Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Afər Soruşur Yazılma Tarixi:30.03.2017 11:13:12

Mən aprel ayının 3 də hərbi xidmətə gedəcəm hansı hərbi hissəyə düşdüyümü bilmək istəyirəm

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.            
Pərvin Soruşur Yazılma Tarixi:29.03.2017 21:58:52

Salam.Mən burdan baxmışam Müdafiə Nazirliyi 212 Hərbi Hissə yazılıb. Bilmək istəyirdim ki haradı? Və Hara bölünür ordan? Xahiş edirəm cavablandırasınız

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Naiq Soruşur Yazılma Tarixi:29.03.2017 20:57:36

Salam. Mən 15.03.1994 il təvəllüdündə anadan olmuşam Xəzər rayon qeydiyatindayam. 2015 ci ildən 4 dəfə Akademik C.M Abdullayev adına Elmi Tətqiqat Kardiologiya İnstitutundan 1 dəfə city hospital 1 dəfədə ağciyər xəstəlikləri institundan müayinədən keçmişəm. 3 dəfə 6 aylıq möhlət almışam. Sonuncu möhlət vaxtı 2017 yanvar ayında qurtarıb.Bilmək istiyirdim ki nəyə görə mənə hələdə hərbi bilet verilmir.

Bildiririk ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir və qəbul ediləcək qərardan asılı olaraq hərbi xidmətə münasibətinə dair bütün məlumat və dəyişikliklər hərbi biletin xüsusi qeydlər bölməsində öz əksini tapacakdır. Əlavə olaraq bildiririq ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyasında təsdiq olunduğu halda, Siz hərbi biletlə təmin olunacaqsınız.
kamil Soruşur Yazılma Tarixi:29.03.2017 19:22:22

hansi bolgeye dusduyumu nece oyrene bilerem.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.            
Həmid Soruşur Yazılma Tarixi:29.03.2017 03:14:05

salam , paveska verilirse aparilmammag ehtimali var? mene 3il mohlet verilmisdi , 9cu ayda oz isteyimle muayineden kecib yarali qebul edilmiwem , aprelin 1ine paveska almiwam

Bildiririk ki, Siz  fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölmədə olmalısınız.
Asəf Soruşur Yazılma Tarixi:29.03.2017 01:28:21

Salam.Bağışlayın narahat edirem.Bildiyim qədəriylə bir neçə il bundan öncə həqiqi hərbi xidmetde olan kəs əgər ali təhsilli olurdusa ehtiyatda olan leytinat olmaqcun oxumaga gedirdi kursa ve 3 ay muddetinden sonra ehtiyat olan leytinay(nikadr leytinant) olurdu.Bes hal hazırda həqqi hərbi xidmetden oxumaga getmək olur?xahiş edirem sualı cavablandlrardiniz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxil olurlar. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) keçilən hərbi hissənin komandanlığına müraciət olunmalıdır. Əlavə edirik ki, “Zabit hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt, hansı müddətə keçirilməsi, kurslara qəbulun qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Bu halda, adıçəkilən orqana müraciət edilməsi məqsədəuyğundur.
Əli Soruşur Yazılma Tarixi:28.03.2017 21:57:13

Men Sultanov Eli Cavansir oglu SHXDCDX mene arayis vermemesi sebebi ile imtahana erize vere bilmirem ve buna gorede imtahana buraxilmaya bilerem bunun ucun ne etmeliyem cavabiniz ucun tesekkurler

Bildiririk ki, sualınızla bağlı araşdırma aparılması təvəllüdünüzü və Xidmətin qeydiyyatda olduğunuz  idarə, şöbə və ya bölməsinin adını qeyd etməyiniz vacibdir.
tural Soruşur Yazılma Tarixi:28.03.2017 20:30:24

herbi xidmetde olan vaxti suruculuk kurslari oxumag isteyirem. nece ve kime muraciet etmeliyem 7

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət edəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Anara Soruşur Yazılma Tarixi:28.03.2017 16:06:43

Qohummuz var adi Orxan soyadi Abdullahi atasinin adi Qulamirze 15.01.1993 bilmey istiyirik hara dusub herbi xidmete

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda, Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Mirbalaş Soruşur Yazılma Tarixi:27.03.2017 22:44:58

Mən 14 iyun 1999 cı ildə anadan doğulmuşam. Bu ilki tələbə qənuluna imtahan vermək üçün möhlət hüququ lazımdır. Xaiş edirəm mənə möhlət hüququ verəsiniz.

Bildiririk ki, 18 yaşı 2017-ci ilin iyun ayında tamam olan və möhlət hüququ olmayan  vətəndaşlar cari ilin iyul çağırışında müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunacaqlar.
Cədvəldə sətir sayı :14891