Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xəlil Soruşur Yazılma Tarixi:02.01.2017 22:24:33

Salam men 6 heftelik kursu bitirmisem . imtahanimin neticesini hardan oyrene bilerem ?

Bildiririk ki, Xidmətin elektron ünvanına etdiyiniz müraciətdə fikriniz tam və aydın şəkildə ifadə olunmadığı üçün (6 həftəlik kurs dedikdə nə nəzərdə tutulur) cavablandırılması mümkün deyil. 
Amin Soruşur Yazılma Tarixi:02.01.2017 22:10:08

Salam mən 05.01.2017 də çağırılmışam xidmətə 950 saylı hərbi hissə yazılıb ancaqki harda yerləşdiyi haqqinda məlumatım yoxdur 950 saylı hərbi hissə harda yerləşir məlumat verərdizdə zəhmət olmasa ?

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət edəcəyi qoşun növünə müraciət etməyiniz tövsiyə olunur. 
ŞƏMİL Soruşur Yazılma Tarixi:02.01.2017 13:55:25

Hara düşmüşem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda, Xidmətin qeydiyyatda olduğunuz, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
RZA Soruşur Yazılma Tarixi:01.01.2017 20:50:54

hansi çastda xidmet edecem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
ƏBDUL Soruşur Yazılma Tarixi:01.01.2017 20:40:46

salam meleykim meni yanvarin 4 cagriblar amma helede bilmirem hara düşmüşəm hacan bilecem zehmet olmasa bu barede mene melumat versizde

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda, Xidmətin qeydiyyatda olduğunuz, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Fərid Soruşur Yazılma Tarixi:01.01.2017 19:05:46

Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinə işə qəbul üçün test imtahanının vaxtı və testə düşən suallar hansı fənlərdən düşür.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə (test imtahanı) dəvət olunmaları növbəli qaydada həyata keçirilir, müsabiqədə ümumi bilik səviyyəsi və dünya görüşü yoxlanılır. Müsabiqəyə dəvət olunmağınız barədə Sizə (telefon rabitəsi vasitəsi ilə) əlavə məlumat veriləcəkdir.
Tural Soruşur Yazılma Tarixi:01.01.2017 15:15:54

Bilmek istiyrem ki men hara dusmusem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Əks halda, Xidmətin qeydiyyatda olduğunuz, idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Elvin Soruşur Yazılma Tarixi:01.01.2017 08:49:42

Bilmek isdeyrem men dsx dusmusem amma hansi bolgede olacagmi bilmej isdeyrem

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət edəcəyi qoşun növünə müraciət etməyiniz tövsiyə olunur. 
Tural Soruşur Yazılma Tarixi:31.12.2016 22:15:33

Salam.2016-cı il oktyabr ayının 22-si 6 ay möhlət verilibse həmin şəxsin adı birde hansı çaxırışa düşecek?

Bildiririk ki, çağırışçıya 22 oktyabr 2016-cı il tarixdə həqiqi hərbi xidmətə çağırışdan 6 (altı) ay müddətinə  möhlət verildiyi halda, həmin şəxs 2017-ci ilin aprel çağırışına cəlb olunaraq tibbi şəhadətləndirildikdən və öyrənildikdən sonra barəsində qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Sərdar Soruşur Yazılma Tarixi:31.12.2016 16:05:08

950 Nomreli Herbi Hisse Harda Yerlesir?

Qeyd etdiyiniz məsələ ilə bağlı çağırışçının xidmət edəcəyi qoşun növünə müraciət etməyiniz tövsiyə olunur. 
Cədvəldə sətir sayı :14897