Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elvin Soruşur Yazılma Tarixi:16.03.2017 16:07:23

Salam. Vətəndaşın gözünün müayinəsində miopik astikmatizm aşkar olunmuşdur. Sağ gözü (-6,5 - 2,75), sol gözü (-6,0 - 1,75). Həmin şəxs hərbi xidmətə yararlıdırmı?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Əlavə olaraq bildiririk ki, çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Pərviz Soruşur Yazılma Tarixi:15.03.2017 22:50:12

Mən Akifli Pərviz Vuqar oglu. 12.12.1994il təvəllüdinde anadan olmuşam. 2013 ildə məktəbi bitirmişəm və hemin ildə də ali təhsil müəssisəsine qəbul olmuşam. 2009 atam vəfat etmişdir. Men hərbi xidmətən azad edilə bilərəm?

Bildiririk ki, valideynlərindən birini və ya hər ikisini itirmiş çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.   
Xəyyam Soruşur Yazılma Tarixi:15.03.2017 19:28:41

Men Əliyev xəyyam elsen oglu.25 may 1988 ci ilde Baki weherinde anadan olmuwam.1 iyul 2006 ci ilde Baki wəheri bineqedu rayon herbi komisarligindan heqiqi herbi xidmete cagrilmiwam.01.01.2008 ci il tarixinde AR MN nin 15.12.07ci il tarixli 603 N li emri ile ehtiyata buraxilmiwam. Sualim bundan ibaretdir.herbi biletimin 2 ci sehifesindeki.Herbi xidmete munasibeti bolmesinde Baki seheri Bineqedi NN-2000-95 əmr.66-a,68a nizami xidmete yararli yazilib. Men bilmek istiyirem ki bu 66a.68 a nedir?? Divlet qulluguna iwe qebul olunmaq istiyirem.ancag bulari mene behane getirilerek iwime xitam veribler.men bawqa dost taniwin herbi biletine baxmiwam ancag bu bolmede 66a.68a yazilmiyib.xaiw edirem bunu aydinlawdirub mene deyesiniz. Elaqe nomrem.050 548 08 18

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral  2008-ci il tarixli 59 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin Xəstəliklər cədvəlinin 66 “ç” (Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa): funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda) və 68 “ç”  (Yastıayaqlılıq və ayağın digər deformasiyaları: funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda) maddələrinə əsasən, məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı hesab edilərək, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar. Eyni zamanda bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən çağırış komissiyasının qərarı ilə razılaşmayan vətəndaşlar dövlət səhiyyə sistemində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəl müəyyən edilmiş diaqnoz dəyişdirildiyi halda, hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi məqsədilə hərbi-həkim komissiyası tərəfindən təkrar şəhadətləndirilə bilərlər. Təkrar tibbi müayinə zamanı yararlılıq kateqoriyasına uyğun olaraq, hərbi-həkim komissiyası tərəfindən qəbul edilmiş qərar hərbi vəzifəlilərin hərbi biletlərində qeyd edilir. Belə ki, təkrar tibbi müayinədən keçmək üçün Siz Xidmətin Binəqədi rayon idarəsi tərəfindən 16.03.2017-ci il tarixli 79 saylı göndərişlə 3 saylı Şəhər Klinik Xəstəxanasına göndərilmisiniz. Tibbi müayinənin nəticəsi idarəyə daxil olduqdan sonra hərbi biletinizdə müvafiq qeydlər aparıla bilər.
Mahir Soruşur Yazılma Tarixi:15.03.2017 13:49:27

Salam men Cangirli Mahir Akif oglu 1999 cu ilde yardimli rayon ersile kendinde dogulmusam hal hazirda celilabad rayonunda qeydiyyatdayam celilabad rayon DX nin celilabad rayon sobesinin cagris kamisiyasinda cagrisciyam hansi herbi xidmete duseceyimi bilmek isteyirem xahis

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 31 mart tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Məcid Soruşur Yazılma Tarixi:15.03.2017 01:26:40

Salam, 2017ci il aprel çağırışçılarının hara düşdüyü barədə məlumat ne zaman internetde olar ?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 31 mart tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.  
Ruslan Soruşur Yazılma Tarixi:14.03.2017 15:45:51

men 1997 ci ilem meni herbiye aparmirlar sebeb nedir de demirler... nede ki niqodnu biletimide vermir

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq  30.03.2017-ci il tarixdə Xidmətin Kəpəz rayon şöbəsinə gəlməyiniz tövsiyə olunur.
RƏŞİD Soruşur Yazılma Tarixi:13.03.2017 22:42:47

Salam axsamuz xeyir butun AZERBAYCAN RESPUBLİKASININ bayramın tebrik edirem ve uzun omurler arzu edirem ve ya o cumleden Seferberlik ve herbi xidmete cagris uzre dovlet xidmetinin butun iscilerin bu bayram munasibetiyle tebrik edirem islerinde yeni yeni ugurlar arzu edirem.(cox sagolun ki sualıma cavablandırdiz minedaram ve bilmek isdeyirem yazilan senedleri yigib yerli seferberlik ve herbi xidmete cagris uzre dovlet xidmetinin yardımlı rayon bolmesinin Reisine teqdim edmeliyem?)

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «sual-cavab» bölümünə göndərdiyiniz  müraciətinizə  tərəfimizdən baxılmışdır.
Nəzərinizə çatdırırıq ki, müavinətin ödənilməsi üçün tələb olunan sənədlərin  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına təqdim edilməsi zəruridir. 
Tural Soruşur Yazılma Tarixi:13.03.2017 19:42:22

Salam.Mənim qardaşımın 21 yaşı var 3 il idi çəkisinə görə möhlət alırdı.Fevralda həkim komisiyyasından keçəndə dişlərində problem olduğu bildirildi və Bakıya müayinə olmaq üçün göndərildi.Üzərində 2 aya yaxın vaxt keçməsinə baxmayaraq hələki cavablar gəlməyib.siz araşdıra bilərsizmi müayinənin cavabı nə olub.bildirimki Qardaşım Mustafayev Xəyal Şirzad oğlu anadan olduğu tarix 11 noyabr 1995-ci il və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şobəsində qeydiyyatdadır.

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Sual-cavab” bölümünə göndərdiyiniz müraciətinizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, qardaşınız Mustafayev Xəyal Şirzad oğlunun müayinə aktı 14.03.2017-ci il tarixdə Xidmətin Masallı rayon şöbəsinə daxil olmuşdur. Aidiyyəti üzrə Masallı rayon şöbəsinə müraciət etməyiniz tövsiyyə olunur.
Elnur Soruşur Yazılma Tarixi:05.03.2017 19:26:04

Salam mən 09.01.2017 ildə SHXÇDX nin Tovuz rayon şöbəsi tərəfindən kamisiyaya Bakı şəhərinə göndərilmişəm çox xaiş edirəmki həmin kamisiya barədə mənə məlumat verəsiniz.

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Sual-cavab” bölümünə göndərdiyiniz müraciətinizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, sizin şəxsi işiniz 24.02.2017-ci il tarixdə Xidmətin Tovuz rayon şöbəsinə daxil olmuşdur. Aidiyyəti üzrə Tovuz rayon şöbəsinə müraciət etməyiniz tövsiyyə olunur.
Bəhruz Soruşur Yazılma Tarixi:05.03.2017 18:36:51

Salam ayağımdan əməliyyat olmuşam və yaranın izləri və tam sağalması müşahidə olunmur Elmi dildə litik ocaq qeyd edilir 02.mm həcmində buna görə hərbi hospital ekspertiza mərkəzi mənə aprelin 28.04.2017 tarixinə kimi möhlət hüququ verib lakin mənə 03.03.2017 tarixində kommisarlıqdan zəng edib bildirirlərki siz komissiyadan keçməli şəhadətləndirilməlisiniz.bu nə dərəcədə düzgündür axı möhlət hüququm var.Artıq bezmişəm açığı 1ci dəfə komissayadan keçdikdə kommisarlıqda yararsız qeyd olundum və hospital 3ay möhlət verdi və 3ay möhlətdən sonra heç bir xəbər edilmədi yəni 9 ay təxmini vaxt keçdi maraqlandım və çağırışçı elan edildim oktyabrda yenidən hospitala çağırıldım və 6 aylıq möhlət verildi hələdə süründürürlər məni xahiş edirəm kömək edin və ya yol göstərin nəyə görə mənə hərbi biletin cavabı verilmir?nə üçün vətəndaşa bu qədər etinadsız yanaşılır aprelin 28-ində bitəcək olan möhlətimə görə məni çağırışçı elan etmək olarmı?bəlkə mən özüm özümü müalicə edəcəm ,çünki çox hörmətli ekspertiza müalicəm üçün heç bir iş görmür sadəcə möhlət möhlət möhlət.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Cədvəldə sətir sayı :14897