Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Səfər Soruşur Yazılma Tarixi:01.04.2017 22:52:54

Salam mene aprel ayında, aprel paveskası verilse hemin ay herbi hisseye getme ehtimalım var?

Qeyd edirik ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsində olmağınız tövsiyyə olunur və qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.            Əks halda barənizdə qərar qəbul edilməsi üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir.
Ceyhun Soruşur Yazılma Tarixi:01.04.2017 17:22:58

Salam. Mən universiteti bu il bitirirəm və yayda diplom müdafiəsi olacaq. Bimək istəyirəmki, hərbi xidmətə nə vaxt çağırılacam? Hansı prizivlə gedəcəm?

Bildiririk ki, Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə çağırış ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək keçirilir. Odur ki, Sizə təhsilə görə verilmiş möhlət müddəti bitdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Elvin Soruşur Yazılma Tarixi:01.04.2017 13:56:21

salam mən Elvin Qasımov təvəllüdüm 30.05.1994 cü ildir, Astara rayon seferberlikden 16.01.2017 ci ildə Bakıdan komisyadan keçmək üçün göndərilmişəm və kamisyadan keçmişəm bilmək istəyirəm cavabı nə vaxt gələcək

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Ramin Soruşur Yazılma Tarixi:01.04.2017 09:55:35

Salam, kecendefe imtahanla bağlı sual verdim amma cavablandırmadız, sizdən xahiş edirəm oxuyub cavablandirasız.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, 28.10.2016-cı il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Vasif Soruşur Yazılma Tarixi:31.03.2017 22:22:10

Salam dayımoğlu 100 hərbi hissəyə düşüb 100 hərbi hissə hansı rayonda yerləşir xahiş edirəm kömək edəsiz

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Əli Soruşur Yazılma Tarixi:31.03.2017 22:00:26

Men Sultanov Eli Cavnsir oglu 01.06.1999 cu ilde anadan olmusam ve SHXDCDX-nun NIzami Rayon Sobesine muracietim.Mene mohlet vereqcesi vermemesi sebebi ile ali tehsil imtahanlarina buraxilmaya bilerem.Bunun ucun ne etmeliyem Cavabiniz ucun tesekkurler

Bildiririk  ki, 2016-cı ildə Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara qəbul imtahanlarında təkrar iştirak etmək üçün möhlət verilmir.   Əlavə olaraq qeyd edirik ki, 2016-cı ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2017-ci ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə onlar müvafiq arayışlarla təmin edilirlər.
ruslan Soruşur Yazılma Tarixi:31.03.2017 20:23:50

mene 6 ayliq mohlet verilib xesdelikle elaqeder .bilmek isdeyirem bu muddet erzinde olke xaricine cixmagima her hansi mehdudiyyet qoyulubmu

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan vətəndaşlara möhlət hüquqları qüvvədə olan müddətdə sərhədkeçməyə məhdudiyyət qoyulmur.   
Nihad Soruşur Yazılma Tarixi:31.03.2017 17:13:03

Salam, men pavska almisam. aprel ayinin 3 herbi xidmete yollanacam. bu gun mart ayininb31 dir nasi herbi hissede qlluq edecem?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Timur Soruşur Yazılma Tarixi:31.03.2017 16:55:34

Salam.men daxili qosunlara dusmusem.amma yazilmiyib hansi rayon hansi herbi hisse.bunu nece oyrenmek olar?

Qeyd etdiyiniz məsələ ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.
Rəşad Soruşur Yazılma Tarixi:31.03.2017 16:51:39

Salam mən 20.01.1998 ildə doğulmuşam. 2016 Yanvar ayinda herbi xidmətə getməliydim amma qan azliğım var 1 illik aprel 2017 ile qeder mohlətdəydim mohlətim bitib ancaq yenə qobustan rayonu və hematologiya inistutunda kamisyadaan kecmişəm yenədə qan azliqi var mən ali təhsil müəssəsinə ərizə vermək istəyirəm ancaq yazılırki mohlət almaləsəz mən əyər aprel atprakası gedmirəmsə niyə sənət verə bilmərəm aprelin 30 qəbul imtahanıdır xaiş edirəm cavablandırın

Müəyyən edilmişdir ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz Qobustan rayon bölməsinin çağırış komissiyası tərəfindən  təkrar tibbi şəhadətləndirilərək 03.04.2017-ci il tarixdə  müvafiq arayışlarla təmin edilmisiniz.
Cədvəldə sətir sayı :14890