 hara düşüb bilmək istəyirəm.20 oktyabr 2016-cı il çağırış vərəqəsi verilib.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Samid Soruşur Yazılma Tarixi:23.10.2016 22:13:00

salam men hansi herbi hisseye dusduyumu oyrene bilmirem mumkundurse mene komeklik edin

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
TURAL Soruşur Yazılma Tarixi:23.10.2016 10:38:58

Salam.Mən Aslanov Tural Elsen oglu ehtiyatda olan nikadr leytenantam. Seferberlik xidmətində ise hedsiz maraqim olduqu ucun. 06.10.2016 -ci ildə lazim olan senedleri toplayaraq teqdim etmisem. Lakin cavab almamisam. Bir nece defe bundan once de elektron erize ile muraciet etmisən cavab mektubu gelmiyib. Xahiş edirem bu barede ne vaxt melumat ala bilecem. 06.10.2016 Ci ildə etdiyim yazili sekilde olan muracietin qeydə alimdir ini bilmek isterdim.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar həftənin tək günləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və kadr hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Əli Soruşur Yazılma Tarixi:22.10.2016 22:13:32

bizim yerler ne vaxt cixcacaq

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Tuqay Soruşur Yazılma Tarixi:22.10.2016 20:12:22

Salam Hərvaxtınız xeyir. Mən artiq ikinci səfərdi ki sizə email yaziram.Əvvəlki məktubumu cavablandirdiğınız üçün sizə öz təşəkkürümü bildirirəm. Mən 3 aya yaxındır ki SHXÇDX da işə qəbulla əlaqədar sənədlərimi təqdim etmişəm və ərizə anketlə müraciət etmişəm. Mənə orda dedilər ki imtahandan 1,2 gün əvvəl sizinlə əlaqə saxlanılacaqdı. Ama üstündən 3 aya yaxın müddət keçməsinə baxmayaraq hələdə əlaqə saxlanılmayıb. Mən hərbi xidmətdən gələndən artıq 5 aydır ki işsizəm və heç işsizlik müavinəti də ala bimirəm baxmayaraq ki hərbi xidmətdə zabit olaraq xidmət etmişəm. Sizdə xahişim budur ki mənə imtahan barədə ətraflı məlumat verəsiniz yaxud da egər ki Cənab Generalın qəbuluna düşməklə işə düzəlmək ehtimalım varsa mənə köməklik göstərin qəbula düşə bilim.

Cavab: Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Siz, 28.10.2016-cı il tarixdə saat 14:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı Xidmətin Aparatına keçiriləcək müsabiqəyə (test imtahanı) dəvət edilirsiniz (Özünüzlə şəxsiyyət vəsiqənizin olması vacibdir).
HÜSEYN Soruşur Yazılma Tarixi:22.10.2016 11:23:55

Salam. Men gelen il aprelde esger getmeliyem. 2014 ci ilde men ag ciyer exinak qurdundan emeliyat olunmuwam.kamilsya meni yoxlanişdan keçirmey uçun cagiranda mene 6 ay mohlet verilecey yoxsa yararli sayilsam aprelde esger gedecem? Birde 6 ay mohlet hansi hallarda verilir?

“Exinokokkektomiya, cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. Vətəndaşların ilkin hərbi uçota götürülməsi üzrə komissiyanın, çağırış komissiyasının və ya Mərkəzi Çağırış Komissiyasının qərarı ilə vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət səhiyyə müəssisələrinə ambulator və ya stasionar müayinə və ya müalicəyə göndərilir. Bu zaman vətəndaşın hərbi xidmətə müvəqqəti yararsızlıq haqqında qərar 3 aydan 12 aya qədər olan müddətə çıxarıla bilər.  
Kamran Soruşur Yazılma Tarixi:22.10.2016 01:57:38

Əliyev Kamran Milazim oğlu 20 oktyabr 2016 çağrlış vərəqi var.Mən valideyniyəm uşağım hara düşüb bilmək istəyirəm.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Kamil Soruşur Yazılma Tarixi:21.10.2016 21:15:57

Salam.Ehtiyyatda olan zabitəm(Leytenant)21.10.2016-cı ildə işə müraciət üçün qeydiyyat keçdim lakin sonradan müraciət bolməsinə parolumu və ya email ünvanımı yazanda səhv verir.Xahiş edirəm köməklik göstərəsiniz.

Qeydiyyatdan keçdikdən sonra elektron poçt ünvanınıza daxil olub təsdiqedici linkə daxil olaraq öz qeydiyyatınızı təsdiq etməyiniz mütləqdir. Qeydiyyatınız təsdiq olunmadıqda sistemə girişiniz məhdudlaşdırılır.
Cədvəldə sətir sayı :14897