Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
kamil Soruşur Yazılma Tarixi:17.03.2017 23:37:47

salam mən aslanov kamil vahid oglu 1966 ci il tevvelludlu konullu olaraq 1992 ci ilde ağdərə doyuşlərində 2 ay muddətinə istrak etmisəm ve bu fakt mənim hərbi bletimde oz əksini tapib sualim budurki mənə vetranliq statusu verilmelidirmi ve ya bunun ucun hansi imtiyazlardan yararlana bilərəm

Bildiririk ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri, vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir)  Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Odur ki, Sizə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxılması üçün xidmət keçdiyiniz müvafiq dövlət orqanının aidiyyəti komissiyasına müraciət etməyiniz məqsədəuyğundur. Nəzərinizə çatdırırıq ki, “Müharibə veteranı” statusu almış şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdirlər.
Elcan Soruşur Yazılma Tarixi:17.03.2017 22:30:09

Salam. 15 aprel 2017-ci ildə mənim 18 yaşım tamam olur və 17 aprel 2017-ci il üçün mənə çağırı vərəqəsi gəlib. Mən 2016-cı ildə 23iyulda imtahan verdim lakin əldə etdiyim nəticə məni qane etmədi. Ona görə də mən 2017-ci ildəki qəbul imtahanlarında iştirak etmək istəyirəm. Bir problem var ki artıq çağırış gəlib. Mən imtahanda iştirak etmək üçün nələr etməliyəm?

Bildiririk ki, Siz  fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədə olmalısınız.
Digər sualınızla əlaqədar qeyd edirik ki, 2016-cı ildə Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara qəbul imtahanlarında təkrar iştirak etmək üçün möhlət verilmir.
Əsəd Soruşur Yazılma Tarixi:17.03.2017 16:57:53

Salam. Menim dostum oktyabr prizividi. Gözünde zeifliy var. Vaynkomatdan onun gözüne -4 yani mehdud yararlı yazmışdılar ama hal-hazırda gözü -7 yani yararsızdı. Herbi hisseden texris olunacaq. İndi ona 6 ay xidmetine göre pul verilecek?

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda:  I qrup əlilliyə görə — 80 faiz; II qrup əlilliyə görə — 60 faiz; III qrup əlilliyə görə — 40 faiz ödənilir.
Kamil Soruşur Yazılma Tarixi:16.03.2017 23:10:12

Mənim Qardasım ötən il keçirilən qəbul imtahanlarında iştirak edib lakin qəbul ola bilməyib. Bu ilin iyulun 3-də onun 18 yaşı tamam olacaq.Qardaşım qəbul imtahanlarında iştirak etməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq təlimatınsa əsasən, iyul ayının 30-dək 18 yaşı tamam olmuş gənclərin hərbi sənədlərində çağırışdan möhlət haqqında Xidmətin müvafiq qeydiyyatı və möhlət haqqında arayışı olmalıdır.Bu arayış üçün ödəniş tələb olunurmu?

Bildiririk ki, 2016-cı ildə Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara qəbul imtahanlarında təkrar iştirak etmək üçün möhlət verilmir.  Əlavə olaraq qeyd edirik ki, 2016-cı ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2017-ci ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə onlar müvafiq arayışlarla təmin edilirlər.  
Elvin Soruşur Yazılma Tarixi:16.03.2017 16:07:23

Salam. Vətəndaşın gözünün müayinəsində miopik astikmatizm aşkar olunmuşdur. Sağ gözü (-6,5 - 2,75), sol gözü (-6,0 - 1,75). Həmin şəxs hərbi xidmətə yararlıdırmı?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Əlavə olaraq bildiririk ki, çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Pərviz Soruşur Yazılma Tarixi:15.03.2017 22:50:12

Mən Akifli Pərviz Vuqar oglu. 12.12.1994il təvəllüdinde anadan olmuşam. 2013 ildə məktəbi bitirmişəm və hemin ildə də ali təhsil müəssisəsine qəbul olmuşam. 2009 atam vəfat etmişdir. Men hərbi xidmətən azad edilə bilərəm?

Bildiririk ki, valideynlərindən birini və ya hər ikisini itirmiş çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.   
Xəyyam Soruşur Yazılma Tarixi:15.03.2017 19:28:41

Men Əliyev xəyyam elsen oglu.25 may 1988 ci ilde Baki weherinde anadan olmuwam.1 iyul 2006 ci ilde Baki wəheri bineqedu rayon herbi komisarligindan heqiqi herbi xidmete cagrilmiwam.01.01.2008 ci il tarixinde AR MN nin 15.12.07ci il tarixli 603 N li emri ile ehtiyata buraxilmiwam. Sualim bundan ibaretdir.herbi biletimin 2 ci sehifesindeki.Herbi xidmete munasibeti bolmesinde Baki seheri Bineqedi NN-2000-95 əmr.66-a,68a nizami xidmete yararli yazilib. Men bilmek istiyirem ki bu 66a.68 a nedir?? Divlet qulluguna iwe qebul olunmaq istiyirem.ancag bulari mene behane getirilerek iwime xitam veribler.men bawqa dost taniwin herbi biletine baxmiwam ancag bu bolmede 66a.68a yazilmiyib.xaiw edirem bunu aydinlawdirub mene deyesiniz. Elaqe nomrem.050 548 08 18

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral  2008-ci il tarixli 59 saylı Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin Xəstəliklər cədvəlinin 66 “ç” (Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa): funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda) və 68 “ç”  (Yastıayaqlılıq və ayağın digər deformasiyaları: funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda) maddələrinə əsasən, məhdudiyyət dərəcəsi ilə hərbi xidmətə yararlı hesab edilərək, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə cəlb olunurlar. Eyni zamanda bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən çağırış komissiyasının qərarı ilə razılaşmayan vətəndaşlar dövlət səhiyyə sistemində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəl müəyyən edilmiş diaqnoz dəyişdirildiyi halda, hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi məqsədilə hərbi-həkim komissiyası tərəfindən təkrar şəhadətləndirilə bilərlər. Təkrar tibbi müayinə zamanı yararlılıq kateqoriyasına uyğun olaraq, hərbi-həkim komissiyası tərəfindən qəbul edilmiş qərar hərbi vəzifəlilərin hərbi biletlərində qeyd edilir. Belə ki, təkrar tibbi müayinədən keçmək üçün Siz Xidmətin Binəqədi rayon idarəsi tərəfindən 16.03.2017-ci il tarixli 79 saylı göndərişlə 3 saylı Şəhər Klinik Xəstəxanasına göndərilmisiniz. Tibbi müayinənin nəticəsi idarəyə daxil olduqdan sonra hərbi biletinizdə müvafiq qeydlər aparıla bilər.
Mahir Soruşur Yazılma Tarixi:15.03.2017 13:49:27

Salam men Cangirli Mahir Akif oglu 1999 cu ilde yardimli rayon ersile kendinde dogulmusam hal hazirda celilabad rayonunda qeydiyyatdayam celilabad rayon DX nin celilabad rayon sobesinin cagris kamisiyasinda cagrisciyam hansi herbi xidmete duseceyimi bilmek isteyirem xahis

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 31 mart tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.
Məcid Soruşur Yazılma Tarixi:15.03.2017 01:26:40

Salam, 2017ci il aprel çağırışçılarının hara düşdüyü barədə məlumat ne zaman internetde olar ?

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Eyni zamanda Siz 31 mart tarixindən etibarən Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət edə bilərsiniz.  
Ruslan Soruşur Yazılma Tarixi:14.03.2017 15:45:51

men 1997 ci ilem meni herbiye aparmirlar sebeb nedir de demirler... nede ki niqodnu biletimide vermir

Qeyd etdiyiniz məsələ ilə bağlı təcili olaraq  30.03.2017-ci il tarixdə Xidmətin Kəpəz rayon şöbəsinə gəlməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14891