Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Aqil Soruşur Yazılma Tarixi:01.11.2016 15:27:29

Salam mən Səfərbərlik Xitmətinə işə qəbulla bağlı müraciət etmişdim lakin heçbir cavab gəlmədi zəhmət olmasa məlumatlandırardız.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, özünüz və müraciətiniz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbula bağlı namizədliklərinə baxılan vətəndaşlar, Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, namizədliklərinə baxılan vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır.
vüsal Soruşur Yazılma Tarixi:01.11.2016 00:40:13

Salam. Mən qeydiyyatdan keçdim indi girmek isteyirem burda problem yaranır göstərir ki ya ad sehvdir yada ki şifre mene bu barədə kömək edin.

Qydiyyatdan keçdikdən sonra elektron poçt ünvanınıza daxil olaraq öz qeydiyyatınızı təsdiq etməyiniz mütləqdir. Qeydiyyatınız təsdiq olunmadıqda sistemə girişiniz məhdudlaşdırılır. 
Əfşan Soruşur Yazılma Tarixi:31.10.2016 22:09:17

Salam. Mən 26.10.2016 ildə işlə baglı imtahan vermişəm. Mən sənətlərimi verəndə zabit işləmək isdədiyimi bildirmişəm. Bilmək isdəyirəmki mən imtahandan keçsəm zabit olacam yoxsa mülki işçi?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Sizi   narahat   edən   suallara   aydınlıq   gətirmək   üçün   04.11.2016-cı  il  tarixdə               saat 10:00-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Fitad Soruşur Yazılma Tarixi:31.10.2016 20:43:05

Salam zəhmət olmasa məlumat verərdiniz. SHXÇDX-də müfəttiş işləyənə gələcəkdə hərbi rütbə verilə bilər və ya karyerada yüksəliş olur?

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində müfəttiş vəzifəsində işləyənə gələcəkdə hərbi rütbə verilə bilməz.
Fitad Soruşur Yazılma Tarixi:31.10.2016 19:51:08

Salam, zəhmət olmasa məlumat verərdiniz. Magistr dərəcəsi olanın ilk hərbi rütbəsi leytenant olur, yoxsa ?

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 47-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılanlara təhsil pilləsindən asılı olmayaraq hərbi hissənin şəxsi heyətinin  siyahısına daxil edilmələri ilə eyni vaxtda “əsgər” və ya «matros» hərbi rütbələri verilir.
İsa Soruşur Yazılma Tarixi:31.10.2016 12:46:29

Salam.Mən Heydər Əliyev adına Azərbaycan Ali hərbi məktəbinə sənəd vermək istəyirəm.AAHM sənəd qəbulu 01.04.2017-01.05.2017 tarixlərindədir.Həmin tarixdədə mən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən həqiqi hərbi xidmətə çağırılıram.Mənə AAHM sənəd vermək üçün möhlət hüququ verilə bilərmi ?

Sizin ünvanladığınız suala dəqiq cavab verilməsi üçün soyadınızı, adınızı, təvəllüdünüzü və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
Vüqar Soruşur Yazılma Tarixi:30.10.2016 09:55:51

Salam.25.10.2016 tarixində sual verdim və çox sağolun cavablandırdınız.Zəhmət deyilsə bu sualımı da cavablandırardınız.Qeyd etdiniz ki Mingəçevir şəhərində vakant yer olmadığı üçün işə qəbulum mümkün hesab edilməmişdir.Mən tək Mingəçevir şəhərində yox,istənilən bölgədə xidmət etmək istəyirəm.Bunun üçün nə edə bilərəm?Öncədən çox sağolun

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar həftənin tək günləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və kadr hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Ağaqardaş Soruşur Yazılma Tarixi:29.10.2016 18:38:54

Salam mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə tələb olunan sənədləri vermişəm. Lakin cavab verilməyib. Bu barədə sizdən məlumat verməyinizi xahiş edirəm.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Namiq Soruşur Yazılma Tarixi:29.10.2016 00:18:32

Salam. Magistr təhsilli hərbi çağışçılar əsgər kimi nece müddət qulluq edirlər?

Bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər. Ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Şahverən Soruşur Yazılma Tarixi:28.10.2016 18:31:05

Salam Biz bilmək istəyirik ki, Mehrəliyev Elmar Niyaz oğlu Bakıda hansı hərbi hissədə xidmət edir?

Sizin ünvanladığınız suala dəqiq və dolğun cavab verilməsi üçün  Mehrəliyev Elmar Niyaz oğlunun qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.    
Cədvəldə sətir sayı :14897