Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Məhəmməd Soruşur Yazılma Tarixi:20.01.2017 23:40:30

Salam. Mən 4 cü kurs tələbəsiyəm . Hərbi xidmətdə olmamışam. 21 yaşım var. Universiteti bitirdikdən sonra Hərbi Təlim alaraq Leytenant kimi 1 il 6 ay hərbi vəzifəmi yerinə yetirmək istəyirəm. Bu mümkündürmü? mümkündürsə nələr tələb edilir?

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilmiş sifarişə əsasən yalnız həkim ixtisaslı mütəxəssislərin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda təhsil alması nəzərdə tutulmuşdur. 
Leytenant kimi hərbi xidmət keçmək məsələsi ilə bağlı xidmətdə olacağınız qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Orxan Soruşur Yazılma Tarixi:19.01.2017 13:59:18

Salam.Adim Orxan Bağırov Zaur oğlu Salyan rayon qeydiyyatıyam .23 yanvarda cağırış gelib mene .men esgerliye hara duşmuşem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 23 yanvar 2017-ci il  tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdirilmişdir.
Orxan Soruşur Yazılma Tarixi:19.01.2017 11:49:01

Bağırov Orxan Salyan qeydiyyatı.zehmet olmasa hara duşduyumuşem?deyerdız 23ü yanvara cağırış gelib

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 23 yanvar 2017-ci il  tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdirilmişdir.
Sənan Soruşur Yazılma Tarixi:19.01.2017 09:31:36

Salam men dekabr ayin 9 size müraciyet etmişdim ukraynaya sorquyla bagli.Siz mene bildirdinizki xidmetin yerli idarə, şöbə və ya bölməsi dəqiq göstərildiyi halda, qanunamüvafiq tədbirlərin görülməsi mümkündür.Сabbarov Sənan Nəriman oglu,1992il,yerli xidmetin adi Xarkov şəhəri Jovtneviy bayenkomat.Xaiş edirem cavab yazasiz

Portala daxil olmuş müraciətinizə əsasən bir daha bildiririk ki, hərbi vəzifəlinin adı, soyadı, təvəllüdü, hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə və ya bölməsi dəqiq göstərildiyi halda, qanunamüvafiq tədbirlərin görülməsi mümkündür.             Qeyd edirik ki, Sizə köməklik göstərilməsi üçün mövcud sənədlərinizlə Azərbaycan Respublikasında hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməlisiniz. 
ƏBDUL Soruşur Yazılma Tarixi:18.01.2017 19:03:14

salam men bilmek cagriü yanvar ayinin necesine kimidir? ve men yanvar ayinin 4 gedmeliydim saxlandim ayin 16 qosbitala gedim boyreye gore temiz cxdi kamisyadan kecdim dedilerki vainkamat gelib kagizlari aparacag bugun ayin 18 di amma hele bir xeber yoxdu xaiw edirem bu barede meni melumatlandirasiniz men herbi ximete gedecem ya yox ???

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Mirzə Soruşur Yazılma Tarixi:18.01.2017 17:33:21

men seferov mirze hansi herbi xidmete duwmuwem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 yanavr 2017-ci il tarixindən etibarən Xidmətin  rəsmi saytında yerləşdiriləcəkdir. 
Orxan Soruşur Yazılma Tarixi:18.01.2017 15:35:33

Salam.Orxan Bağırov Zaur oğlu .Salyan Rayonunda qeydiyyatdayam 23 yanvara çağırış gelib mene .hara düşdüyumu bilmek istirem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 23 yanvar 2017-ci il  tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdirilmişdir.
Orxan Soruşur Yazılma Tarixi:18.01.2017 15:14:26

Salam.mene ayin 23 üne cagiriw gelib ama hansi herbi hisseye duwduyum ne vaxt bilinecek onu bilmek istirdim ki hansı herbi hissede olacam

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 23 yanvar 2017-ci il  tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdirilmişdir.
Babək Soruşur Yazılma Tarixi:18.01.2017 14:39:59

Salam.Mən iyul ayı vayenkomatdan keçmişəm.Müalicətə görə 6ay möhlət verildi.Dekabrin əvvəli təzədən yoxlanışdan keçdim.Yanvar ayının əvvəli hərbi qospitala apardilar.Bilmək istirəm ki, Hərbi biletimi verəcəklərmi? Yoxsa yene mi möhlət veriləcək? Həsənov Babək Yaqub oğlu..Bakı şəh, Nizami rayonu vayenkomatı.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərar təsdiq olunduğu halda, Siz hərbi biletlə təmin olunacaqsınız. Əlavə olaraq bildiririk ki, müayinənin nəticəsi barədə məlumatı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nizami rayon İdarəsində əldə edə bilərsiniz.
Əli Soruşur Yazılma Tarixi:16.01.2017 22:46:22

Salam.Men Bilmek isdeyirem ki hansi herbi hisseye dusmusem? Yanvar Piriziviyem Bilmirem Hara dusmeyimi Zehmet olmasa Tez cavab YaziN.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 yanavr 2017-ci il tarixindən etibarən Xidmətin  rəsmi saytında yerləşdiriləcəkdir. 
Cədvəldə sətir sayı :14897