Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Orxan Soruşur Yazılma Tarixi:17.10.2016 23:47:53

Mən hara düşmüşəm ? öyrənmək istəyirəm.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Aşur Soruşur Yazılma Tarixi:17.10.2016 22:03:10

Salam,oktyabr ayinin 20-si herbi xidmete cagiriblar, hara duşduyumu oyrenmek isteyirem, hun erzinde 50 defe sms yazib yollayiram, yazilir ki bu melumata uygun cagirisci tapilmadi.burda yazirsuz ki 20-25 arasi bilinecek, bes meni 20 si cagiriblar men nece bilim evvelceden hara gedeceyimi?.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Bəxtiyar Soruşur Yazılma Tarixi:17.10.2016 19:54:24

Salam. Hepatit B xəstəliyi olan şəxslər hərbi xidmətə yararlıdır ? Qeyd edim ki, xəstəlik müəyyən olunduqda həkim qətiyyən tullanmaq, ağır işlə məşğul olmaq, alkoqol içkilər və siqareti qadağan etmişdi.

B virus hepatiti səthi antigeninin aşkar edilməsi, qaraciyərin gizli keçən xroniki xəstəliyinin istisna edilməsi məqsədi ilə müayinə aparılması üçün əsasdır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Ərizənizdə göstərilən məsələ ilə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (şöbə və ya bölməsinə) müraciət etməyiniz məqsədəuyğundur. 
Əli Soruşur Yazılma Tarixi:17.10.2016 17:29:07

Salam men Türkiyede magistr tehsili aliram. menim tehsilim 2018may ayinda bitmeli idi amma 2018 yanvarinda bitecek.Bua göre bilmek isteyirem ki mohlet verilirmi tehsil bitene qeder yoxsa herbiye çaqirilir mi

Bildiririk ki, sualınızla bağlı araşdırma aparılması üçün soyadınızı, adınızı, təvəllüdünüzü və Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz tövsiyə olunur
Babək Soruşur Yazılma Tarixi:17.10.2016 13:39:07

Salam.Mən ciyərimlə bağlı müalicə almışam.Yoxlanışdan təkrar keçdim.Kağızlar Nizami rayon hərbi komissarlığa göndərilib.Bilmək istəyirəm ki, hərbi xidmətə gedəcəm ya yox? Zəhmət olmasa cavablandırardınız. Nizami rayon vayenkamatı,Həsənov Babək Yaqub oğlu 1994

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Müayinənin nəticəsinə müvafiq olaraq Siz, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız
Babək Soruşur Yazılma Tarixi:17.10.2016 12:52:42

Salam.mene oktyabrin 20sine çağiriliş gelib.handi herbi hisseye duşduyum ne vaxt bilinecey?ve menim yanvara qalma ehtimalim varmi?getmey isdiyirem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Arif Soruşur Yazılma Tarixi:17.10.2016 12:50:10

Salam. Nəzərinizə catdırıram ki, məni Nizami hərbi həkim komissiyası döş qəfəsimdəki şökökliklə əlaqədar Sabunşu xəstəxanasına müayinəyə gönndərmişdir. 04.10.2016-cı il tarixində müayinənin cavabları SHXÇDX-nə göndərilmişdir. Lakin hələ bu vaxta kimi Nizami hərbi komissarlığına və ya mənə hıç bir məlumat verilməmışdir. Elektron məlumat bazasında adım tapılmır.

Məlum olmuşdur ki, Siz, Xidmətin Nizami rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətinizlə bağlı aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Nizami rayon idarəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən müvafiq qərar qəbul ediləcəkdir. Odur ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Nizami rayon idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Yusif Soruşur Yazılma Tarixi:17.10.2016 08:19:12

Yusif Osmanov herbi cagiris siyahisinda hansi herbi casta dusub 17.10.2016

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Əmrah Soruşur Yazılma Tarixi:16.10.2016 21:17:51

hansi herbi hisseye duwmuwem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Əmrah Soruşur Yazılma Tarixi:16.10.2016 21:16:35

hansi herbi hisseye duwmuwem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14897