Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Fehruz Soruşur Yazılma Tarixi:08.04.2017 00:35:26

Salam men Mahmudov Fehruz Namiq oglu. 1998ci il dekabr 5 de anadan olmusam .Paveskada aprelin 22 ne herbiye caqirilmisam ama hara dusduyumu bilmirem . 9100da mesaj gonderirem deyilir ki bele bir caqirisci yoxdu xahis komeylik elierdiz

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Fehruz Soruşur Yazılma Tarixi:08.04.2017 00:21:47

salam. men aprelin 22-ne herbiye caqirilmiwam ama bilmirem hara duwmuwem 9100-da mesaj gonderirem ancaq deyilirki bele caqiriwci yoxdu.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
ELNUR Soruşur Yazılma Tarixi:06.04.2017 18:56:40

Salam mən sizə işə qəbulla bağlı sənədlərini təqdim etmişəm. Zəhmət olmasa nəticəsi hakda məlumat verərdinizdə.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Kənan Soruşur Yazılma Tarixi:06.04.2017 18:24:20

Salam.men 2 ildir ginekomastiya diaqnozu ile 6 ay muddetinde olmaqla mohlet aliram.bunun mualicesinin olmadigini nezere alaraq men 35 yasina kimi herbi xidmete yararsiz sayilacam ve herbi bileti ancaq 35 yasdan sonra ala biecem?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Qədir Soruşur Yazılma Tarixi:06.04.2017 17:21:37

Salam Men herbi biletimi ala bilmirem bununla bagli nece defelerle 012 4930652-53 seferberlik xidmeti ile elaqe saxlamisham helede ishime baxilmayib.vayonkamat deyir hardan yoxlanishdan kecmisen get orlara muraciet ele senin senedivi gondersinler men Siti hospitalda Tibb universitetinin yaninda yoxlamada kecmishem. siti hospitala yaxinlashiram deyir sen kimsen senin isive baxan adam var o gelsin sene biz hec ne deye bilmerik. zehmet olmasa bu meslede mene tez bir zamanda komek edesiniz.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin elektron saytına daxil olmuş müraciətinizdə, hərbi biletlə təmin olunmasında problemlərlə üzləşdiyinizi göstərdiyi halda, məlum olmuşdur ki, Siz, Bakı şəhərində olduğundan Xidmətin Kürdəmir rayon şöbəsinə hərbi biletin alınması üçün öz əminiz oğlunu göndərmisiniz. Xidmətin Kürdəmir rayon şöbəsinin rəisi tərəfindən Sizinlə telefon vasitəsi ilə əlaqə saxlanılıb və çağırışçının şəxsən gəlib, müvafiq sənədlərə imza etməklə hərbi biletin təhfil alması barədə məlumat verilmişdir. Lakin, şəxsən müraciət etməyiniz barədə məlumatlandırıldığınıza baxmayaraq, Siz, bu günə gədər Xidmətin Kürdəmir rayon şöbəsinə müraciət etməmisiniz. 
Elmin Soruşur Yazılma Tarixi:05.04.2017 21:04:02

Salam mene cagiriw 3une gelib Aprel priviziyem ama adim hecyerde cixmir aparmadilar . Nece olacag indi . Bu ay qalacam ki ?

Qeyd eydiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.  
Elman Soruşur Yazılma Tarixi:05.04.2017 10:37:49

Salam. men ayin 3 u yaxinlaşdim voenkamata menim adim gonderilenlerin siyahisinda yox idi. 9100 da gonderirem deyir cagirişci tapilmadi saytivizdaa yoxluyuram eyni şey çagirişci tapilmadi. men ne etmeliyem?

Qeyd eydiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Hafiz Soruşur Yazılma Tarixi:05.04.2017 00:59:08

Salam, zehmet olmazsa siradan kenar xidmet haqqinda biraz melumat vere bilersiniz ? Mene siradan kenar xidmet yazilib, bele cixirki siraya cixmayacam ?Tam olaraq orada ne ishle meshgul olacam ? zehmet olmazsa etrafli bildirerdiniz. Teshekkurler

Bildiririk ki, sağlamlıq vəziyyəti ilə əlaqədar sıradankənar hərbi xidmətə yararlı hesab edilmiş çağırışçılar hava-disant qoşunları, üzən heyətlər, dəniz piyadası və xüsusi təyinatlı desantlar istisna olmaqla digər qoşunlarda hərbi xidmət keçməyə yararlıdırlar. Həmin çağırışçılar qeyd olunan qoşun növlərində arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə xidmət olduqları hərbi hissə komandanlığı tərəfindən təyin edilə bilərlər. 
Heybət Soruşur Yazılma Tarixi:04.04.2017 15:05:36

ad familyami deyisdirecem .herbi biletide deyisdirmek lazimdi bunun ucun ne etmeliyem . xais edirem bu hakda meluma yazasiniz.dovlet rusumu nedi

Portala daxil olmuş müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı hərbi vəzifəlilərin və çağırışçıların öz soyadının, adının, atasının adının dəyişdirilməsinin, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsinin, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 7 gün müddətində məlumat verməlidir. Eyni zamanda bildiririk ki, dəyişiklik barədə hərbi biletinizin “Xüsusi qeydlər” bölümündə müvafiq qeydiyyatın aparılması üçün hərbi qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsinə mövcud sənədlərinizlə müraciət etməlisiniz. Hərbi biletinizdə aparılacaq qeydlərə görə dövlət rüsumu nəzərdə tutulmamışdır.
Abduləli Soruşur Yazılma Tarixi:04.04.2017 14:54:56

salam hörmətli hərbiçilərimiz. Mənim sizlərə bir sualım var xahiş edirəm mənə dolğun və düzgün cavab verəsiniz. Mənim yaxın qohumum keçən il orta məktəbi bitirib lakin 12 may 2017 ci il tarixində 18 yaşı tamam olur. Bu uşaq keçən il ali məktəbə sənət verib lakin kəsilib bu günə kimi hazırlaşıb ki ikinci dəfə ali təhsil almaq üçün sənəd versin, ancaq sənəd verə bilmir çünki səfərbərlik hərbi xidmətə çağrış üzrə dövlət xidmətindən arayış verməlidi onuda almaq mümkin deyil. İndi mənə xahiş edrəm izzah verin görüm bu uşağın vətəni üçün aili təhsilli hərbiçi olmağı gərəkdir yoxsa siravi bir əsgər kimi? Sizdən artıq dərəcədə xahiş edirəm mənə necə etməyim barədə köməklik üçün düzgün yol göstərin. əlaqə telefonu 050 212 81 12

Bildiririk  ki, 2016-cı ildə Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında iştirak etmək şansı olmuş çağırış yaşlı vətəndaşlara qəbul imtahanlarında təkrar iştirak etmək üçün möhlət verilmir.   Əlavə olaraq qeyd edirik ki, 2016-cı ildə orta ümumtəhsil məktəblərini bitirmiş və 2017-ci ilin aprel ayının 30-dan iyul ayının 30-dək 18 yaşı tamam olan, səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl tibbi şəhadətləndirilməsi üçün Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə ərizə ilə müraciət edən çağırışçılar əlavə tibbi müayinəyə göndərildikdən sonra “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nda hərbi xidmətə çağırışdan möhlət verilməsinə əsas verən diaqnoz qeyd edildikdə onlar müvafiq arayışlarla təmin edilirlər.
Cədvəldə sətir sayı :14897