Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ümid Soruşur Yazılma Tarixi:15.04.2017 21:12:09

Salam.Mən 1999 il təvəllüdlüyəm.İyul çağırışında hərbi xidmətə getməliyəm.Məndə irsi talassemiya daşıyıcılığı xəstəliyi olduğu üçün Respublika Talassemiya Merkezinde qeydiyyatdayam və buna görədə sosial muavinet aliram.Bilmək isdəyirəmki qanun çərçivəsində talassemiya daşıyıcıları müddətli həqiqi hərbi xidmətə yararlı sayılır?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11-ci maddəsinin “a” bəndinin I qrafasına əsasən: talassemiya xəstəliyi olan çağırışçılar “Həm dinc dövrdə hərbi xidmətə yararsız, həm müharibə dövründə hərbi xidmətə yararsızdır”  hesab edilirlər.
vaqif Soruşur Yazılma Tarixi:15.04.2017 11:45:02

salam menim yeznem aslanov kamil 1992 ci ilde agdere doyuslerinde 2 ay konullu istrak edib ona veteranliq statusu verile bilermi veya her hansi bir imtiyazlardan istifade ede bileremi?

Bildiririk ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri, vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər əsasında (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir)  Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Nəzərinizə çatdırırıq ki, “Müharibə veteranı” statusu almış şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdirlər.
Elvin Soruşur Yazılma Tarixi:14.04.2017 19:10:20

salam. sizden bir soz sorusum. duzdu ki, kim hansi seher qeydiyatindadisa herbi xidmetini hemin seherde kececek? Xahis edirem sualimi cavablandirasiniz.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsilə bölündükdən sonra onlar təyin olunduqları qoşun növləri tərfindən əks ərazi prinsipi nəzərə alınmaqla hərbi hissələrə təyin olunurlar.
Rüfət Soruşur Yazılma Tarixi:14.04.2017 10:53:49

Men herbi xidmete mehdud yararli sayiliram.Bununla bele meni herbi xidmete gonderdiler Daxili Qoşunlara.Orda 3 gun qaldiqdan sonra meni goz zeifliyi( murekkeb miopik astiqmatizm) ile geri qaytardilar.İndi yeniden esger gondermek istiyirler bu qanunidir?

Bildiririk ki, sağlamlıq vəziyyəti ilə əlaqədar “Daxili Qoşunlarda hərbi xidmətə yararsız” hesab edilərək geri qaytarılan çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün digər qoşun növlərinə təyin oluna bilərlər.
Hikmət Soruşur Yazılma Tarixi:13.04.2017 20:20:05

Salam.Mən hərbi xidmətdə olmuşam və Elektron hökümət portalında qeydiyyatdan keçərək hərbi xidməti keçdiyimə dair arayış əldə etmək istədim.Ehtiyata buraxıldığımda yaşadığım yer üzrə şöbədə təzədən qeydiyyata alındığım tarix o arayışda var,lakin xidmət keçmə bölməsində yazır ki Xidmət keçməyib.Bu niyə belədi?

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid Elektron İnformasiya Sisteminə hərbi xidmət keçməniz barədə məlumat daxil edilmişdir. Odur ki, müvafiq arayışın əldə olunması üçün bir daha elektron müraciət edə bilərsiniz. 
Rəşad Soruşur Yazılma Tarixi:13.04.2017 20:12:41

Salam mən qardaşımın Naxçıvan da hansı hərbi hissəyə düşdüyün öyrənmək istəyirəm Adı fuad qubatov mayis ayın 11 gedib aprel 11 2017

Qeyd etdiyiniz məsələ ilə bağlı qardaşınızın xidmət etdiyi qoşun növünün komandanlığına müraciət etməyinizi tövsiyə edirik.
BALOĞLAN Soruşur Yazılma Tarixi:13.04.2017 13:26:41

salam. herbi hekim komissiyasindan kecmisem amma hele ne vaxt gedeceyim barede melumatim yoxdu. yazirsiz ki herbi hisselere teyin olunma haqqinda melumat 20-25 aprel tarixinden etibaren resmi sayta yerlesdirilecek. bilmek isterdim bes o vaxta qeder cagiris olmayacaq?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Əlavə olaraq bildiririk ki, vətəndaşlar həqiqi hərbi xidmətə aprel ayının 1-dən 30-dək Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölmələri tərəfindən əvvəlcədən təyin olunmuş qrafikə əsasən göndərilirlər.
Tural Soruşur Yazılma Tarixi:11.04.2017 22:52:22

Salam. Men 1994 cü il tevelludem. 2016 ci ilde ali mektebi bitirmisem.butun komissiyaları kecmisem. Tam yararsizam.ama yene de mohlet verirler. Bu meseleye gore heç bir yerde isleye bilmirem.xais edirem komeklik edin herbi biletimi alim (yararsız olaraq)

Sabirabad rayon çağırış komissiyası tərəfindən barənizdə qanunamüvafiq qərar qəbul edilməməsinə dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Müəyyən edilmişdir ki, Siz Xidmətin Sabirabad rayon şöbəsində ilkin hərbi qeydiyyatdasınız və 2016-cı ilin oktyabr çağırışına hazırlıqla əlaqədar tibbi şəhadətləndirilərkən sağlamlıq vəziyyətinin müayinə edilməsi məqsədi ilə Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna tibbi müayinəyə göndərilmisiniz. Səhiyyə müəssisəsində müayinə olunduqdan sonra barənizdə sağlamlıq vəziyyətinin müayinə edilməsinə dair tərtib olunmuş akta əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq bəndi ilə  “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz. Rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərarın təsdiqlənməsi üçün 30.11.2016-cı il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına göndərilmisiniz və tibbi şəhadətləndirildikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq bəndinə əsasən, 3 (üç) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmisiniz. Bildiririk ki, 2017-ci ilin iyul çağırışı zamanı ümumi əsaslarla həqiqi hərbi xidmətə çağırışa cəlb olunaraq, barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Bayram Soruşur Yazılma Tarixi:11.04.2017 19:11:34

men o mohleti istemiremde mene lazim berpa olmaq men xidmete getmek isteyirem bunun bir helli yolu yoxdu meyer? men mohletden imtina edirem Mudafie Nazirliyne yazili suretde erize yazaraq bu huququmdan imtina edim esger gede bilmerem?

“Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bildiririk ki, 2017-ci ilin yanvar ayında universitetdən xaric olduğunuz halda, 2017-ci ilin oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır
Rəhman Soruşur Yazılma Tarixi:11.04.2017 10:41:41

Salam.hərbi xitmədə hara düşdüyümü bilməy istiyirəm.çağırış vərəqəsi ayın 20nə di

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14897